Telegram Web Link
📚📍"Nycticebus" və ya "Yavaş Loris" adlanan bu primat növü İndoneziya ətrafında yaşayır. Sifəti nə qədər məsum görünsə də, zəhərli olan tək primat növüdür. Belə ki, dirsəklərinin altında yerləşən zəhəri əmən Loris zəhəri ağzında tam yaydıqdan sonra dişləmə yolu ilə zəhəri ötürür. Adından göründüyü kimi çox yavaş və tənbəl bir heyvan olan Loris Qırmızı Kitaba salınmışdır.

https://www.tg-me.com/Tarixinf0 🔔
📍Qabriel Jesus adlı bu gənc 2014-cü ildə San Paulo küçələrini boyamaqla çörək pulu qazanır və həvəskar futbol oynayırdı. Cəmi 3 il sonra 2017-ci ildə 32 milyon dollara Manchester City klubuna transfer olur və həftəlik 85 min avro maaş alır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Niyə bal heç vaxt xarab olmur?

Birincisi, bal, ilk növbədə, təbii halında çox az su ehtiva edən, lakin örtülməmiş halda suyu udmaq qabiliyyətinə malik olan saksapdır. Bu, sadəcə olaraq orada ölən bakteriya və mikroorqanizmlər üçün əlverişsiz bir mühit yaradır. Bundan əlavə, bal çox turşulu bir mühitə malikdir. Bu turşu orada inkişaf edə biləcək demək olar ki, hər şeyi öldürür.

Və nəhayət, arıların özləri bala qoruyucu ferment əlavə edirlər ki, bu ferment nektarla qarışdıqda qlükon turşusu və hidrogen peroksidə parçalanır. Balda bakteriyaların böyüməsini maneə törədən başqa bir amil hidrogen peroksiddir.

https://www.tg-me.com/Tarixinf0 🔔
🇩🇰 Danimarka Şahzadəsi Meri evinin kənarında bir turistin qarşısında xoşbəxt bir şəkildə velosiped sürərək uşaqlarını məktəbə götürür. Bu ,onun tez-tez istifadə etdiyi bir marşrutdur. 44 yaşlı şahzadə Meri tez-tez uşaqlarını Amalienborg sarayından məktəbə qədər qısa səyahət üçün gözəl yük velosipedində sürərkən görülür. O, hətta bəzən qaçmağa öz iti Ziggy'də aparır.

Hər şeydə sadəlik hədəflənməlidir...
Niyə Tidonq xalqının yeni evli cütlüklərinə toydan sonra 3 gün tualetdən istifadə etmək qadağandır?

Bu, mürəkkəb orta əsr işgəncəsi yox, Sandakan dağlarında yaşayan İndoneziya Tidonq xalqının toy ənənəsidir.
İnsanlar hesab edirlər ki, bu dövrdə tualetə getmək nikahı məhv edə bilər, həyat yoldaşlarından birini xəyanətə sürükləyə bilər və ya hətta erkən yaşda uşaqların ölümünü səbəb ola bilər. Buna görə də yeni evlənənlərə, onları minimum miqdarda yemək və su ilə təmin edən bir neçə şəxs qulluq edir.

Üç gündən sonra yeni evlənənlər vanna qəbul edirlər, bundan sonra onların normal həyata qayıtmasına icazə verilir.
📍Amerikalı Bertha Boronda 1907-ci ildə əri Frank Borondanı ona xəyanət edərkən yaxaladı və buna görə ülgüc ilə onun cinsiyyət orqanını kəsərək lazımsız əşya kimi zibilliyə tulladı. Daha sonra evdən qaçsa da, ertəsi gün gün polislər tərəfindən tutuldu. 1908-ci ildə isə 5 il həbsə məhkum olundu.
📍Mark ailəlidir və həyat yoldaşını çox sevir. Peşəsi də heç də zərif deyil-robotexnika mühəndisi və məktəblilərin yerli komandasının məşqçisidir. İşə ətək ilə getməyə 2016-cı ildən başlayıb, dikdaban isə kollec illərindən qarderobunda var. Dediyinə görə, qadın geyimlərini çox sevir və inanır ki, geyimdə heç bir gender ayrıseçkiliyi olmalı deyil. Hazırda Almaniyanın kiçik bir şəhərində yaşayır. Bura Texasdan köçüb-orada yerli insanlar Markın qadın geyimlərinə sevgisini qəbul edə bilmirdi.
Niyə Sibir Haski cinsi itlər -60°C dərəcə şaxtaya dözə bilirlər?🤨

Sibir Haskisi digər itlərə nisbətən daha qalın bir xəz təbəqəsinə malikdir. Bu itlərin dərisi iki təbəqədən ibarətdir - sıx bir alt paltar və qısa, düz saçların üst təbəqəsi. Belə xəz pis arktik hava və aşağı temperaturdan mükəmməl qoruyur və buna görə də Haskilər -60°C dərəcə şaxtaya dözə bilirlər. Yeri gəlmişkən isti iqlimdə əziyyət çəkmirlər, xəz istiliyi mükəmməl əks etdirir. Bu itlərin tükü çox tökülür, buna görə də onların xəzləri gündəlik baxım tələb edir.

https://www.tg-me.com/Tarixinf0 🔔
📍Tarixin ən qəddar və dəhşətli qətl hadisələrini Qrafinya Batori törədib. Qrafinya həyatı boyu 650 gənc qızı qətl etdirərək, onların qanını içib. 1611-ci ildə Batori öz cinayətlərini etiraf edərək, 650-dən çox qadının ölümünə səbəb olduğunu bildirib. Vampir qadın öz qurbanlarını öldürdükdən sonra qanlarını içib, daim gənc qalacağına inanırdı. Qrafinya Batori 1614-cü ildə elə öz sarayının həbsxanasında dünyasını dəyişib.🤨

https://www.tg-me.com/Tarixinf0 🔔
📍49 yaşlı Cənubi Afrikalı astronom Dani dyu Tyua ölümün hər an baş verə biləcəyi barədə məruzə oxuyurmuş. Məruzəni bitirdikdən sonra isə cibindən nanəli konfet çıxararaq ağzına aparır.Bir neçə dəqiqədən sonra isə o bu konfetdən boğularaq dünyasını dəyişir.
⭐️ Səyyah getdiyi ölkələrin birində ölmək üzərə olan bir heyvanla rastlaşır və dərhal ona kömək əli uzatmaq istəyir. Səyyah heyvanı diriltməyə çalışarkən yerli sakinlərdən yaşlı bir qadın bir müddət səyyahı seyr edir və deyir: “Heyvanı rahat burax. Burax rahat ölsün”. Kişinin bu xəbərdarlığa baxmayaraq səylərinin davam etdiyini görəndə qadın yenə əlavə edir: "Onlar səndən çox öncə burada olublar, sənin köməyinə möhtac böyüməyiblər, təbiətdə edə biləcəyin ən böyük yaxşılıq sanki heç olmamış kimi yaşamaqdır..."

İnsan çox vaxt toxunduğu hər şeyi məhv edir.. Siz necə düşünürsünüz bu mövzuda?🧐
🌷📚 Güclü insan heç bir şeydən əskik olmayan, özünə inamı olan və gələcəkdən qorxmayandır. Ən böyük problemlər qarşısında belə çıxış yolu ola biləcəyinin fərqindədir. Zəif insan həmişə güclü görünməyə çalışır. Bu yolla zəifliklərini ört-basdır etmək istəyir və təriflənməyi xoşlayır. Zəif insanların heç vaxt dözə bilməyəcəyi şey tənqiddir.
Güclü insan bu həqiqətləri bildiyi üçün səhv etməkdən qorxmaz. Səhvlərini göstərənləri sevir, səhv edənləri isə üzrlü sayır.
#güçlü #gucluinsan
🚢 Antarktidada su altında donmuş yaxta

Bu yaxta Braziliyadan Antarktidaya sənədli film çəkmək üçün gələn heyətdən yadigardır. Film çəkilişi üçün "donmuş qitə"yə yaxınlaşan heyət güclü külək və dondurucu şaxta ilə mübarizə aparır. Yekunda hava şəraiti qalib gəlir və onların yaxtasını əllərindən alır.

Yaxtanın bəzi mexaniki hissələri donaraq sıradan çıxır, ardınca, güclü külək yaxtanı suda batırır. Bu yaxta 7 aprel 2012-ci ildən bəri Antarktidanın Maksvel sahilindədir.

@Tarixinf0 🎐
📍2001-ci ildə Dehli Universitetində "Kim daha çox Coco-Cola içəcək" adında yarışma keçirilib. Yarışmanın qalibi 8 litr Coco-Cola içsə də, cəmi 10 dəqiqə sonra ölmüşdür.
📍Şanxayda evlilik bazarları mövcuddur. Burada həftə sonları insanlar özləri haqqinda məlumat yazaraq müvafiq yerlərə asırlar. Bazarlara gələn insanlar isə özlərinə uyğun gələn insanların nömrəsini götürərək onlarla tanış olur.
📍İtalyan yazıçı Carlo Collodi tərəfindən 1881-ci ildə yazılan "Pinokyonun macəraları" adlı uşaq kitabı əsasında ilk dəfə 1911-ci ildə Giulio Antamoro tərəfindən "Pinokyo" adlı film çəkilmişdir. Disneydə yer alan Pinokyo obrazı bir dülgər tərəfindən düzəldilmiş, daha sonra canlanmış oyuncaqdır. Bir gün məktəbə gedərkən başına gələn hadisələr sonrasında atası ilə birlikdə balinanın qarnından xilas olan Pinokyo gerçək uşağa çevrilir. Həqiqi versiyada isə Pinokyo dəcəl bir uşaqdır. Davamlı olaraq pis işlər görən Pinokyo hər dəfə ətrafdan bir şeylər oğurlayır və atası hər kəsin yanında utanır. Bir gün dəcəllik edərkən bir pişik və qurdla qarşılaşır. Pinokyo onları ələ saldıqda isə pişik və qurd onu ağacdan asarlar və ölənə qədər gözləyərlər.
📍Marqay yaxud uzun quyruqlu pişiklər (Felis wiedii), Cənubi və Mərkəzi Amerikanın meşələrində yaşayırlar. Bu vəhşi pişiklərin çəkisi 3-8 kq, bədəninin uzunluğu 60-80 sm-dir. Uzun quyruqlu pişiklər oselotlara oxşayırlar, amma ölçüləri daha kiçikdir. Marqayların nəsli kəsilmək təhlükəsindədir.

Marqaylar demək olar ki, bütün həyatlarını ağacların üstündə keçirirlər.
2024/07/01 08:05:51
Back to Top
HTML Embed Code: