Telegram Web Link
Tam zamanında çəkilmiş foto. İki zebranın bir-birini tamamlayan zolaqları 🦓🦓

https://www.tg-me.com/Tarixinf0 🔔
Dünyanın ən qısa qorxu hekayəsi Fredric Brown tərəfindən yazılmış "Knock" adlı hekayədir:

"Dünyadakı son insan otaqda tək oturmuşdu. Qapı döyüldü"
İy verən xallı skank canlısı düşməninə qarşı özünü daha iri göstərmək üçün əlləri üstdə dayanır.
🐙Dəniz Ulduzunun Möcüzəvi Xüsusiyyəti

Dəniz ulduzları nəinki, kəsilən bədən üzvlərini tezliklə bərpa edə bilər, hətta bu canlıların regenerasiya prosesi o qədər inkişaf etmişdir ki, kəsilən hər hansı bədən üzvü kənarda bədənin digər bütün hissələrini bərpa edərək, yeni bir dəniz ulduzu yarada bilər. Yəni bir dəniz ulduzunu iki hissəyə bölsək, bölünən hissələrdən iki yeni dəniz ulduzu bərpa olunacaqdır.

https://www.tg-me.com/Tarixinf0 🔔
🗺️ Dünyanın ən qəribə və qorxulu göle Tanzaniyadakı Natran gölüdür (Natran Lake). Burada tələf olan heyvanlar susuzlaşma nəticəsində heykələ çevrilir. Göldə natrium bikarbonatın miqdarı çox olduğuna görə bura düşən bütün orqanizmlər mumiyaya çevrilir.

📚📍@Tarixinf0
Dünyanın ən uzun filmi "Ambiance" dir. İsveçli rejissor Anders Weberqin rejissoru olduğu bir eksperimental filmdir. Film əvvəlcədən proqnozlaşdırılan 31 dekabr 2020-ci il tarixində nümayiş etdirilmişdir. 720 saat və ya 30 sutka davam etmə müddəti ilə dünyanın ən uzun filmi olmuşdur.🎞

@Tarixinf0
Su əvəzinə Qan içərək qidalanan Bodi qəbiləsi 🩸

Bodi qəbiləsi dünyanın ən qəribə qəbilələrindən biridir. Bu qəbiləni digər İbtidai qəbilələrdən ayıran xüsusiyyəti altı ay boyunca inək qanı ilə qidalanmalarıdır .

🔎 Yaxşı, bəs niyə inək qanı?

Efiopiyanın Omo vadisində yaşayan və yarı köçəri həyat yaşayan Bodi qəbiləsi “Enqai” adlı tanrıya inanır. Qəbilə içində qaydaları isə yaşlılar müəyyən edir. Aralarında mübahisə yarandıqda dava etmək yerinə bir-birlərinə iribuynuzlu heyvan hədiyyə edir, münaqişəni bu şəkildə həll edirlər.

https://www.tg-me.com/Tarixinf0 🔔
🧐 Bataqlıqda bataraq ölmək mümkündürmü?

🎬 Film səhnələrində təsvir olunan səhnələrdəki iddialar belədir:

ℹ️ Bataqlıqlar insanları içinə doğru çəkir. Bataqlıq içində mübarizə aparmaq mənasızdır, çünki qüvvət böyük olduğu üçün bataqlıq insanı içinə çəkir və boğularaq ölməsinə səbəb olur.

📢 Amma reallıq tamamilə fərqlidir. Bataqlıqlar “yırtılma qüvvəsi ilə incələn qeyri-Nyuton mayesi (shear thinning non-Newtonian fluid) kateqoriyasına daxildirlər. Yəni üzərində hər hansı təzyiq olmadığı təqdirdə qatı görünürlər (əslində isə gel kimidir). Amma üzərindəki təzyiqin 1% dəyişməsi belə bu gelin axıcılıq müqavimətinin azalamasına səbəb olur (yəni maye kimi davranmasına gətirib çıxarır). Buna görə də kimsə bataqlığın üzərində yeriməyə çalışsa, bataqlıq ilk addımın atıldığı anda maye kimi davranacaq və fərdin batmasına səbəb olacaq.

https://www.tg-me.com/Tarixinf0 🖇
🌿 Gün ərzində nələr düşünürüksə, həmin düşüncə bizim necə bir gün keçirdəcəyimizi müəyyənləşdirir. Əgər nə düşünəcəyimizi müəyyənləşdirməsək, şansa buraxsaq və ya qazet, radio, televiziya kimi vasitələrə buraxsaq, zehnimiz üzərindəki nəzarət gücünü böyük miqdarda itirmiş olarıq...
Dəhşətli işkəncə aləti - Kafir çəngəli.

Bir qayışla tutturulmuş iki ucu da iti çəngəl şəklində olan metal işkəncə aləti.çəngəlin bir ucu insanın çənsinə dayanarkən,bir ucu da sinsindəki sümüyə dayanır.Bu alət qayış yardımıyla tavana asılmış adamın boynuna bağlanır. Ölməmək üçün yatmamalıdır.Əgər yatarsa və ya boynu bir şəkildə düşərsə çəngəl həm çənəsini həm də sinəsini deşib keçir.
İlk dəfə bazar günün istirahət günü olmasını 7 mart 321-ci ildə Roma imperatoru Böyük Konstantin sərəncamla rəsmi olaraq elan etmişdir. ✍🏻

Əfsanəyə görə imperator Konstantin bazar günü başlanacaq döyüşdən əvvəl, gecə yuxusunda Günəşin üstündə xaç və imperatorun qələbəsinə işarə edən yazı görür. Səhər döyüş Konstantinin qələbəsi ilə nəticələnir. Evə qayıdan kimi imperator bazar gününü qeyri iş günü elan edir və həmin gün ümumiyyətlə, işləmək qadağan olunur. Hətta həftənin həmin günü ticarət obyektləri və dövlət müəssisələri belə işləmirdi. Amma torpaqda çalışanlara heç bir məhdudiyyət və qadağa yox idi.

https://www.tg-me.com/Tarixinf0 🔔
🌿Görmək istədiyiniz dəyişiklik özünüz olun»

Düşüncələri ancaq müsbət istiqamətdə dəyişdirin. İcazə verməyin ki, keçmiş xatirələr sizdən mənfi bir qəhrəman yaratsın. Müsbət emosiyalara və fikirlərə üstünlük verin ki, həyatınızı əsaslı şəkildə dəyişəsiniz. Sizin vəzifəniz xəyal qurmaq və hərəkət etmək, həyatınızda baş verən möcüzələri salamlamaqdır. Və əgər nə isə istədiyiniz kimi alınmırsa, demək ki, sizin üçün daha yaxşı olacaq. Sadəcə, rahatlanın və həzz alın!
📌 İngilis mastifləri dünyanın ən böyük itləridir. Yetkin bir dişi təxminən 113 kiloqram ağırlığında. Yetkinlərdə hündürlük 76 santimetrdir.

🐶 Bu cins 1883-cü ildə İngiltərədə yaradılmışdır. Əvvəlcə İngilis mastifləri gladiatorial döyüşlərdə və iri heyvanları güllələmək üçün istifadə olunurdu. Onlardan həm hərbi xidmətdə, həm də qulların nəzarəti üçün istifadə olunurdu

@Tarixinf0 📍🗺️
✏️Bir vaxtlar mütəxəssisləri çaşdıran sualtı sirrlərdən biri də Yaponiya sahillərində dəniz dibində tapılan, demək olar ki, mükəmməl dairəvi naxışlara malik qumda qəribə rəsmlərin tapılması idi. Onların nə üçün yarandığını və nə üçün birdən-birə ortaya çıxıb yoxa çıxdıqlarını öyrənmək üçün on il vaxt lazım oldu, nəhayət bunu kəşf edə bildilər..

Demək olar ki, 2 metr genişlikdə olan bu heyrətamiz “naxışların müəllifi” 12 santimetrdən çox olmayan yeni kəşf edilmiş kirpi balığı növü idi.Sonrakı araşdırmalar isə bu bəzəkli dairələrin məqsədini onların cütləşmə tərəfdaşlarını cəlb etmək üçün olduğunu müəyyən etdi..

Erkəklər yalnız bir neçə saniyə cütləşmək üçün su altında bu dairələri qurmaq üçün altı həftə sərf edirlər. Onları hazırlamaq üçün kurqanlara (oval şəkildə yerə) incə qum yığır və tapdığı dəniz qabıqları ilə bəzəyir.
🖌Mürəkkəb Necə Əldə Edilir.

Mürəkkəb bir sıra rəngləndirici istifadə edilərək əldə edilən maddədir. Xüsusi ilə dəmir, sulfat və asit qarışımından əldə edilməkdədir. Tündləşdirmək üçün toz halında anilin maddəli boyadan istifadə edilməkdədir.
İlk mürəkkəbin 4.500 il əvvəl Çində icad edildiyi qəbul edilmişdir. O qara rəngli mürəkkəb olmuş, bir sıra maddələrin birlikdə yandırılması ilə əldə edilmişdir. İlk mürəkkəb fabrikasını isə, mətbəəçi Fransız Pierre Lorilleouxa məxsusdur.
Ən qədim mürəkkəb maddəsi izlərinə Asurlarda, Yunanlarda və Misirlilərdə də rastlanılmışdır. Misirin yeraltı qaynaqlarında hətta qara və qırmızı rəngli mürəkkəb maddələrə də rast gəlinmişdir.

https://www.tg-me.com/Tarixinf0 🔔
2024/06/26 10:33:10
Back to Top
HTML Embed Code: