﷽
Bu gün dahi İslam mütəfəkkiri Şəhid Mürtəza Mütəhərri şəhadətinin ildönümüdür. İslami təfəkkürün dirçəlməsi və cəmiyyətə inteqrasiyasında Ustad Mütəhərrinin müstəsna xidmətləri olub. Ustadın əsərləri elm axtarışında olan hər bir kəs üçün ilham qaynağıdır. Ustad Mütəhərri sözün həqiqi mənasında Ustad deyilə biləcək bir şəxsiyyətdir. Məhz bu baxımdan İranda bu əziz şəhidin xatirəsini əbədiləşdirilmək üçün onun şəhadətə qovuşduğu günü, yəni 1 May tarixini "Müəllimlər Günü" kimi qeyd edirlər. Ruhun şad olsun, dəyərli Ustad!
https://www.tg-me.com/shehid_mutehheri

Özünü tanı ki, Allahı tanıyasan
İslam sadəcə Allahı insana tanıtdırmaq üçün gəlməyib, həm də insanı özünə tanıtdırmaq üçün gəlib. İnsan əgər özünü tanımasa, Allahı tanıya bilməz. İnsan əgər özünü yaxşı tanıya bilməsə, Allaha ibadət edə bilməz.

📗"On beş söhbət",səh.89
https://www.tg-me.com/shehid_mutehheri
﷽
40 mərasimi ilə bağlı xüsusi bir göstəriş varmı?
Ölülər üçün hər zaman bağışlanma istənilsə, yaxşıdır. İstər otuz doqquzunda olsun, istərsə də qırx birində. Əlbəttə, əgər kimsə qırx mərasimi barədə dində xüsusi bir göstərişin gəldiyini desə, xeyr, belə bir şey yoxdur. Qırx il sonra da əgər bir kəs ölü üçün sədəqə versə, bağışlanma istəsə, Quran oxusa, zamanından asılı olmayaraq yaxşıdır.

📗"On beş söhbət",səh.191
https://www.tg-me.com/shehid_mutehheri
﷽
Kimə şəhid deyilir?
Gündə nə qədər insan öldürülür? Məsələn, təyyarə qəzaya uğrayır və bir dəstə insan həlak olur. Niyə onlara şəhid deyilmir? Nə üçün şəhid sözünün ətrafı müqəddəsliklə əhatə olunub? Çünki şəhid müqəddəs hədəfi olan böyük ruha malik bir şəxsiyyətdir. Şəhid o kəsdir ki, əqidə yolunda öldürülür, özü üçün çalışmır. O, haqq və fəzilət yolunda addımlayır.
📗

"İmamHüseynin qəhrəmanlığı",c.1,səh.31
https://www.tg-me.com/shehid_mutehheri
﷽
Uşaqlarımızı necə namazqılan edək?
Təcrübə göstərib ki, namazlarına yüngül yanaşanların uşaqları əslən namaz qılmır. Əgər siz, həqiqətən, özünüzün və uşaqlarınızın namaz qılan olmasını istəyirsinizsə, namazın ehtiramını qoruyun. Demirəm namaz qılın. Deyirəm namazın ehtiramını qoruyun ki, bu, namaz qılmaqdan daha üstündür.

"Mənəvi azadlıq",səh.87
https://www.tg-me.com/shehid_mutehheri
Media is too big
VIEW IN TELEGRAM
Niyə İmam Hüseynə (ə) əza saxlamalıyıq?
🖇Bəyənib, paylaşmağı unutmayın
inista.⤵️
https://www.instagram.com/reel/C9H8yMGuv5Z/?igsh=MzRlODBiNWFlZA==
www.tg-me.com/shehid_mutehheri
🖇Bəyənib, paylaşmağı unutmayın
inista.⤵️
https://www.instagram.com/reel/C9H8yMGuv5Z/?igsh=MzRlODBiNWFlZA==
www.tg-me.com/shehid_mutehheri
Media is too big
VIEW IN TELEGRAM
Hüseyn(ə) ərəbdir. Biz niyə bir ərəbə yas saxlamalıyıq?
İlahiyyatçı: Seyid Cavid Miriyev
inista/ shehid_mutehheri ⤵️
https://www.instagram.com/reel/C9KvhHeNF0W/?igsh=MzRlODBiNWFlZA==
https://www.tg-me.com/shehid_mutehheri
İlahiyyatçı: Seyid Cavid Miriyev
inista/ shehid_mutehheri ⤵️
https://www.instagram.com/reel/C9KvhHeNF0W/?igsh=MzRlODBiNWFlZA==
https://www.tg-me.com/shehid_mutehheri
Media is too big
VIEW IN TELEGRAM
Niyə hər il Muhərrəm ayında əza saxlayırsınız? Bəs deyilmi?
🎙İlahiyyatçı Seyid Cavid Miriyev
Daha çox insanın faydalanması üçün bəyənib paylaşmağı unutmayın.
https://www.tg-me.com/shehid_mutehheri
🎙İlahiyyatçı Seyid Cavid Miriyev
Daha çox insanın faydalanması üçün bəyənib paylaşmağı unutmayın.
https://www.tg-me.com/shehid_mutehheri
Media is too big
VIEW IN TELEGRAM
Şəhadətə sevinin, ağlamayın!
#şübhələrə_cavab
🎙İlahiyyatçı Seyid Cavid Miriyev
Daha çox insanın faydalanması üçün bəyənib paylaşmağı unutmayın.
↪️https://www.instagram.com/reel/C9Xmzdgt-dc/?igsh=MzRlODBiNWFlZA==

İntihar, yoxsa şəhadət?
İmam Hüseyn(ə) şəhid olacağını bildirdimi, bilirdisə niyə ölümə getdi?

Ona borcluyuq.
#şübhələrə_cavab
İlahiyyatçı Seyid Cavid Miriyev
İnista↪️https://www.instagram.com/reel/C9kQNPuJ1PJ/?igsh=MzRlODBiNWFlZA==

Niyə Allah müsəlmanlara yardım etmir?
Heç bir xalq bədbəxtliyin səbəblərini özündən dəf etmədikcə bədbəxtlikdən xoşbəxtliyə çata bilməz. Əksi də belədir. Allah heç bir xoşbəxt xalqı bədbəxtliyin səbəblərini özləri üçün hazırlamadan bədbəxtliyə düçar etməz. Biz şikayətlənirik ki, niyə Allah Amerikanın bir ovuc jandarm yəhudisini bir milyarddan artıq müsəlmana hərbi, siyasi, ideolloji və iqtisadi cəhətdən hökmranlıq etməsinə icazə verir? 5 İyun müharibəsində yüz milyon ərəb niyə uduzdu? Allah niyə müsəlmanlara izzət vermir? Niyə təbiət qanunları müsəlmanların xeyrinə dəyişmir? Əsəbləşirik, qəm-qüssədən gecələr yuxumuz ərşə çəkilir, əziyyət çəkib şikayətlənirik, dua edib yalvarırıq, amma dualarımız qəbul olmur. Niyə? Quran bizə bir cümlədə cavab verir: "Bir toplum özünü dəyişmədikcə, Allah da onları dəyişməz". (Rəd,11)
Allah öz qanununu dəyişən deyil. Biz özümüzü dəyişməliyik. Biz cəhalətdə, əxlaqi pozğunluqda qərq olmuşuq, heç bir birliyimiz yoxdur və buna baxmayaraq, Allahdan bizə yardımçı olmasını gözləyirik! Biz kiçik bir hadisə üçün min cür şayiə düzəldirik, yalana, əyriliyə adət etmişik və hər bir fəzilətdən əl çəkmişik, buna rəğmən, dünyaya ağalıq etmək istəyirik! Bu olası deyil.

📗"İlahi ədalət",səh.112
https://www.tg-me.com/shehid_mutehheri
﷽
Ədalətin icrasında qətiyyət
Həzrət Əlinin (ə) əmisi oğlu və bilikli köməkçisi İbn Abbas xəta etdikdə İmam məktub yazıb onu ciddi şəkildə tənqid və təhdid etdi. Ona yazdı ki, əgər xətandan dönməsən, qılıncımla səni ədəbləndirərəm. Həmin qılınc ki, onunla vurduğum hər kəs cəhənnəmə vasil olur. Sonra isə ədalətinin heç kəs üçün istisna daşımadığını ona başa salmaq üçün deyir: "Allaha and olsun, əgər Həsən və Hüseyn də bu səhvi etsəydilər, onlara da güzəştə getməzdim".

📗"İlahi ədalət",səh.222
https://www.tg-me.com/shehid_mutehheri
﷽
İmam Cavadla sünni aliminin debatı
Həzrət Cavadla (ə) hələ uşaq ikən əhli-sünnə alimləri arasında bir debat oldu. Sünni alimi İmama dedi: Sizin Şeyxeyn (Əbu Bəkr və Ömər) barədə düşüncəniz nədir? Bizdə Peyğəmbərdən (s) gələn etibarlı bir hədis var ki, deyir: "Əbu Bəkr və Ömər cənnət qocalarının ağasıdır". Həmçinin, bir gün Cəbrail Peyğəmbərə nazil olub Allah tərəfindən bu mesajını ona çatdırdı ki, " Ya Peyğəmbər, Mən Əbu Bəkrdən razıyam. Əbu Bəkrdən soruş gör, o da Məndən razıdırmı?"
İmam Cavad (ə) cavab verdi: "Biz Əbu Bəkrin fəzilətini inkar etmirik, lakin burada bir məsələ var. Hamı qəbul edir ki, Peyğəmbər Həccətul-Vidada dedi: "Mənə yalan bağlayanlar çoxalıb". O, bir meyar qoydu ki, məndən hansı hədisi nəql etsələr, əvvəlcə onu Qurana təqdim edin. Əgər Quranla uyğun gəlirsə, qəbul edin; əks halda, rədd edin. Quran deyir ki, cənnət əhli hamısı gəncdir.
İkinci hədisinizə gəldikdə, Allah Quranda buyurur: "Biz insanı yaratdıq və onun qəlbində nələr keçirtdiyini bilirik. Biz ona, şah damarından daha yaxınıq". Quran Allahı bu cür tanıtdığı halda necə mümkündür ki, Allah Peyğəmbərindən soruşsun ki, "Mən filan bəndəmdən razıyam, sən ondan soruş gör, o da Məndən razıdırmı?"

📗 "Quranla tanışlıq", c.6
, səh.118https://www.tg-me.com/shehid_mutehheri
﷽
Bu dünyada yaş və quru birlikdə yanır
Bəzən insanlar soruşur ki, əgər bir qövmün əksəriyyəti günah edibsə, niyə həmin qövmün içindəki saleh azlıq da onların əzabına məruz qalır? Bilmirlər ki, cəmiyyətin üzvləri bir bədənin hissələri kimidir. Əgər bir bədənin bir yerində xərçəng yaranarsa, digər üzvlər: "niyə biz də məhv olmalıyıq?"— deyə bilməz. Çünki bir-birinə bağlıdırlar. Məhz eyni səbəbdən, yəni siz cəmiyyət həyatında bir-birinizə bağlı olduğunuz üçün bir-birinizin xoşbəxtliyindən faydalandığınız kimi bir-birinizin bədbəxtliyindən zərər görməlisiniz. Yalnız axirət dünyası ayrılıq dünyasıdır. Bu dünyada isə cəmiyyətin üzvləri bir-birinə bağlıdır; həqiqətən, bir-birinin sevincinə və kədərinə ortaqdırlar, əzabına və səadətinə şərikdirlər.
Ayrılıq dünyası axirət dünyasıdır: “Bu gün, ey günahkarlar, (möminlərdən) ayrılın!” Bu dünyada isə "ayrılın" yoxdur. Bu dünyada elmi qayda və qanunlar tələb edir ki, əgər cəmiyyətin bir qismi o qədər fəsad içindədirsə ki, cəmiyyətə bəla gətirirsə, bu bəla sağlamı da xəstəni də əhatə edir.
Bu dünyada yaş və quru birlikdə yanır. Sadəcə, quru — yəni yanmağa hazır olanlar üçün bu, Allahın əzabıdır və axirətdə də bu davam edə bilər. Günahsız olanlar üçün isə bu bir imtahandır və axirətdə onlara mükafat veriləcəkdir. Bu dünyada isə yaşı qurudan ayırmaq mümkün deyil.

📗 "İslam və Zamanın Tələbləri",c.1, səh.200
https://www.tg-me.com/shehid_mutehheri
﷽
Həzrət Fatimənin fəziləti
Sirə və hədis yazan alimlər Həzrət Zəhra (s.ə) haqqında belə deyiblər:
Fatimə (s.ə) Əhli-Kisadan, Mübahilədə olanlardan və ən çətin zamanda hicrət edənlərdən idi. O, haqqında Təthir ayəsi nazil olan şəxslərdən idi və Cəbrail onların arasında olmaqdan fəxr edirdi. Allah onun sadiqliyinə şahidlik etmiş və ona imamların və Qiyamətə qədər davam edəcək Peyğəmbər nəslinin anası olmaq şərəfini bəxş etmişdir. O, danışığında Rəsulullaha (s) ən çox bənzəyən şəxs idi. Onun əxlaqı Peyğəmbərin əxlaqından xəbər verirdi və yerişi onun yerişindən bir az da olsun fərqlənmirdi. O, Peyğəmbərin yanına gələndə, Peyğəmbər onu qarşılayar, əlini öpər və öz yerində otuzdurar, Peyğəmbər onun yanına gələndə isə Fatimə ayağa qalxar və onun əlini öpərdi.

"Əxlaqi xütbələr", c.1, səh.318
https://www.tg-me.com/shehid_mutehheri