Telegram Web Link
🌿Ramazan ayının 1-ci günü Bir neçə əməldən ibarətdir:

1. Axar suda qüsl almaq və başa otuz ovuc su tökmək.Bu, insanı bütün il boyu bütün xəstəlik və dərdlərdən qoruyar.


2. Pərişanlıq və alçaqlıqdan nicat tapsın deyə, üzünə bir ovuc gülab sürtsün.Bir az da başına töksün ki, o ildə gicgah və beyin xəstəliklərindən amanda olsun.

3.İki rükət ayın əvvəlinin namazını qılsın və sədəqə versin.

4. İki rükət namaz, birinci rükətdə “Həmd”dən sonra “Fəth” surəsini, ikinci rükətdə isə “Həmd”dən sonra istənilən surə ilə qılsın.O ildə Allah taala bütün pislikləri ondan uzaqlaşdırar və ilin axırına kimi onu qoruyar.

5. Dan yeri söküldükdə bu duanı oxusun:
Əllahummə qəd həzərə şəh-ru rəməzan, və qədiftərəztə ələyna siyaməh, və ənzəltə fihil Quranə hudən lin nasi və bəyyinatin minəl huda vəl furqan,Əllahummə əinna əla siyamihi və təqəbbəlhu minna və təsəlləmhu minna, və səllim-hu ləna fi yusrin minkə və afiyəh, innəkə əla kulli şəyin qədir.

📗Mənbə:"Məfatihul-cinan" kitabından
2024/09/28 21:34:32
Back to Top
HTML Embed Code: