Telegram Web Link
#ibrətamizhekayə💙
~Hekayə📍

Hekayəyə görə günlərin birində Frans Kafka hər gün gəzintilər etdiyi parkda balaca bir qızla rastlaşır. Gəlinciyini itirmiş qız bir küncdə oturub ağlayırmış, bu onu çox kədərləndirmişdi. Kafka gəlinciyi qızın əvəzinə axtarmağı təklif edir və səhəri gün eyni yerdə görüşəcəklərinə söz verirlər. Gəlinciyi tapa bilməyən Kafka balaca qıza oyuncağının adından bir məktub yazır və görüşəndə onu balaca üçün oxuyur: "Xahiş edirəm, mənim üçün kədərlənmə, dünyanı görmək üçün uzun bir səyahətə çıxdım. Sənə başıma gələnləri danışacağam..🎡" Bu daha sonrakı məktubların ilki olur. Kafka balaca qızla hər görüşəndə sevimli gəlinciyin xəyali macəralarını diqqətlə yazdığı məktublardan ona oxuyur. Balaca qız bu şəkildə təsəlli olurmuş..
Və gün gəlir, görüşlərin artıq sonu gəlib çatır. Kafka son görüşdə balaca qıza bir gəlincik gətirir. Balaca qız çox fərqli olan oyuncağa təəccüblə baxır. Gəlinciyə ilişdirilmiş bir parça kağız onun təəccübünü dağıdır və oxuyur: "Səyahətim məni çox dəyişdirdi.." Uzun illər sonra artıq gənc olan balaca qızımız göz bəbəyi kimi qoruduğu oyuncağının gözündən qaçırdığı çartlağının içinə sıxışdırılmış bir məktub tapır. Məktubda qısa olaraq belə yazılıb: "Sevdiyin hər şeyi gec və ya tez itirəcəksən, amma axırda sevgi başqa bir surətdə geri dönəcək.."

Kanalımızın Linki 🔗
@ruhumungundeliyi
┄┅════✼🕊❤️🕊✼════┅┄
2024/06/25 23:26:52
Back to Top
HTML Embed Code: