Telegram Web Link
📜 “Ləylətur-Rəğaib” (arzular gecəsi)

🔵 Rəcəb ayının ilk cümə axşamı “Leylətur-Rəğaib” (arzular gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən, həmin gecəyə məxsus əməlləri yerinə yetirən şəxsə çoxlu bərəkət və savablar əta olunar. İslam Peyğəmbərindən (s) nəql olunur ki, Rəcəb ayının ilk cümə axşamından qafil olmayın ki, bu gecəni mələklər “istəklər gecəsi” adlandırırlar.

🔵 İslam Peyğəmbərindən (s) bu namazın fəziləti ilə bağlı belə nəql olunur: “Hər kim “Rəğaib” (istəklər) gecəsi bu namazı qılsa, qəbrin birinci gecəsində həmin namazın savabı onun müqabilində gözəl, gülərüz və parlaq simada zahir olar və şirin dillə ona deyər: “Ey mənim dostum! Sənə müjdə verirəm ki, hər bir çətinlik və ağrı-acılardan nicat tapdın.” Namaz qılan şəxs deyər: “Sən kimsən? Mən indiyə qədər belə gözəl sima görməmişdim, sözündən şirin bir söz eşitməmişdim, qoxundan da ətirli bir qoxu duymamışdım.” Cavabında deyər: “Mən, sənin “Rəğaib” gecəsi qıldığın namazam. Bu gecə sənin haqqını ödəmək, sənə tənhalığında həmdəm olmaq, vəhşət və qorxunu səndən uzaqlaşdırmaq üçün gəlmişəm. Qiyamət “sur”u (sədası) çalındığı zaman mən qiyamət səhnəsində sənin üzərinə kölgə salaram. Elə isə şad ol ki, xeyir-bərəkət səndən uzaq düşməyəcək.”

⬇️ Namazın qılınma qaydası bu cürdü:
Ən mühüm əməl isə (İslam Peyğəmbərindən (s) nəql olunduğu kimi) “Şam” və “Xiftən” namazlarının arasında (iki rükətli) on iki rükət namaz qılmaqdır. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Qədr” və on iki dəfə “İxlas” surələri deyilir və namazdan sonra aşağıdakı zikr yetmiş dəfə deyilir:

اللهم صل علی محمد النبی الامی و علی آله

🔺“Əllahummə səlli əla Muhəmmədinin-nəbiyyil ummiyyi və əla alihi!”
Ondan sonra səcdəyə gedilir və səcdədə yetmiş dəfə bu zikr deyilir:

سبوح قدوس رب الملائکة والروح

🔺“Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-ruh!”
Səcdədən qalxıb yenidən səcdəyə gedərək bu zikr yetmiş dəfə deyilir:

رب اغفر وارحم و تجاوز عما تعلم انک انت العلی الاعظم

🔺“Rəbbiğfir vərhəm və təcavəz əmma tə`ləm, innəkə əntəl əliyyul əzim!” Bu dəfə də səcdədən qalxıb, yenidən səcdəyə gedədək aşağıdakı zikr 70 dəfə deyilir:

سبوح قدوس رب الملائکة والروح

🔺“Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-ruh!”
Sonra Allah-Taaladan hacətlərin dilə gətirilməsi tövsiyə olunur!

♦️Rəcəb ayının ilk cümə axşamını ehya saxlamaq, dua, münacat və raz-niyazla məşğul olmağın, eləcə də, həmin günü oruc tutmağın fəzilət və savabı olduqca çoxdur.

📍Qeyd:
“Rəğaib” gecəsinin namazı qılınarkən müstəhəb yerinə "rəca" (savab əldə etmək ümidi) niyyəti edilməlidir.

📚 Mənbə:
“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının fəzilət və əməlləri” bölməsi
.
2024/11/18 16:24:50
Back to Top
HTML Embed Code: