Telegram Web Link
🏴 Əssəlamu Ələl-Huseyn
🏴 Və əla Əliyyibnil-Huseyn
🏴 Və əla Əvladil-Huseyn
🏴 Və əla Əshabil-Huseyn
#Su #içmək #İmam #Hüseyn #ədəb
https://www.tg-me.com/mezhebus_sadiq
Sual:
Nə üçün Quranda İmamlarımızın (ə) adları yoxdur? İmam Sadiq (ə) bu suala cavab verir!

#Quran #əhlibeyt #ad #çəkilmə

https://www.tg-me.com/mezhebus_sadiq
Məzhəbus-Sadiq
#Arpa #su #bazar #su #pivə #spirt
🔴 Burda 3 nöqtəyə diqqət edilməlidir:

1⃣-ci nöqtə:
Tam şəkildə spirtsiz istehsal olunsun.
Əgər onu istehsal edərkən spirt yaranırsa və sonradan spirti alınırsa,haramdır. Əks halda,onu içməyin eybi yoxdur. Əgər onun necə istehsal olunması ilə bağlı şəkkiniz varsa,onu içməyin eybi yoxdur.

2⃣ - ci nöqtə:
Onun əsl düzəliş qaydası.
Onun düzəliş forması pivə texnologiyası əsasında olmamalıdır, əgər belə olarsa,onu içmək haramdır əks təqdirdə,icazəlidir. Şəkk olduğu (pivə olub-olmadığı bilinmədiyi) halda isə içmək icazəlidir,çünki mövzunu bilmək mükəlləfə vacib deyil.

3⃣-cü nöqtə:
Ürfdə (insanların, cəmiyyətin nəzərində) pivə sayılmazsa.
Ürfə qayıdan məsələlərdə hər şəxsin sözü əsas götürülmür. O şəxslər ki, dəqiq baxış sahibidirlər (yəni mütəxəssisdirlər), onların sözü əsas götürülür, qeyrilərinin sözü ilə mövzu sabit olmadığına görə onların sözü dəlil sayılmır. Nəticə olaraq, əgər ürf bilsə ki, pivə necə düzəlir, düzəliş qaydasından xəbərdar olsa, aralarından kimsə pivə düzəltsə, ondan sonra ürf desə ki, bu pivədir, onda bu olur pivə. Nəinki bir şey pivəyə oxşayır, biraz da köpük çıxdı, buğdadan düzəldi bu olur pivə, xeyr. Buna pivə demirlər, ürfdə o şeyə pivə deyirlər ki, həqiqətən də bu pivə texnologiyası əsasında hazırlanır.

https://www.tg-me.com/mezhebus_sadiq
“ÖLÜYƏ YASİN”, Quran oxumaq olarmı?

♦️1-ci hissə

Rəhman və Rəhim olan Allahın adı ilə.

📜 Əhli-sünnə alimlərindən Əbdul-Əzim Munziri deyir:

“Məqil ibn Yəsar (Allah ondan razı olsun) deyir: "Allah Rəsulu (s) buyurdu: “Quranın qəlbi Yasin surəsidir. Allahı və axirəti istəyən elə bir şəxs yoxdur ki, onu oxuduqda Allah onu bağışlamasın. Onu ölüləriniz üçün oxuyun.” Hədisi Əhməd, Əbu Davud və Nəsai rəvayət etmişdir, və (hədisin bu) ləfzi Nəsaidəndir. İbn Macə və Hakim də rəvayət edib və o, (Hakim) səhih bilmişdir.”¹

اقرؤوا يس على موتاكم رواه أبو داود وابن ماجة وأحمد ولفظه: يس قلب القرآنلا يقرؤها رجل يريد الله والدار الآخرة إلا غفر له واقرؤوها على موتاكم.
الحديث أخرجه أيضا النسائي وابن حبان وصححه

Əhli-sünnə alimlərindən Muhəmməd ibn Əli Şəvkani:
“Ölülərinizə Yasin oxuyun” Hədisi Əbu Davud, İbn Macə, və Əhməd (ibn Hənbəl) rəvayət etmişdir.
Hədisi həmçinin Nəsai və İbn Hibban qeyd edib və səhih hesab etmişdir.”²

📚 Mənbələr:
[1] “Ət-Tərğib vət-Tərhib”, c.2, səh.246, hədis 2262.
[2] “Neylul-əvtar”, c.4, səh.52.

https://www.tg-me.com/mezhebus_sadiq
“ÖLÜYƏ YASİN”, Quran oxumaq olarmı?

♦️2-ci hissə

Əhli xilafın mənbələrində ölüyə Yasin surəsini oxumaq. Bu hədis bir neçə sənədlə gəlib.

عن سليمان التيمي ، عن أبي عثمان – وليس بالنهدي – ، عن أبيه ، عن معقل بن يسار ، قال : قال رسول الله – صلى الله عليه وسلم – :
" اقرؤوا ( يس ) على موتاكم " .
أخرجه أحمد ( 5 / 26 و 27 ) ، والبخاري في " التاريخ الكبير " ( 8 / 57 ) ، وأبوداود ( 3 / 188 / 3121 ) ، وأبوعبيد في " فضائل القرآن " ( ص 136 ) ، وابن أبي شيبة ( 3 / 237 ) ، وابن ماجه ( 1 / 465 – 466 / 1448 ) ، والحاكم ( 1 / 565 ) ، والبيهقي ( 3 / 383 ) .

2- عن سليمان التيمي ، عن أبي عثمان ، عن معقل ، مرفوعاً .
أخرجه النسائي في " عمل اليوم والليلة " ( 1074 ) .

3- عن سليمان التيمي ، عن رجل ، عن أبيه ، عن معقل بن يسار ، مرفوعاً .
أخرجه النسائي في " عمل اليوم والليلة " ( 1075 ) ، والطيالسي ( 931 ) .

4- عن سليمان التيمي ، عن أبي عثمان – وليس بالنهدي – ، عن أبيه ، عن معقل بن يسار ، موقوفاً .
أشار إليه الحاكم ( 1 / 565 )

1. Süleyman Teymi, o da Əba Osmandan, o da atasından , o da Məqil bin Yəssardan nəql edir ki , Rasulullah ( s.ə.ə.v ) buyurur: Sizlər ölülərinizə Yasin surəsini oxuyun.

📍Bu sənədlə gələn mənbələr:

🔺1-ci sənəd:
Musnədi Əhməd c 5 , səh 25-26. Buxari-Tarixi Kəbir -c 8 , səh 57 , Sunəni Əbu Davud -c 3 , səh 188 /3121. Əbu Ubeyd -Fəzail Qur'an , səh 136. Musənnəfi İbn Əbu Şeybə -c 3 , səh 237. Sunəni ibn Macə -c 1 , səh 465-466. Mustedrek lil Hakim- c 1 səh 565. Beyhəqi c 3 , səh 383.

🔺2-ci sənəd: 
Suleyman Təymi, Əbu Osman , o da Məqildən mərfuən həmin hədisi Nəsai özünün Əməlul yəvm vəl ləyləti kitabında , 1074.

🔺3-cü sənəd:
Süleyman Teymi, bir kişidən , o da atasından , o da Məqil bin Yəssardan mərfuən - hədisi gətirib:
Nəsai -Əməlu yəvm vəl ləyləti -1075 , Musnədi Təyalisi- 931.

🔺4-cü sənəd:
Süleyman Teymi, Əbu Osman, o da atasından , o da Məqil bin Yəssardan mərfuən hədisi nəql edib.
Mustədrəki Hakim c 1 , səh 565.

🔹İbn Baz hədis haqqında deyir: Albani və bir dəstə cəmaət hədisi səhih bilib. Amma hədis sənəddə olan Əbu Osman Nihdiyə görə zəifdir. Lakin xəstənin yanında Quran oxumaq qəbul olunan bir əməldir.

أبو عثمان النهدي ( ع )

قال الذهبي : الإمام ، الحجة ، شيخ الوقت
قال أبو حاتم كان ثقة

📍Lakin Əbu Osmanı Zəhəbi öz Siyər Əlamun Nubəla əsərində, Əbu Hatəm də həmçinin etibarlı ravi , imam, dövrünün şeyxi və huccət biliblər.

https://www.tg-me.com/mezhebus_sadiq
“ÖLÜYƏ YASİN”, Quran oxumaq olarmı?

♦️3-cü hissə

🔸Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”.[1]

🔸Fatihə və ixlasın, Quranın oxunması həm ölən üçün duadır, həm də yaşayan üçün şəfadır.

📍Hz, Peyğəmbərimiz (s) üç cür dərman istifadə edirdi. Qurani-Kərim və ya dua oxuyardı. Elm yolu ilə kəşf edilən dərmanlardan istifadə edirdi. Hər ikisindən birlikdə istifadə edirdi. Bir hədisdə buyurulur ki :
“Qurani-Kərimdən şəfa gözləməyən şəfaya qovuşa bilməz”.

🔹İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də Cənnətdə özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur![2]

📍Bu barədə islam məzhəbləri arasında müxtəlif fikirlər söylənmişdir.

🔺1) Hənəfi məzhəbinə əsasən qəbr ətrafında Quran oxumaq məkruhdur.[3]

🔺2) Şafeyi məzhəbinə əsasən ölüyə oxunan Quranın savabı ona çatmır.[4]

🔺3) Malikilərin məzhəbinə əsasən ölüyə Quran oxumaq məkruhdur.[5]

🔺4) Hənbəlilərin məzhəbinə əsasən isə ölüyə Quran oxumaq bidət və haramdır.

🔸Peyğəmbər və Əhli-beytnin fikrini bilək.
Ona görə də bunun cavabını Quran və hədis əsasında verəcək.
Quran ayələrinə və hədislərə diqqət yetirsək insan öləndən sonrada bəzi əməllərin ona, savabının çatmasına şahid olarıq.

🔸(Bəzi adamların fəxr etdiyi) mal dövlət, oğul uşaq bu dünyanın bər bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə, Rəbbinin yanında həm savab, həm də ümid etibarilə daha yaxşıdır.[6]

📍Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə, Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır.[7]

🔸Bu iki ayələrdə Allah təala bəzi əməllərin əbədi qalmasından və əbədi qalan əməllərin əhəmiyyətindən danışmışdır.

📜 Peyğəmbər (s) buyurmuşdur:

1) Başqalarına fayda verən elm.
2) Özündən sonra onun üçün dua edən saleh övlad.
3) Həmişə cari olan sədəqə.[8]

🔸Özündən sonra kitab yazıb qoymaq, Məscid tikdirmək, Quyu, yaxud, bulaq qazdırsın,

🔸Bir gün bir kişi peyğəmbərə ərz elədi, anam vəfat edib, onun tərəfindən sədəqə versəm savabı ona çatarmı? Peyğəmbər (s) buyurdu. Bəli. (Səhih Müslim)

📜 İmam Əli (ə) buyurmuşdur:
“Öz ölülərinizi ziyarət edin ki, onlar sizin ziyarətinizlə sevinirlər. Öz ata-ananızın qəbrinin yanında hacətlərinizi istəyin”.[9]

🔸Əbu Bəkr və İbni Abbasdan rəvayət edilmişdir ki, Peyğəmbər Əkrəm (s) buyurub:
“Qəbiristanlığa girib «Yasin» surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər həfiflənmiş olarlar. Oxuyana da oradakı ölülər sayınca savab verilər”.[10]

🔺Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə «Yasin» surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır.

📚 Mənbələr:
[1] “Həşr” 59,10.
[2] “Tur”, 52, 21.
[3] “Əli qari Hənəfi, Fiqhul - Əkbər kitabı, s.110.
[4] Əttəzkiratu Qurtubinin kitabı , s.7.
[5] “Əş Şərtu s Səğir”, c.1, s.180.
[6] “Kəhf”,18;46.
[7] “Məryəm”, 19;76.
[8] “Vəsailuş-şiə” c.15, s.116.
[9] Usuli Kafi, c.3, s.230.
[10] Ruhil-bəyan, Təfsiri «Dörd səhih hədis» kitabı Əbu Hüreyrədən, 1044-1066-cı hədis

https://www.tg-me.com/mezhebus_sadiq
2024/12/25 20:30:21
Back to Top
HTML Embed Code: