Telegram Web Link
📋 İmam Əli (ə) buyurur:

“Elm öyrən! Elm öyrənmək yaxşı əməldir. Dərs təkrar etmək zikrdir. Elm barədə araşdırma aparmaq cihaddır. Bilməyənə elm öyrətmək sədəqədir. Elm Allah yanında elm əhli üçün mənəvi yaxınlıqdır, çünki elm halal və haramın göstəricisidir. Elm, onu tələb edəni Cənnətə aparar. Elm vəhşətdə munis, tənhalıqda yoldaş, düşmənlərə qarşı silah və dostların zinətidir. Allah elmin sayəsində bəzi insanları ucaldar və onları xeyir işlərdə imamlar təyin edər. Onlara iqtida olunar, əməlləri nümunə olar, onların nişanələri iqtibas edilər və mələklər onlarla dostluğa rəğbət bəsləyərlər. Namaz qılarkən mələklər öz qanadlarını onların üzərinə çəkərlər, çünki elm qəlblərin həyatı, gözlər üçün korluğun müqabilində nur, bədənlər üçün zəifliyin qarşısında isə gücdür. Allah-taala elm sahibini əbdallar məqamında qərarlaşdırar, dünya və axirətdə onu xeyirli insanlarla həmsöhbət edər. Elmin vasitəsilə Allaha itaət edilər və ibadət olunar”.

📚 Əllamə Məclisi, “Biharul-ənvar”, c.1, səh.166.

https://www.tg-me.com/mezhebus_sadiq
2024/11/15 16:46:36
Back to Top
HTML Embed Code: