Telegram Web Link
Forwarded from Hacı Ramil Bədəlov
Media is too big
VIEW IN TELEGRAM
Hacı Ramil - Əgər bu 5 şeyi etsən... | 2024
Forwarded from Maide.Az/MaideTV
Media is too big
VIEW IN TELEGRAM
Fəcr - İmam Hüseyn (ə) surəsi - Şeyx Sərdar Hacıhəsənli

#şeyx_sərdar_hacıhəsənli #şeyxsərdar #şeyxsərdarhacısənli #fəcrsurəsi #imamhüseyn #imam
Forwarded from Hacı Ramil Bədəlov
Media is too big
VIEW IN TELEGRAM
🥀 Hüzn Evi - 1 | 2024 | Anons 📢

Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadət günlərində yayımlanacaq " Hüzn evi " (Beytul-əhzan) proqramını 📅 hər həftənin 2-ci və 5-ci günləri saat 20:00-da 📌 Hacı Ramil Bədəlovun rəsmi YouTube kanalında 📺 izləyə bilərsiniz.

➡️ 🔗https://www.youtube.com/channel/UCXxGveN-u74dT0F03yp2uzA
Forwarded from Maide.Az/MaideTV
HƏZRƏT FATİMEYİ-ZƏHRANIN (S.Ə.) “FƏDƏK” XÜTBƏSİ-1

Şeyx Təbərsi özünün “Əl-ihticac” kitabında İmam Həsənin (ə) nəvəsi Abdullah ibn Həsəndən, o da öz ata-babalarından belə nəql edir: “Əbu-Bəkr və Ömər Həzrət Fatimey-Zəhranın (s.ə.) Fədək bağını qəsb etdikdə, Həzrət Fatimey-Zəhra (s.ə.) bundan xəbər tutdu. O Həzrət çadrasını başına atıb xidmətçiləri və Bəni-Haşim qadınlarının bir neçəsi ilə birgə məscidə getdi. Həzrət Fatimeyi-Zəhra (s.ə.) ətəyi yerə sürtüləcək dərəcədə uzun paltar geyinmişdi. Yerişi sanki atası Peyğəmbəri-Ərəmin (s) yerişini xatırladırdı. Məscidə daxil olduqda, Əbu-Bəkr mühacir və ənsardan bir dəstəsi və digərləri ilə birgə oturmuşdu. Pərdə çəkdilər. Həzrət Fatimey-Zəhra (s.ə.) pərdənin arxasına keçib yanıqlı bir ah çəkdi. Məsciddəkilər onun yanıqlı ahından təsirlənib ağladılar. Məclisdəki vəziyyət dəyişdi. Həzrət Fatimeyi-Zəhra (s.ə.) bir az sükut edib camaatın ağlamaq səsinin sakitləşməsini gözlədi. Sonra sözünə Allaha həmd və təriflə, Peyğəmbəri-Əkrəmə salavat göndərməklə başladı. Bu vaxt camaat yenidən ağlamağa başladı. Sükut yarandıqdan sonra Xanım (s.ə.) sözünə davam etdi və buyurdu:

اَلْحَمْدُ للَّـهِ عَلی ما اَنْعَمَ، وَ لَهُ الشُّكْرُ عَلی ما اَلْهَمَ، وَ الثَّناءُ بِما قَدَّمَ، مِنْ عُمُومِ نِعَمٍ اِبْتَدَاَها، وَ سُبُوغِ الاءٍ اَسْداها، وَ تَمامِ مِنَنٍ اَوْلاها، جَمَّ عَنِ الْاِحْصاءِ عَدَدُها، وَ نَأی عَنِ الْجَزاءِ اَمَدُها، وَ تَفاوَتَ عَنِ الْاِدْراكِ اَبَدُها، وَ نَدَبَهُمْ لاِسْتِزادَتِها بِالشُّكْرِ لاِتِّصالِها، وَ اسْتَحْمَدَ اِلَی الْخَلائِقِ بِاِجْزالِها، وَ ثَنی بِالنَّدْبِ اِلی اَمْثالِها وَ اَشْهَدُ اَنْ لااِلهَ اِلاَّ اللَّـهُ وَحْدَهُ لاشَریكَ لَهُ، كَلِمَةٌ جَعَلَ الْاِخْلاصَ تَأْویلَها، وَ ضَمَّنَ الْقُلُوبَ مَوْصُولَها، وَ اَنارَ فِی التَّفَكُّرِ مَعْقُولَها، الْمُمْتَنِعُ عَنِ الْاَبْصارِ رُؤْیتُهُ، وَ مِنَ الْاَلْسُنِ صِفَتُهُ، وَ مِنَ الْاَوْهامِ كَیفِیتُهُ. اِبْتَدَعَ الْاَشْیاءَ لامِنْ شَیءٍ كانَ قَبْلَها، وَ اَنْشَاَها بِلاَاحْتِذاءِ اَمْثِلَةٍ اِمْتَثَلَها، كَوَّنَها بِقُدْرَتِهِ وَ ذَرَأَها بِمَشِیتِهِ، مِنْ غَیرِ حاجَةٍ مِنْهُ اِلی تَكْوینِها، وَ لافائِدَةٍ لَهُ فی تَصْویرِها، اِلاَّ تَثْبیتاً لِحِكْمَتِهِ وَ تَنْبیهاً عَلی طاعَتِهِ، وَ اِظْهاراً لِقُدْرَتِهِ وَ تَعَبُّداً لِبَرِیتِهِ، وَ اِعْزازاً لِدَعْوَتِهِ، ثُمَّ جَعَلَ الثَّوابَ عَلی طاعَتِهِ، وَ وَضَعَ الْعِقابَ عَلی مَعْصِیتِهِ، ذِیادَةً لِعِبادِهِ مِنْ نِقْمَتِهِ وَ حِیاشَةً لَهُمْ اِلی جَنَّتِهِ.

“Allaha verdiyi nemətlərə görə həmd olsun, bəxş etdiklərinə görə şükür olsun. Təqdim etdiklərinə görə təriflər də Ona məxsusdur; başlanğıcda çoxlu nemət vermiş, saysız-hesabsız bəxşişlər göndərmiş və ardıcıl hədiyyələr əta etmişdir. Elə nemətlər ki, sayıb-qurtarmaq, sonunu bilmək və miqdarını dərk etmək mümkün deyil. Allah bəndələri nemətlərin artması üçün şükür etməyə, nemətlərin kamilləşməsi üçün həmd etməyə dəvət edib və həmin nemətləri ikiqat əldə etmək üçün təşviq edib.

Şəhadət verirəm ki, Allahdan başqa, məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Bu elə bir kəlmədir ki, ixlaslı olmağı onun əsası qərar verib, onu qəlblərdə yerləşdirib və onun tanınmasını düşüncələr üçün asanlaşdırıb. O Allah ki, gözlərlə Onun görünməsi, dillərlə Onun vəsf edilməsi və düşüncələrlə Onun necəliyinin dərk edilməsi qeyri-mümkündür. O, bütün varlıqları onlardan öncə yoxdan yaradıb, bənzəri və nümunəsi olmadan xəlq edib, Öz qüdrəti və istəyi ilə heç bir şeyə ehtiyac duymadan vücuda gətirib. Onlara surət verərkən Özünə heç bir xeyir-fayda nəzərdə tutmayıb. Məqsədi isə, yalnız Öz hikmətini aşkar etmək, Özünə itaətin zəruriliyini çatdırmaq, Öz qüdrətini göstərmək, bəndələri ibadətə yönəltmək və dəvətini gücləndirməkdən ibarət idi. Ondan sonra Ona itaət etməyə görə savab və Ona asi olmağa görə isə əzab qərar verdi ki, bununla bəndələrini əzabından uzaqlaşdırsın və Cənnətinə doğru yönəltsin.”

Ardı var...

Maide.Az - Maarif bölümü

#fədəkxütbəsi #həzrətzəhra #həzrətfatimə #fatimiyyəgünləri

https://www.tg-me.com/MaideTV
👉BU SALAVAT QUM ALİMİ VƏ ƏXLAQ USTADLARİNDAN BİRİ OLAN AYƏTULLAH TƏVƏKKÜL TƏRƏFİNDƏN NƏQL EDİLMİŞDİR. HACƏT VƏ İSTƏKLƏRİN RƏVA OLMASI ÜÇÜN SON DƏRƏCƏDƏ TƏSİRLİDİ. BU SALAVAT NƏ QƏDƏR COX OXUNSA O QƏDƏR DAHA YAXŞI OLAR.
👇
HƏZRƏTİ FATİMƏYƏ SALAVAT.📿
🏴ƏLLAHUMMƏ SALLİ ƏLA FATİMƏTƏ VƏ ƏBİHƏ VƏ BƏLİHƏ VƏ BƏNİHƏ ƏDƏDƏ İLMİLLAH ZİNƏTƏ ƏRŞİLLAH BƏQİYƏTƏN Bİ BƏQAİLLAH DƏİMƏTƏ Bİ DƏVAMİ MULKİLLAH ƏDƏDƏ MƏ XALƏQA VƏ MƏ YUXLƏQ VAL'ƏN ƏADƏƏHUM KƏZƏLİK.🏴
2024/11/16 04:42:43
Back to Top
HTML Embed Code: