Telegram Web Link
Forwarded from İmamRezaAz (rəsmi)
Ərəfə gününün əməlləri ensarullah_313 (1).pdf
580.1 KB
Ərəfə gününün əməlləri
*Ərəfə duası*

*Allaha şükrün ali nümunəsi olan bu dua İmam Hüseyn (ə) tərəfindən Ərəfə günü oxunduğu üçün belə adlanır.*
*Habelə, "ərəfə" sözü "tanımaq, dərk etmək, anlamaq" kimi tərcümə olunur.*
Duanın tarixçəsi belədir: Kərbəlaya yola düşərkən İmam Hüseynin (ə) karvanı Həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə getdi. Ərəfə günü İmam Hüseyn (ə) Ərəfat çölündəki çadırından çıxıb ailəsi, övladları və qulluqçularının müşaiyəti ilə Ərəfat dağına üz tutdu. Dağın solunda durdu, üzünü qibləyə çevirdi, əllərini qaldırdı və ən ehtiyaclı fəqir kimi Allaha yalvarmağa başladı:


*Bağışlayan və mehriban Allahın adı ilə*
*İlahi, Məhəmməd və Məhəmmədin soyuna xeyir-bərəkətini artır!*
Həmd olsun o Allaha ki, heç kəs Onun hökmünü dəyişə bilməz, heç kəs Onun nemətinin qarşısını ala bilməz və heç kəs Onun yaratdığını yarada bilməz. O, səxavəti sonsuz və rəhməti geniş olan Allahdır ki, növbənöv varlıqlar yaratdı, hikməti ilə varlıqları kamala çatdırdı; Ondan gizli heçnə peyda olmur, mülkündən heçnə azalmır; yaratmaqda hamıdan üstün Odur; bütün ehtiyacları təmin edən Odur; bütün zəiflərə rəhm edən, bütün xeyirləri göndərən və parlaq nuru ilə hər şeyi əhatə edən kitabı da (Quranı) nazil edən Odur! O, duaları eşidən, qəm-qüssəni aradan aparan, məqamları artıran, zalımları yıxandır; Ondan başqa pərəstişə layiq olanı yoxdur; Onun tayı-bərabəri yoxdur; Ona bənzər heçnə yoxdur! O, eşidən və görəndir, mehriban və xəbərdardır; O, hər şeyə qadirdir!
İlahi, həqiqətən Sənə can atıram! Sənin Rəbb olduğuna şahidəm! Yorulmadan təkrarlıyıram ki, mənim Rəbbim Sənsən! Şübhəsiz, Sənin yanına qayıdacağımı da bilirəm.
İlahi, Sən mənə nemət verməyə başlayanda, mən hələ yada salınası bir şey deyildim; məni torpaqdan yaratdın, sonra ata-babamın sülbünə yerləşdirdin ki, hadisələrin pisliyi, zamanın axarı mənə xələl yetirməsin; Qədim zamanlardan məni sülblərdən rəhmlərə ötürə-ötürə indiki dövrdə dünyaya gətirdin; Sənin mehribanlığın, lütfün və xeyirxahlığın sayəsində küfr başçılarının - səninlə əhdlərini pozan, peyğəmbərlərini yalanlayanların - dövlətində dünyaya göz açmadım. Məni elə bir vaxtda dünyaya gətirdin ki, hidayət nuru məndən öncə gəlmişdi; Bununla da hidayət yolumu asanlaşdırdın, məni o nurun içində boya-başa çatdırdın. Bundan da öncə nəvazişinlə, bol-bol nemətlərinlə mənə lütf etmişdin. Yaradılışımı nütfədən başladın, sonra məni üç zülmətin (ana rəhminin) içinə saldın. O zülmət ətin, qanın və dərinin arasında idi. Necə yarandığımı heç bilmədim, yaradılışımda heç bir əməyim olmadı. Sonra, əzəldən müəyyənləşdirdiyin hidayətinlə məni dünyaya lazımlı görkəmdə və sağlam gətirdin. Uşaq ikən beşikdə qorudun məni. Faydalı süd ilə qidalandırdın məni. Mənə qulluq edənlərin qəlbinə məhəbbətimi saldın, məni mehriban anaların himayəsinə verdin. Cinlərin mənə yaxın düşməsini qoymadın. Artıq-əskik olmadan məni salamat saxladın. Ucasan ey Rəhman, ey Rəhim!
Bol-bol nemətlərini göndərəndə, hələ danışa bilmirdim; sonra ildən ilə böyüdükcə nemətlərini artırdın ta ki, fitrətim kamil, gücüm isə yetərli olsun. Sonra haqqı mənə çatdırdın, özü də qəlbimə Öz mərifətini ilham etməklə. Hikmətinin qəribəliyi ilə məni heyrətə saldın! Göylərin və yerin xilqətindəki gözəlliyi görməyim üçün daxilimdə oyanış yaratdın! Diqqətimi Sənin şükrünə və zikrinə yönəltdin, Sənə itaət və ibadət etməyi vacib etdin. Peyğəmbərlərin nə üçün gəldiyini mənə başa saldın. Sənin razı olduğun işlərə qəbullanmağı mənim üçün asanlaşdırdın. Bütün bunlarla mənə lütf etdin! Məni ən yaxşı torpaqdan yaratdın. İlahi, bir nemət verəndə, başqa nemətləri əsirgəmədin. Dolanışığım üçün növbənöv nemətlər verdin, çeşidli hədiyyələrlə zənginləşdirdin. Bütün bunları mənə qarşı çox əzəmətli lütfünlə, sonsuz xeyirxahlığınla etdin. Bütün nemətlərindən yararlanmaq üçün mənə imkan verdin, bütün bəlaları məndən uzaqlaşdırdın! Sənə qarşı nadanlığıma və cəsarətimə baxmayaraq, hər şeyə göz yumub Sənə yaxınlaşdıran işlərdi mənə tanıtdırdın, Sənə tərəf ucaldan işləri mənə qismət etdin.
Ona görə bilirəm ki, Səni çağırsam – cavabsız qoymayacaqsan, istəsəm – verəcəksən, itaət etsəm – təşəkkür edəcəksən, şükr etsəm – nemətlərini artıracaqsan! Bütün bunlar Sənin kamil şəkildə yaxşılıq və xeyirxahlıq etdiyinə görədir. Nə gözəlsən, ilahi! Nöqsansızsan, ilahi!
Sən heçdən var edənsən, yaratdıqca yaradansan! Həmd olunasısan, tərif olunasısan! Adların müqəddəsdir, kərəmin isə tükənməz! İlahi, hansı nemətlərini sayıb qurtara bilərəm? Hansı nemətinin şükrünü layiqincə yerinə yetirə bilərəm? İlahi, heç kəs nemətlərinin sayını bilə bilməz, heç kəsin zehni onları yadda saxlaya bilməz. İlahi, hələ nə qədər pislikləri məndən uzaqlaşdırmısan! Məndən uzaq etdiyin ziyan və zərərin sayı hələ gözümlə gördüyüm sağlamlıq və şadlıqdan qat-qat artıqdır.
İlahi, həqiqi bir inamla, yəqinliyimin bütün gücü ilə, aşkar təkallahçılığımın bütün səmimiyyəti ilə, batinimdəki gizli vicdanımla, bəsirətimi açan hər bir vasitə ilə, alnıma yazılanların sirri ilə, aldığım hər nəfəslə, nəfəs aldığım burnumla, eşitdiyim qulağımla, bağlanan və (söz) gizlədən dodaqlarımla, hərəkəti ilə söz səsləndirən dilimlə, çənə sümüklərimi birləşdirən ağzımla, dişimin damaqları ilə, yeyib-içdiyimi bildiyim ağız dadımla, beynimi qoruyan kəllə sümüyümlə, boğazımdakı damarlarımla, sinə boşluğumda olanlarla, şah damarımı hifz edənlərlə, ürəyimdəki damarlarla, ciyərimin hər parçası ilə, qabırğalarımın qoruduqları ilə, sümüklərimi birləşdirən oynaqlarımla, bədənimdə baş verən hər bir mübadilə ilə, barmaqlarımın ucu ilə, ətimlə, qanımla, dərimlə, tüklərimlə, sinirlərimlə, əzələlərimi sümüklərimə birləşdirən vətərlərimlə, sümüklərimlə, beynimlə, damarlarımla, bütün bədən üzvlərimlə, südəmər vaxtımda möhkəmlənən hər üzvümlə, torpağın məndən aldıqları ilə, yuxumla, oyaqlığımla, hərəkətsiziliyimlə, rüku və səcdə hərəkətlərimlə şəhadət verirəm:
Əgər bütün var gücümü ortaya qoysam, olmazın səy göstərsəm, bütün əsrlərdə və bütün zamanlarda yaşamış olsam və Sənin verdiyin bircə nemətin şükrünü yerinə yetirməyə çalışsam – bunu edə bilməyəcəm! Bir haldan başqa - Sən Özün şükr nemətini mənə əta etsən. Belə olduqda isə, hər dəfə şükr nemətinə görə də şükr etmək mənə vacib olacaq. Buna şəkk-şübhə yoxdur! Əgər vurnuxub çalışsam, yaratdıqların içində saya bilən bütün varlıqlarla bir yerdə sənin verdiyin və verəcəyin nemətləri saymağa başlasam, yenə də sayıb qurtarmağa nə say çatacaq, nə də zaman. Bu mümkün deyil! İlahi, heyranam bu işinə!
Sən danışan Kitabında düzgün xəbər vermisən: “Əgər Allahın nemətlərini saymaq istəsəniz, onları heç vaxt sayıb-qurtara bilməzsiniz!” İlahi, Kitabın haqdır, verdiyin xəbər haqdır! Elçilərin və peyğəmbərlərin təbliğ etdilər; Öz vəhyindən onlara nazil etdiyini çatdırdılar; Sənin dinin onların vasitəsilə, onlara öyrətdiklərinlə yayıldı. Bunlardan başqa da bir şahidliyim var, ilahi! Bütün var-gücümlə, bütün ciddiliyimlə, bütün taqətimlə, bütüm tutumumla, iman və yəqinliyimlə deyirəm: Həmd olsun Sənə, törəməyə ehtiyacsızsan və varisin yoxdur, səltənətində şəriksizsən və xəlq etməyinə mane olacaq birisi yoxdur, Səni qoruyan bir ağaya və Sənə əl tutan bir köməkçiyə möhtac deyilsən! Nə gözəlsən, İlahi! Nöqsansızsan! “Əgər yer və göylərdə Allahdan başqa tanrılar olsaydı, fəsad yaranardı”.
Sübhənəllah! Necə də gözəldir o Allah ki, yeganədir, təkdir, ehtiyacsızdır, nə doğulub, nə doğub, tayı-bərabəri yoxdur! Həmd olsun Allaha, uca mələklərin və peyğəmbərlərin Ona həmd-səna etdiyi kimi! Allah ən yaxşı bəndəsi, peyğəmbərlərinin sonuncusu olan Məhəmmədin və onun pak-pakizə, ixlaslı Əhli-Beytinin məqamını ucaltsın, xeyir-bərəkətini onlara nazil etsin!
*Burada imam Hüseyn (ə) Allaha dua etdi. Gözlərindən yaş gələ-gələ davam etdi:*
İlahi, mənə elə bir hüşu halı ver ki, sanki Səni görürəm. Təqva vasitəsilə məni xoşbəxt et. Sənə üsyan etməklə bədbəxt olmağıma imkan vermə. Mənim üçün elə xeyirli hökm ver və taleyimi elə bərəkətli et ki, Sənin məsləhət görmədiyini istəməyim, məsləhət bildiyini isə arzulayım. İlahi, nəfsimi qane, qəlbimi yəqin, əməlimi xalis, bəsirətimi aydın, dinimi bəsirətli, cismimi ləzzət alan, göz-qulağımı mənə xeyir verən et.
İlahi, mənə zülm edənlərə qarşı mənə yardımçı ol. Zalımlardan intiqam və haqqımı almaqla mənə gözaydınlığı ver, gözümü işıqlandır. İlahi, qəm-qüssəmi dağıt, eyblərimi ört, səhvlərimi bağışla, şeytanımı məndən uzaqlaşdır, borclarımdan qurtar. İlahi, mənə uca məqam ver həm bu dünyada, həm Axirətdə! Ilahi, həmd olsun Sənə ki, məni yaratdın, eşidən və görən etdin. İlahi, həmd olsun Sənə ki, məni yaratdın və mənə rəhm edərək, uyğun bir surət verdin. Mənə ehtiyacın yox idi, amma hamısını verdin!
Ya Rəbb, məni yaratdın və ədalətlə yoğrulmuş fitrət verdin. Ya Rəbb, məni böyütdün və gözəl görkəm verdin. Ya Rəbb, mənə yaxşılıq etdin və qəlbimə sağlamlıq verdin. Ya Rəbb, məni qorudun və uğur verdin. Ya Rəbb, məni nemətlərinlə bürüdün və hidayət etdin. Ya Rəbb, məni sevdin və yalnız yaxşılıq etdin. Ya Rəbb, məni yedizdirdin, içizdirdin. Ya Rəbb, mənə bolluq verdin və razı saldın. Ya Rəbb, mənə yardım etdin və izzət verdin. Ya Rəbb, eyblərimi paklıq örtüyünə bürüdün, işlərimi yoluna qoymaqla həyatımı asanlaşdırdın.
Bütün bunlara xatir, İlahi, Məhəmməd (s) və Ali Məhəmmədin (ə) məqamını ucalt! Zəmanənin çətinlikləri müqabilində gecə-gündüz yardımçı ol mənə; dünyada qorxulu hallardan, Axirətdə qəm-qüssədən qoru məni; zalımların yer üzündə törətdiklərindən amanda saxla məni! İlahi, nədənsə qorxsam, başıma gətirmə; nədənsə qaçsam, məndən uzaqlaşdır; özümü və dinimi qoru; səfər etsəm, məni hifz et; ailəmə və malıma sahib çıxacaq varis nəsib et; verdiyin ruzimi bərəkətli et; öz gözümdə nəfsimi alçalt; camaatın gözündə məni ucalt; insanların və cinlərin şərrindən qoru; günahlarıma görə rüsvay etmə; gizli rəzalətlərimin əlində giriftar qoyma; əməllərimə görə bəlaya düçar etmə; nemətlərini əlimdən alma; Özündən başqasının ümidinə buraxma! İlahi, məni kimin ümidinə buraxacaqsan? Yaxınlarımın? Onlar məni qoyub gedəcək. Yoxsa Özgələrinin? Onlar da üzünü mənə turşudacaq. Yoxsa məni alçaltmaq istəyənlərə buraxacaqsan? İnana bilmərəm buna, axı mənim Rəbbim və ixtiyar sahibim Sənsən!
İlahi, Sənə şikayətim də var: kimsəsizliyimdən və dünyadakı qəribçiliyimdən, burdakı ağaların nəfsinə uymasından. İlahi, qəzəblənmə mənə! Mənə qəzəblənməsən, fikrim yalnız Səndə olar. Sübhənallah! Gör məni necə də ağuşuna almısan! Ya Rəbb! Səni and verirəm vəchinin nuruna! O nura ki, yerə və göylərə saçır, zülmətləri məhv edir, öncəkilərin və sonrakıların yolunu aydınlaşdırır! Məni qəzəbinlə öldürmə, mənə qəzəblənmə! Cəzalandırma məni, cəzalandırma! Məndən razı qalana qədər möhlət ver! Axı Səndən başqa Allah yoxdur, ey müqəddəs Məkkənin Rəbbi, Məşərül-hərəmin Rəbbi,ən qədim evin - bərəkət verdiyin, insanların pənahgahı etdiyin Kəbənin Rəbbi! Ey helmi ilə böyük günahları bağışlayan! Ey fəzli ilə bol-bol nemət verən! Ey kərəmi ilə artıqlamasıyla bəxş edən! Ey dar günümdə köməyim! Ey kimsəsiz vaxtımda həmsöhbətim! Ey ağır günümdə dayağım! Ey yaxşı günümdə böyüyüm! Ey mənim və ata-babalarımın – İbrahimin və İsmailin, İshaqın və Yaqubun Allahı! Ey Cəbrayılın, Mikayılın və İsrafilin Allahı! Ey peyğəmbərlərin sonuncusu Məhəmmədin (s) və onun seçilmiş soyunun (ə) Allahı! Ey Tövratı və İncili, Zəburu və Furqanı (Quranı) nazil edən! Ey sirli “kaf-ha-ya-ayn-sad”, “ta-ha”, “ya-sin”i və hikmətli Quranı nazil edən! Yollar üzümə bağlananda, genişliklər ürəyimi sıxanda sığınacağım Sənsən! Rəhm etməsəydin həlak olardım. Səhvlərimə göz yumursan. Eyblərimi örtəməsəydin, rüsvay olardım. Düşmənlərimə qarşı mənə yardım edirsən. Yardım etməsəydin, məğlub olardım. Ey O kəs ki, ucalıq və əzəməti Özünə məxsus etdi, övliyalarını isə Öz izzəti ilə izzətləndirdi! Ey O kəs ki, şahlar Onun hüzuruna zillət damğası ilə gəlir və Onun zəhmindən titrəyirlər! Gözlərin xəyanəti, sinələrin gizlini, zamanın və ruzigarın sirri Sənə bəllidir! Ey O kəs ki, necəliyini Özündən başqası bilmir! Ey O kəs ki, kimliyini Özündən başqası bilmir! Ey O kəs ki, Özündən başqası Onun bildiyini bilmir! Ey yeri su üzərinə çıxaran, havanı səma ilə örtən! Ey kəramətli adların sahibi! Ey tükənməz nemətlərin sahibi! Ey səhralıqda karvanları Yusifə tərəf istiqamətləndirən, onu quyudan çıxaran, ona köləlikdən sonra şahlıq verən, onu
qəmi boğmaqdan gözü tutulmuş Yaquba qaytaran! Ey zərər və bəlaları Əyyubdan uzaqlaşdıran! Ey qocalmış və ömrü başa çatan İbrahimə oğlunu qurban kəsməyə mane olan! Ey yalnız qoymadığın Zəkəriyanın yalvarışına cavab verib ona Yəhyanı əta edən! Ey Yunusu balığın qarnından çıxaran! Ey Bəni-İsrail üçün dəryanı yararaq, onları xilas edən! Ey fironu qoşunu ilə suya qərq edən! Ey küləkləri rəhmət müjdəsi olaraq əsdirən! Ey üsyankar bəndələrini cəzalandırmağa tələsməyən! Ey fironun sehrbazlarını düz yola çəkən: hərçənd onlar uzun müddət haqqla savaşa-savaşa, Sənin nemətlərindən faydalanırdı; Sənin ruzindən yeyə-yeyə, Səndən başqalarına pərəstiş edirdi; Səni inkar edib peyğəmbərlərini yalanlayırdılar. Ya Allah, ya Allah! Ey yoxdan var edən! Ey vəsfolunmaz! Ey əbədi və sonu olmayan! Ey heç bir şey diri olmadıqda diri olan! Ey ölüləri dirildən! Ey kimin nə əldə etdiyini bilən! Ey şükrümün azlığına rəğmən, məni məhrum etməyən; xətalarımın böyüməsinə rəğmən, məni rüsvay etməyən; günah etdiyimi görməsinə rəğmən, məni bədnam etməyən! Ey uşaqlığımda məni qoruyan! Ey böyüklüyümdə mənə ruzi yetirən! Ey mənə saysız-hesabsız yaxşılıq edən! Ey mənə şükrü mümkün olmayan nemətlər verən! Ey yaxşılığına nankorluq və itaətsizliklə cavab verdiyim kəs! Ey imanın qədir-qiymətini bilə bilməyəcəyim vaxtda məni hidayət edən! Ey xəstə ikən çağırdığımda şəfamı verən, üryan ikən çağırdığımda üstümü örtən, ac ikən çağırdığımda çörəyimi verən, susuz ikən çağırdığımda məni sirab edən, zəlil ikən çağırdığımda izzətimi verən, cahil ikən çağırdığımda elmimi artıran, tənha ikən çağırdığımda çoxluq (dost-tanış) verən, qərib ikən çağırdığımda (vətənə) qaytaran, möhtac ikən çağırdığımda ehtiyacımı ödəyən, köməksiz ikən çağırdığımda dadıma çatan, bolluqda ikən çağırdığımda məndən əsirgəməyən! Bütün bunları Səndən istəmədikdə belə mənə verdin. Həmd olsun Sənə! Şükr Sənə! Ey səhvlərimdən keçən, qəm-qüssəmi dağıdan, duamı qəbul edən, eybimi örtən, günahlarımı bağışlayan, arzularıma çatdıran, düşmənlərimə qalib edən! Sənin yaxşılğını, rəhmətini və kərəmini sayıb-qurtara bilmirəm.
Ey mənim mövlam! Sənsən lütf edən! Sənsən nemət verən! Sənsən yaxşılıq edən! Sənsən gözəllik verən! Sənsən fəzilət bəxş edən! Sənsən kamala çatdıran! Sənsən ruzi yetirən! Sənsən müvəffəq edən! Sənsən əta edən! Sənsən qane edən! Sənsən zənginlik verən! Sənsən sığınacaq verən! Sənsən kifayət edən! Sənsən hidayət edən! Sənsən qoruyan! Sənsən gizlədən! Sənsən bağışlayan! Sənsən güzəştə gedən! Sənsən yerbəyer edən! Sənsən izzətləndirən! Sənsən dada çatan! Sənsən dayaq olan! Sənsən dəstəkləyən! Sənsən əldən tutan! Sənsən sağaldan! Sənsən sağlam saxlayan! Sənsən kəramət bəxş edən! Ucasan, Əzəmətlisən! Dayanmadan həmd olsun Sənə! Sonsuz şükrlər olsun Sənə! İndi isə, İlahi, Sənə etdiyim günahları etiraf edəcəm, Sən də məni əfv et! Mənəm pislik edən, mənəm səhvə yol verən, mənəm əyri niyyəti olan, mənəm cahillik edən, mənəm qəflətdə yatan, mənəm diqqətsizlik edən, mənəm (Səndən başqasına) güvənən, mənəm bilə-bilə (günah) edən, mənəm boş yerə söz verən, mənəm sözünün üstündə durmayan, mənəm əhdini pozan, mənəm bildiyimi eləyən, mənəm nemət içində ola-ola qəsdən günah üstünə günah edən! Bağışla məni! Ey bəndələrinin günahından zərər çəkməyən, bəndələrinin itaətinə ehtiyacı olmayan, əməli-salehləri Öz yardımı və mərhəməti ilə (xeyir işlərə) müvəffəq edən! Həmd olsun Sənə, ey mənim Allahım, ey mənim Mövlam! İlahi, əmr etdin – sözündən çıxdım; çəkindirdin – qulaq asmadım; nə üzr istəməyə üzüm qalıb, nə də yardım diləməyə halım! İlahi, hansı üzlə Sənin qapına gəlim? Hansı qulağı, hansı gözü, hansı dili, hansı əli, hansı ayağı hüzuruna gətirim? Sənin verdiyin bu nemətlərlə günah qalmadı ki, eləməyim, ya Rəbb! Törətdiklərimin dəlil-sübutu əlindədir! Ey mənim eyblərimi gizlədən! Eyblərimi ata-anamdan gizlətdin ki, üz çevirməsinlər; qohum-qardaşdan gizlətdin ki, söz eləməsinlər; hakimlərdən gizlətdin ki, cəzalandırmasınlar! İlahi, Sən bildiklərini onlar bilsəydilər, məni dinləmədən qovardılar, danışdırmazdılar.
Bax buyam mən, İlahi! İndi də hüzuruna gəlmişəm, mənim Sahibim: başım aşağıdır, xar olmuşam, ziyan etmişəm, alçalmışam; nə üzr gətirməyə bir bəhanəm, nə özümü düzəltməyə gücüm, nə də özümü ağa çıxartmağa bir sözüm var. Günahlarımı necə danım? Dansam da, xeyri nədir, İlahi? Hansı üzlə danım, bir halda ki, hər bir bədən üzvüm günahlarımın şahididir. Özü də şəkk-şübhəsiz bilirdim ki, törətdiyim bu ağır əməllərə görə Sənə cavab verəcəm; Sənə - ədalətli hökm verənə, heçnəyi gözdən qaçırmayana, ədalətə görə məni həlak etməli olana! Ona görə ədalətindən rəhmətinə qaçıram!
İlahi, məni cəzalandıra bilərsən, axı Sənin sözündən sonra yenə də günah etdim. Amma məni bağışlaya da bilərsən, axı Sən həlimsən, əl tutansan, kərimsən! Səndən başqa bir Allah yoxdur! Heyranam Sənə! Həqiqətən, zülm edənlərdənəm. Səndən başqa bir Allah yoxdur! Heyranam Sənə! Həqiqətən, üzr istəyənlərdənəm. Səndən başqa bir Allah yoxdur! Heyranam Sənə! Həqiqətən, Sənin təkliyinə iman gətirənlərdənəm. Səndən başqa bir Allah yoxdur! Heyranam Sənə! Həqiqətən, qorxanlardanam. Səndən başqa bir Allah yoxdur! Heyranam Sənə! Həqiqətən, sıxıntıda olanlardanam. Səndən başqa bir Allah yoxdur! Heyranam Sənə! Həqiqətən, ümid edənlərdənəm. Səndən başqa bir Allah yoxdur! Heyranam Sənə! Həqiqətən, arzulayanlardanam. Səndən başqa bir Allah yoxdur! Heyranam Sənə! Həqiqətən, “la ilahə illəllah” deyənlərdənəm! Səndən başqa bir Allah yoxdur! Heyranam Sənə! Həqiqətən, mən istəyənlərdənəm. Səndən başqa bir Allah yoxdur! Heyranam Sənə! Həqiqətən, mən “sübhənallah” deyənlərdənəm! Səndən başqa bir Allah yoxdur! Heyranam Sənə! Həqiqətən, mən “Allahu əkbər” deyənlərdənəm. Səndən başqa bir Allah yoxdur! Heyranam Sənə! Ey məmin və bütün ata-babalarımın Rəbbi!
İlahi, bu təriflərim Sənin şənini uca tutmaq üçündür. Bu səmimiyyətim Sənin tək olduğunu yada salmaq üçündür. Bu sadalamam sonsuz nemətlərini xatırlamaq üçündür. Hərçənd bilirəm ki, nemətlərin sadalanmaqla qurtarmayacaq. Çünki, nemətlərin çeşidli və boldur, davamlı və əbədidir! Heç vaxt nemətini məndən əsirgəmədin: məni yaradanda da, dünyaya gətirəndə də, ömrümün əvvəlində də, ehtiyacım olanı verəndə də, zərərləri uzaqlaşdıranda da, rahatlıq verəndə də, çətinlikləri dəf edəndə də, bəlanı çəkəndə də, sağlamlıq verəndə də, dinimi salamat edəndə də! Bütün aləmlər mənimlə birləşsə, sənin əvvəldən sona qədər mənə verdiyin nemətləri saysa - bacarmarıq. Müqəddəs, Uca, Kərim, Əzəmətli və Rəhim Allahsan! Sənin qiymətsiz nemətlərin saya gəlmir, Səni layiqincə tərifləmək, Sənə layiqincə şükr etmək mümkün deyil.
İlahi, Məhəmməd (s) və onun Əhli-Beytinin (ə) məqamını uca et! Bizə verdiyin nemətləri kamala çatdır. Sənə itaət etməklə bizi xoşbəxt et. Nə gözəl, nə böyük Allahsan! Təksən, Səndən başqa pərəstişə layiq olanı yoxdur! İlahi, bilirəm, dərdi olanı əliboş qaytarmırsan, pislikləri uzaqlaşdırırsan, bəlaya düşənə əl uzadırsan, xəstəyə əlac edirsən, yoxsulu varlandırırsan, əyrilikləri düzəldirsən, balacaya rəhm edirsən, böyüyə dayaq olursan. Səndən başqa kömək yeri yoxdur! Səndən qüdrətlisi yoxdur! Sən ucasan, böyüksən! Ey əlibağlı əsiri xilas edən! Ey körpə uşağın ruzisini yetirən! Ey qorxanın pənahı! Ey şəriki və yardımçısı olmayan! Məhəmməd (s) və onun Əhli-Beytinin (ə) məqamını uca et! Bu gecə mənə elə bir şey əta et ki, bəndələrinə ondan üstün bir şey verməmisən, ondan üstün nemət göndərməmisən, ondan daha yaxşısını bəxş etməmisən! Bəlaları məndən uzaqlaşdır, qəm-qüssəmi dağıt, dualarımı eşit, əməllərimi qəbul et, pisliklərimi ört. Həqiqətən Sən rəhm edənsən, hər şeydən agahsan, hər şeyə qadirsən! İlahi, çağırılanların ən yaxınısan! Cavab verənlərin ən tezisən! Bağışlayanların ən kərimisən! Əta edənlərin ən səxavətlisisən! Dinləyənlərin ən diqqətlisisən! Ey dünya və axirətin Rəhmanı və Rəhimi! Heç kəsə Sənin qədər yalvarmırlar! Heç kəsə Sənin qədər ümid etmirlər!
Səni çağırdım – cavab verdin; Səndən istədim – əta etdin; Sənə üz tutdum – rəhm etdin; Sənə güvəndim – xilas etdin; Sənə tərəf qaçdım – ağuşuna aldın! İlahi, bəndən və peyğəmbərin olan Məhəmmədin (s) və onun pak və xeyirli Əhli-Beytinin (ə) məqamını ucalt! Bizə verdiyin nemətləri kəsmə, yeni nemətlərlə bizi sevindir, bizi şükr edənlərdən və yaxşılıqlarını unutmayanlardan qərar ver! Amin! Amin! Ya Rəbbəl-aləmin! Ey mənim Allahım! Hökm etdin və qüdrətin üzə çıxdı, təqdir etdin və istədiyin oldu! Sənə günah etdilər - gizlətdin, Səndən əfv dilədilər – bağışladın! Ey arzu-istəklərin nəhayəti! Ey son ümid yeri! Ey hər şeyi bilən! Ey xəcalət çəkənləri nəvazişlə ağuşuna alan! İlahi, bu gecə Sənə üz tutmuşuq.
Şərafət və əzəmət verdiyin bu gecədə Səni and veririk Məhəmmədə (s) – nəbin və rəsuluna, məxluqatın ən üstününə, vəhyini etibar etdiyinə, Axirətdən xəbər gətirənə, parlaq çırağa, müsəlmanlara verdiyin nemətə, aləmlərə olan rəhmətinə! İlahi, Məhəmməd (s) və onun Əhli-Beytini (ə) xeyir-bərəkətinlə ucalt! Peyğəmbərimiz (s) ucalıq ləyaqətini Səndən alıb, ey Əzəmətli Allah! Ona görə də xeyir-bərəkətinlə onu və onun soyunu - paklıq və yaxşılıqda seçilmiş Əhli-Beytini (ə) ucalt! İlahi, bizi əfvinə bürü! Sənə hər dildə səslənirik! İlahi, bu gecə elə et ki, bəndələrinə qismət edəcəyin bütün nemətlər, hidayət nurun, yaydığın rəhmət, nazil etdiyin bərəkət, qayğısını çəkdiyin sağlamlıq, payladığın ruzi bizə də nəsib olsun! Ey rəhimlilərin ən rəhimlisi! İlahi, bu anda bizi uğurlu, xoşbəxt, xeyirli, nəaliyyətli bəndələrindən qərar ver! Bizi məyus etmə, rəhmətini bizdən çəkmə, ümid bağladığımız fəzlindən bizi məhrum etmə, mərhəmətindən uzaq salma, göz tikdiyimiz nemətlərini bizdən əsirgəmə, bizi əliboş qaytarma, qapından qovma! Ey səxavətlilərin ən səxavətlisi, ey kərimlərin ən kərimi! Sənə yəqin halda üz tutduq, yolumuzu Sənin müqəddəs evinə saldıq. Ayinlərdə bizə yardım et, ziyarətimizi kamil et, bizi bağışla və salamat et. Biz əllərimizi Sənə uzatmışıq, zəlilliyimizi boynumuza almışıq. İlahi, bu gecə Səndən istədiyimizi bizə ver! Özündən başqasına bizi möhtac qoyma, axı bizim yalnız Sənə ehtiyacımız var və Səndən başqa Allahımız yoxdur! Sənin hökmün üzərimizdədir, barəmizdə hər şeyi bilirsən, qədərimiz də ədalətlidir. Talemizi xeyirli et, bizi yaxşıların dəstəsinə sal. İlahi, Özünə layiq səxavətlə bizə böyük mükafat, zəngin azuqə və davamlı rahatlıq ver! Bütün günahlarımızı bağışla, bizi həlak olmuşların sırasına qatma, nəvaziş və rəhmətini bizdən çəkmə! Ey mehribanların ən mehribanı! İlahi, elə bu andaca Səndən istədiyimə görə ver, Sənə şükr etdiyimə görə artır, hüzuruna gəldiyim üçün qəbul et, bütün günahlardan Sənə tərəf qaçdığım üçün bağışla! Ey cəlalətli və kəramətli Allah! İlahi, bizi günahlardan təmizlə, ibadətə müvəffəq et, fəryadımızı eşit! Ey rəhm diləyənlərə rəhm edən! Ey göz qırpmağımız və baxmağımızdan nə demək istədiyimizi bilən, sinələrimizdə gizlətdiyimiz və ürəyimizdə saxladığımızdan agah olan! Bunların hamısını bilə-bilə, yenə də yumşaq rəftar edirsən. Zalımların barəndə dedikləri yalandır, Sən ülvi bir əzəmətlə nöqsansız və ucasan! Sənə heyrandır göylər də, yer də, onlarda yaşayanlarda! Sənə heyran olub tərifləməyən heçnə yoxdur! Bütün təriflər, şan-şöhrət, uca əzəmət Sənə aiddir! Ey cəlalət, səxavət, fəzilət, inayət və sonsuz nemət Sahibi! Sən əliaçıqsan, kərimsən, mehribansan, mərhəmətlisən! İlahi, halal ruzimi artır, cismimi və ruhumu sağlam et, qorxduğumdan amanda saxla, Cəhənnəmdən xilas et! İlahi, qoyma pis duruma düşüm, qəflətə yuvarlanın, azğınlaşım! Fasiq insan və cinlərin şərrindən qoru məni! Burada İmam Hüseyn (ə) göyə baxıb uca səslə dedi: Ey eşidənlərin ən yaxşısı, ey görənlərin ən yaxşısı, ey əməlləri tez haqq-hesab edən, ey mehribanların ən mehribanı! Məhəmməd (s) və onun Əhli-beytini (ə) xeyir-bərəkətinlə ucalt! Əgər duamı qəbul etdikdən sonra başqa nemətləri əlimdən almaq istəsən, qoyma zərər çəkim. Axı nemətini məndən əsirgəsən, mənə heçnə fayda verməz.
İlahi, yalvarıram, Cəhənnəmdən xilas et məni! Səndən başqa Allah yoxdur, təksən, şəriksizsən, hər şeyin maliki yalnız Sənsən, bütün təriflərə layiq yalnız Sənsən, hər şeyə qadir yalnız Sənsən, *Ya* *Rəbb, ya Rəbb, ya Rəbb...*

*Bu yerdə gözü yaşlı İmam Hüseyn (ə) dayanmadan elə uca səslə “Ya Rəbb, Ya Rəbb” dedi ki, yanındakılar öz hacətlərini unudub səslərini imamın (ə) səsinə qoşdular, onunla birgə ağladılar.* Gün batanda İmam Hüseyn (ə) yaxınları ilə birlikdə Ərəfat dağından uzaqlaşdı. *Ərəfə duası burada bitir, lakin bəzi rəvayətlərə görə, İmam Hüseyn (ə) duanı davam etdi:*
İlahi, zəngin olanda Sənə möhtac idimsə, ehtiyaclı olduğumu necə danım? İlahi, elmli olanda cahil idimsə, cahilliyimi necə danım? İlahi, tədbirinin çoxluğu, təqdirinin sürəti səni tanıyan bəndələrinə imkan vermir ki, nemətinə baxıb arxayınlaşsın, bəlana baxıb məyus olsunlar. İlahi, mən onsuzda zəliləm, Sənə isə kəramət yaraşır. İlahi, zəif vücuda salmamışdan öncə mənə mehribanlıq və nəvaziş göstərmisən. Heç mümkündür ki, zəif vücuda düşdükdən sonra mənimlə mehriban olmayasan? İlahi, mənə yaxşı iş nəsib olursa Sənin fəzlin və lütfün sayəsindədir. Pis iş nəsib olursa, Sənin ədalətindəndir ki, əsl üzümü göstərir. İlahi, mümkündür ki, himayədarım Sən olduğun halda məndən üz döndərəsən? Mümkündür ki, yardımçım Sən olduğun halda mənə zülm etsinlər? Mümkündür ki, Sən mənə can yandırdığın halda əlim üzülsün? Sənə möhtac halda gəlmişəm təvəssül edəm. Sənə necə təvəssül edim, nəyi vasitə gətirim? Sənə necə şikayət edim, axı halıma bələdsən? Sənə ürəyimi necə boşaldım, axı məni danışdıran Sənsən? Ümidimi necə boşa çıxara bilərsən, axı ümidim Sənədir? Halımı necə düzəltməzsən, axı halımı dəyişə biləcək yalnız Sənsən? İlahi, necə də nazımı çəkirsən, baxmayaraq ki, çox nadanam! İlahi, necə də mehribansan, baxmayaraq ki, qəbahətim var. İlahi, Sən nə qədər yaxında imişsən, mən nə qədər uzaqda?!
Bu qədər nəvaziş göstərdiyin halda, aramızda ayrılıq salan nədir?
İlahi, cürbəcür əlamətlərdən və hadisələrdən bir şeyi başa düşdüm: istəyirsən ki, hər şeydə Özünü mənə tanıtdırasan ta elə bir şey qalmasın ki, Səni onda görməyim! İlahi, zəlilliyim dilimi lal edəndə, kəramətin dilimi açır! Özüm özümdən əlimi üzəndə, nemətlərin məni təşfiq edir! İlahi, yaxşı işləri də pis olan birisinin pis işləri nə olmalı idi ki? Düz sözü də mənasız olanın, mənasız sözü nə olmalı idi ki? İlahi, hökmün hər şeyə nüfuz etdir, istədiyin hər şey olur! Belə olduqda kim nə deyə bilər? Kimdə nəyəsə hal olar? İlahi, neçə dəfə Sənə tabe olacağıma və özümü düzəldəcəyimə qərar verdim ki, ədalətinlə qoymadın əməlimə bel bağlayım, amma fəzlinlə zəhmətimi kiçiltmədin. İlahi, Özün bilirsən ki, itaətim davamlı olmasa da, həmişə Səni sevmişəm və sənə bəndə olmaq istəmişəm. İlahi, necə əməl edim ki, icazəni Sən verməlisən? Necə əməl etməyim ki, əmri Sən verirsən? İlahi, o qədər yol Sənə apardığını iddia edir ki, qorxuram azam. Özün məni Sənə aparan yola çək. Səni hansı dəlillə tanıyımki, o dəlillər Sənsiz var ola bilməz? Səndən başqa açıq-aydın nə var ki, onun vasitəsilə Səni görüm? Sən nə zaman gizli qaldın ki, Səni görməyə bir vasitəyə ehtiyac olsun? Sən nə zaman uzaq oldun ki, Sənə yaxınlaşmaq üçün vasitəyə ehtiyac olsun? Baxıb Səni görməyən gözlər kor olsun! Sənin məhəbbətini itirənlər ölsün! İlahi, Özün əmr etmisən ki, Səni vasitələrlə tanıyaq. Amma nurani təcəllin və bəsirətli hidayətinlə elə et ki, Sənə tərəf vasitələrlə getdiyim kimi, vasitələrə tərəf Səninlə gedim. Elə et ki, Sənə aparan vasitələrə ehtiyacım olmayacaq qədər ucalım! Həqiqətən, Sən hər şeyə qadirsən! İlahi, zəlilliyimi açıq-aşkar görürsən, halıma da yaxşı bələdsən. Sənə qovuşmağımı Səndən istəyirəm! Səni Özünlə tanıyıram! Məni Öz nurunla Özünə tərəf apar! Məni sədaqətli bəndə kimi qarşına çıxart. İlahi, Öz elminlə mərifətimi artır, məni Öz arxanda gizlət. İlahi, qoy həqiqətim Sənə yaxın olanların həqiqətindən olsun. Qoy, yolum Sənə aşiq olanların yolu olsun. İlahi, tədbirimi Öz tədbirinlə, ixtiyarımı Öz ixtiyarınla əvəz et. Azmağa doğru getsəm, məni saxla.
İlahi, məni nəfsimin zillətindən çıxartdıqdan, şəkkdən və şirkdən təmizlədikdən sonra qəbrə daxil et. Yardımı Səndən diləyirəm deyə, mənə yardım et. Sənə güvənirəm deyə, məni özbaşına buraxma. Sənə yalvarıram deyə, məni məyus etmə. Sənin fəzlinə can atıram deyə, məni məhrum etmə. Özümü Sənin tərəfdarın bilirəm deyə, məni kənarlaşdırma. Sənin qapını döymüşəm deyə, məni qovma.
İlahi, kimdən razı qalacağını Özün qərar verdiyin halda, mən kiməm Səni razı salam? İlahi, zatən xeyirə ehtiyacsızsan, mən kiməm Sənə xeyrim dəysin? İlahi, təqdirin məni ümidvar etsə də, nəfsimin əlində əsir olmuşam. Mənə elə kömək ol ki, Səndən başqasında gözüm olmasın. Mənə o qədər nemət ver ki, Səndən başqa bir şey arzulamayım. Sən övliyaların qəlbini elə nura bürüdün ki, onlar Səni tanıyıb yalnız Sənə aşiq oldular. Sən onların qəlbindən bütün məhəbbətləri çıxartdın ki, Səndən başqasını sevməsinlər, Səndən başqasına ürək bağlamasınlar. Aləmlər onları qorxuya salanda, Sən onların munisisən. Aləmlər onların üzünə açılanda, Sən onları hidayət edirsən. Səni tapan nəyi itirib? Səni itirən nəyi tapıb? Həqiqətən, Səndən başqa hədəfə razı olan heç nəyə çatmayıb. Həqiqətən, Səndən başqasını arzulayan hər şeydən məhrum olub. Səndən başqasına necə ümid etmək olar? Axı yalnız Sən yaxşılığını kəsmirsən. Səndən başqasından necə istəmək olar? Axı lütf etmək yalnız Sənin dəyişilməz adətindir. İlahi, Səni tərifləyən aşiqlərinə ünsiyyətin ləzzətini dadızdıran Sənsən! İlahi, Səndən əfv diləyən aşiqlərini heybətə bürüyən Sənsən! İlahi, Səni yada salanları zikrə başlamamış yada salan Sənsən! İlahi, Sənsən abidlər istəməmiş onlara nemət verən! İlahi, Sənsən kiminsə istəməsini gözləmədən bol-bol nemət verən. İlahi, Sənsən bizə çoxlu nemət verib (din yolunda xərcləməyimizi) borc kimi istəyən! İlahi, mənə o qədər rəhm et ki, Sənə qovuşum! İlahi, mənə o qədər lütf et ki, Sənə bağlanım! İlahi, heç vaxt ümidimi Səndən kəsmədim, hətta Sənə günah edəndə də. Heç vaxt Sənin qorxum ürəyimdən çıxmadı, hətta Sənə itaət edəndə də, bütün aləm məni Sənə yönəldəndə də, Sənin kərəmindən agah olanda da. İlahi, niyə məyus olum, axı ümidim Sənsən! Niyə yarı yolda qalım, axı dəstəyim Sənsən! İlahi, niyə izzətli olum, axı Sən məni zəlil yaratmısan! Niyə də izzətli olmayım, axı məni Özünə nisbət verirsən! İlahi, niyə möhtac olmayım, axı Sən məni ehtiyaclı yaratmısan! Niyə də ehtiyacsız olmayım, axı məni Sən təmin edirsən! Sənsən ki, Səndən başqa bir Allah yoxdur! Özünü hər şeyə tanıtdırdın ki, Səndən qafil olan qalmasın. Sənsən ki, Özünü mənə hər şeydə elə göstərdin ki, hər nəyə baxsam Səni gördüm. Sən hər şeydə təzahür etdin! Ey rəhməti ilə hər şeyi ehtiva edən! Zatınla ərşini gözlərdən gizlətdin. Bir aləmləri digər aləmlərdə gizlətdin. Aləmləri nura bürüməklə Özündən başqa hər şeyi kölgədə qoydun. Ey ərşin örtükləri ilə özünü gözlərdən gizlədən! Hətta bəsirət gözü Səni dərk edə bilməz. Ey misilsiz parlaqlığı ilə təcəlli edən! Əzəmətin bütün varlıq aləmində özünü büruzə verir. Necə gizlin qala bilərsən ki, açıq-aşkardasan? Necə görünməyə bilərsən ki, hər zaman qarşımızdasan? Həqiqətən, Sən hər şeyə qadirsən! Həmd yalnız Allaha olsun! Ya Rəbb, günahlarım Sənə zərəri yoxdur. Mənə nəsə əta etsən də, heçnə itirməyəcəksən. Elə isə, itirməyəcəyin nemətlərini mənə əta et, zərərini görmədiyin günahlarımı bağışla! İlahi, pis əməllərimə baxıb xeyir-bərəkətini əlimdən alma! Əgər əziyyətimi görüb rəhm etməsən, heç olmasa əziyyətimi boşa çıxarma!

Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd (İlahi, Öz xeyir-bərəkətini Məhəmməd və Məhəmmədin soyuna nazil et)
İltimasi dua 🤲
Salam
Aqibətiniz xeyirli olsun inşəallah

Qarşıdan gələn Qurban bayramınız mübarək olsun 🌹
Allah kəsilən qurbanları ali dərəcədə qəbul etsin butun istəyənlərə nəsib olsun amin 🙌
Forwarded from Maide.Az/MaideTV
Qurban bayramı gecəsi oxunan 'Ya daimul fəzli ələl-bəriyyə' duası


Maide.Az Qurban bayramı gecəsi oxunan 'Ya daimul fəzli ələl-bəriyyə' duasını təqdim edir: 


يَا دَائِمَ الْفَضْلِ عَلَى الْبَرِيَّةِ يَا بَاسِطَ الْيَدَيْنِ بِالْعَطِيَّةِ يَا صَاحِبَ الْمَوَاهِبِ السَّنِيَّةِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ خَيْرِ الْوَرَى سَجِيَّةً وَ اغْفِرْ لَنَا يَا ذَا الْعُلَى فِي هَذِهِ الْعَشِيَّةِ

Oxunuşu:

Yə dəiməl-fəzli ələl-bəriyyəh, yə bəsitəl-yədəyni bil-ətiyyəh, yə sahibəl-məvahibis-səniyyəh, salli ələ Muhəmmədin və əlihi xəyril-vərə səciyyəh, vəğfir lənə yə zəl-ula fi həzihil-əşiyyəh.

Tərcüməsi:

Ey lütf və mərhəməti məxluqata daimi olan, iki bəxşiş və əta əli bəndələrinə doğru uzanan, ey böyük bəxşişlərin sahibi, Muhəmməd və onun Əhli-beytinə – xilqət və fitrətdə məxluqatın ən yaxşılarına salam yetir, ey uca Allah, elə bu gecə mənim günahlarımı bağışla!

Maide.Az - Maarif bölümü

https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
Bayram namazının qılınma qaydası
Forwarded from XəmsənaməSYH_14 (Munis)
Bayramınız mübarək💐

T.me/SYH_XEMSENAME
*Bismilləhir-Rahmənir- Rahim*

*NÜDBƏ DUASI*

Əlhəmdu lillahi Rabbil-aləmin,və salləllahu əla seyyidina Muhammədin nəbiyyihi və əlihi vəsəlləmə təslima. Əllahummə ləkəl-həmdu əla ma cəra bihi qəzaukə fi-əvliyaikəl-ləzinə istəxləstəhum li-nəfsikə və dinikə izəxtərtə ləhum cəzilə ma indəkə minən-nəimil-muqim, əlləzi la zəvələ ləhu və ləzmihlal, bədə ən şərədtə ələyhimuz-zuhdə fi-dərəcati hazihid-dunyəd-dəniyyəti və zuxrufha və zibriciha, fəşərətu ləkə zalikə və əlimtə minhumul-vəfaə bihi fəqabiltəhu və qarrabtəhum və qaddəmtə ləhumuz-zikrəl-əliyyə vəs-sənaəl cəliyy, və əhbəttə ələyhim məlaikətək,və kərramtəhum bi-vəhyik, və rafəttəhum bi ilmik, və cəəltəhumuz-zəriətə iləykə vəl-vəsilətə ila rizvanik, fə bəzun əskəntəhu cənnətəkə ila ən əxractəhu minha, və bəzun həməltəhu fi fulkil, və nəccəytəhu və mən amənə məəhu minəl hələkəti birahmətik, və bəzun ittəxəztəhu li nəfsikə xəlila, və səələkə lisanə sidqin fil-axirin, fəəcəbtəhu və cəəltə zalikə əliyya,və bəzun kəllətəhu min şəcəratin təklima və cəəltə ləhu min əxihi radən və vəzira, və bəzun əvlədtəhu min ğayri əb və ayətəhul-bəyyinati və əyyədtəhu bi ruhil qudus, və kullun şəratə ləhu şəriətən və nəhəctə ləhu minhaca və təxəyyərtə ləhu əvsiyaə mustəhfizən bədə mustəhfizin, min muddətin ila muddətin iqamətən lidinik, və huccətən əla ibadik və li-əlla yazuləl-həqqu ən məqarrih və yəğlibəl batilu əla əhlih və la yəqulə əhədun ləvla ərsəltə iləyna rasulən munzira və əqamtə ləna ələmən hadiyən fənəttəbiə ayatikə min qabli ən nəzillə və nəxza,ila ənintəhəytə bil-əmri ila habibikə və nəcibikə Muhammədin səlləllahu ələyhi və alih,fə kanə kəməntəcəbtəhu səyyidə mən xələqtəh,və səfvətə mənistəfəytəhu və əfzələ mənictəbəytəhu və əkramə mənitə-mədtəh,qaddəmtəhu əla ənbiyaik, və bəəstəhu iləs-səqələyni min ibadik və əvtətəhu məşariqakə və məğaribək və səxxərtə ləhu-buraq, və əvdətəhu ilmə ma kanə və ma yəkunu ilənqizai xəlqik, summə nəsərtəhu bir-rub və həfəftəhu bi-cəbrailə və mikailə vəl musəvviminə min məlaikətik və vəədtəhu ən tuzhirə dinəhu ələd-dini kullihi vələv kərihəl-muşrikun, və zalikə bədə ən bəvvətəhu mubəvvə sidqin min əhlih və cəəltə ləhu və ləhum əvvələ bəytin vuziə linnasi ləlləzi bi-bəkkətə mubarəkən və hudən lil-aləmin, fihi ayətun bəyyinatun məqamu ibrahimə və mən dəxələhu kanə aminə, və qultə innəma yuridullahu liyuzhibə ənkumur-ricsə əhləl-bəyti və yutəhhirakum təthira. Summə cəaltə əcrə Muhammədin səlavatukə ələyhi və alihi məvəddətəhum fi kitabik, fə-qultə qul lə əsəlukum ələyhi əcrən illəl-məvəddətə fil-qurba. Və qultə ma səəltukum min əcrin fəhuvə ləkum, və qultə ma əsəlukum ələyhi min əcrin illa mən şaə ən yuttəxizə ila Rabbihi səbila fəkanu humus-səbilə iləykə vəl-məslək ila rizvanik, fələmmənqazət əyyamuhu əqamə vəliyyəhu əliyyəbnə əbi talibin səlavatukə ələyhima və alihima hadiya, iz kanə huvəl-munzira və li-kulli qavmin had, fə qalə vəl-mələu əmaməh. Mənkuntu məvlahu fə əliyyun məvləh, əllahummə vali mən valah və adi mən adah, vənsur mən nəsərəh, vəxzul mən xəzələh, və qalə mən kuntu əna nəbiyyəhu fə əliyyun min şəcəratin vahidəh və sairun-nas min şəcərin şətta, və əhəlləhu məhəllə harunə min musa, fə qalə ləhu əntə minni bi-mənziləti harunə min musa illa ənnəhu la nəbiyyə bədi, və zəvvəcəhubnətəhu səyyidətə nisail-aləmin və əhəllə ləhu min məscidihi ma həllə ləhu və səddəl-əvbabə illa babəh,summə əvdəəhu ilməhu və hikmətəh, fə qalə əna mədinətul-ilmi və əliyyun babuha, fəmən əradəl-mədinətə vəl-hikmətə fəlyətiha min babiha, summə qalə əntə əxi və vəsiyyi və varisi, ləhmukə min ləhmi və dəmukə min dəmi və silmukə silmi və hərbukə hərbi, vəl-imanu muxahtun ləhməkə və dəməkə kəma xalətə ləhmi və dəmi və əntə ğədən ələl-həvzi xəlifəti və əntə təqzi dini və tuncizu idati və şiətukə əla mənabira min-nurin mubyəzzətən vucuhuhum həvli fil-cənnəti və hum cirani, vələv la əntə ya əliyy, ləm yurafil-muminunə bədi, və kanə bədəhu hudən minəz-zəlal və nurən minəl-əma və həbləllahil-mətin və siratəhul-mustəqim la yusbəqu bi qərabətin fi rahim və la bi-sabiqatin fi din, vəla yulhəqu fi mənqabətin min mənaqibih,yəhzu həzvər-rasuli səlləllahu ələyhima və alihima.
Və yuqatilu ələt-təvil və la təxuzuhu filləhi ləvmətu laim, qad vətəra fihi sənadidəl-ərəb və qatələ əbtaləhuç və navəşə zubanəhum fə əvdəə qulubəhum əhqadən bədriyyətən və xəybəriyyətən və huneyniyyətən və ğəyrahunnə fəəzzəbbət əla ədavətih və əkəbbət əla munabəzətih,hətta qətələn-nakisinə vəl-qasitinə vəl-mariqin,və ləmma qəza nəhbəhu və qatələhu əşqal-axirinə yətbəu əşqal-əvvəlin, ləm-yumtəsəl-əmru rasulillahi səlləllahu ələyhi və alihi fil-hadinə bədəl-hadin, vəl-ummətu musirratun əla məqtih, muctəmiətun əla qatiəti rahimih və iqsai vələdihi illəl-qalilə mimmən vəfa li-riayətil-həqqi fihim fə-qutilə mən qutil, və subiə mən subi və uqsiyə mən uqsi, və cərəil qəzau ləhum bima yurca ləhu husunul-məsubəti iz kanətil-ərzu lillahi yurisuhə mən yəşau min ibadihi vəl-aqibətu lil-muttəqin və subhanə Rabbina in kanə vədu Rabbina lə-məfula və lən yuxlifəllahu vədəhu və huvəl-əzizul-həkim, fə-ələl-ətaibi min əhli-bəyti Muhammədin və əliyyin səlləllahu ələyhima və alihima fəl-yəkbil bakun, və iyyahum fəl-yəndubin-nadibun və li-mislihim fəl-tuzrifid-dumu, vəl-yəsruxis-sarixun, və yəziccəz-zaccun, və yəiccul-accun, əynəl-həsənu əynəl huseyn əynə-əbnaul-huseyni salihun bədə salih,və sadiqun bədə sadiq əynəs-səbilu bədəs-səbil əynəl-xiyəratu bədəl-xiyərah əynəl-şumust-taliəh əynəl-əqmarul-munirah əynəl-əncumuz-zahirah əynə-əlamud-dini və qavəidul-ilm əynə bəqiyyətullahil-ləti la təxlu minəl-itratil-hadiyəh əynəl-muəddu li-qati dabiriz-zələməh əynəl-muntəzəru li-iqamətil əmti vəl-ivəc əynəl-murtəca li-izalətil-cəvri vəl-udvan əynəl-muddəxəru li-təcdidil-fəraizi vəs-sunən əynəl-mutə-xəyyəru li-iadətil-milləti vəş-şəriəh əynəl-muəmməlu li-ihyail-kitabi və hududih əynə muhyi məalimid-dini və əhlih əynə qasimu şəvqatil-mutədin əynə hadimu əbniyətiş-şirki vən-nifaq əynə mubidu əhlil-fusuqi vəl-isyani vət-tuğyan əynə hasidu furul-ğəyyi vəş-şiqaq əynə tamisu asariz-zəyği vəl-əhva əynə qatiu həbailil-kizbi vəl-iftira əynə mubidul-utati vəl-məradəh əynə mustəsilu əhlil-inadi vət-təzlili vəl-ilhad əynə muizzul-əvliyai və muzillul-əda əynə camiul-kəliməti ələt-təqva əynə babullahil-ləzi minhu yuta əynə vəchullahil-ləzi iləyhi yətəvəccəhul-əvliya əynəs-səbəbu muttəsilu bəynəl-ərzi vəs-səma əynə sahibu yəvmil-fəthi və naşiru rayətil-huda əynə muəllifu şəmlis-səlahi vər-riza əynət-talibu bi zuhulil ənbiyai və əbnail-ənbiya əynət-talibu bi-dəmil-məqtuli bi-kərbəla əynəl-mənsuru əla mənitəda ələyhi vəftəra əynəl-muztərulləzi yucabu iza dəa əynə sədrul-xəlaiqi zul-birri vət-təqva əynəbnun-nəbiyyil-mustəfa, vəbnu Əliyyil-Murtəza, vəbnu Xədicətəl-ğərra, vəbnu Fatimətul-kubra bi-əb əntə və ummi və nəfsi ləkəl-viqau vəl-hima, yəbnəs-sadətil-muqarrabin, yəbnən-nucəbail-əkrəmin, yəbnəl-hudatil-məhdiyyin,yəbnəl-xiyərətil-muhəzzəbin, yəbnəl-ğətarifətil-əncəbin, yəbnəl-ətaibil-mutəhhərin, yəbnəl-xəzarimətil-muntəcəbin, yəbnəl-qaməqimətil-əkramin, yəbnə buduril-munirəh, yəbnəs-surucil-muziyəh, yəbnəş-şuhubis-saqibəh, yəbnə əncumiz-zahirah, yəbnəs-subulil-vazihəh, yəbnəl-əlamil-laihəh, yəbnəl-ulumil-kamiləh, yəbnəs-sunənil-məşhurəh, yəbnəl-məalimil-məsurah, yəbnəl-mucizatil-məvcudəh, yəbnəd-dəlailil-məşhudeh, yəbnəs-siratil-mustəqim, yəbnən-nəbəil-əzim, yəbnə mən huvə fi umumil-kitabi lədəəllahu əliyyun həkim, yəbnəl ayəti vəl-bəyyinat, yəbnəd-dəlailiz-zahirat, yəbnəl-bərahinil-vazihətil-bahirat, yəbnəl-hucəcil-baliğat, yəbnən-niəmis-sabiğat, yəbnə taha vəl muhkəmat, yəbnə yasin vəz-zariyat, yəbnət-turi vəl-adiyat yəbnə mən dəna fətədəlla fə kanə qabə qəvsəyni əv ədna dunuvvən vəqtirabən minəl-əliyyin əla, ləytə şiri əynəstəqarrat bikən-nəva bəl əyyu ərzin tuqillukə əv səra əbi rəvzaəv ğəyriha əm zi-tuva əzizun ələyyə ən ərəl-xəlqa və la tura. və la əsməə ləkə həsisən və la nəcva, əzizun ələyyə ən tuhtə bikə duniyəl-bəlva, və la yənaləkə minni zəcicun və la şəkva, bi nəfsi əntə min muğəyyəbin ləm yəxlu minna, bi nəfsi əntə min nazihin ma nəzəhə ənna, bi-nəfsi əntə umniyyətu şaiqin yətəmənna min muminin və muminətin zəkəra fəhənna, bi-nəfsi əntə min əqidi izzin la yusama, bi-nəfsi əntə min əsili məcdin la yucara, bi-nəfsi əntə min tiladi niəmin la
tuzaha,bi-nəfsi əntə min nəfisi şərəfin la yusava,ila məta əharu fikə ya məvlayə və ila məta və əyyu xitabin əsifu fikə və əyyə nəcva əzizun ələyyə ən ucabə dunəkə və unağa,əzizun ələyyə ən əbkiyəkə və yəxzuləkəl-vəra,əzizun əvila vəl-buka həl min cəzuin fə-usaidə cəzəəhu iza xəla həl qaziyət əynun fəsaədəduha əyni ələl-qəza həl iləykə yəbnə əhmədə səbilun fə tulqa həl-yəttəsilu yəvmuna minka bi-idətin fənəhza məta nəridu mənahilək ər-raviyyətə fənərva məta nəntəqiu min əzbi maikə fəqəd taləs-səda məta nuğadikə və nuravihukə fə nəqirru əyna məta təranə və nəraka və qəd nəşərtə li vaən-nəsri tura,ətəranə nəhuffu bikə və əntə tə-ummul-mələə və qad mələtəl-ərzə ədla,və əzaqtə ədaəkə həvanən və iqaba,vəəbərtəl-utatə və cəhədətəl həqqi və qatəətə dabirəl-mutəkəbbitin, vəctəsəstə usuləz-zalimin və nəhnu nəqulu əlhamdu lillahi Rabbil-aləmin. Əllahummə əntə kəşşaful-kurabi vəl-bəlva, və iləykə əstədi fə indəkəl-ədva, və əntə Rabbul axirəti vəd-dunya, fə-əğis yağiyasəl mustəğisinə ubəydəkəl-mubtəla, və ərihi səyyidəhu ya şədidəl quva, və əzil ənhu bihil əsa vəl-cəvaa, və bərrid ğəliləhu ya mən ələl-ərşistəva, və mən iləyhir-ruca vəl muntəha. Əllahummə və nəhnu əbidukət-taiqunə ila vəliyyikəl muzəkkiri bikə və binəbiyyik, xələqtəhu ləna ismətən və məlaza, və əqəmtəhu ləna qivamən və məaza, və cəəltəhu lil mumininə minna imama, fə bəlliğhu mina təhiyyətən və səlama, və zidna bi-zalikə ya Rabbi ikrama, vəcəl mustəqərrahu ləna mustəqarran və muqama, və ətmim nimətikə bi-təqdimikə iayhu əmaməna hətta turidəna cinanəkə və murafəqətəş-suhədai min xuləsaik. Əllahummə səlli əla Muhammədin və ali Muhamməd və səlli əla Muhammədin cəddihi və rasulikəs-səyyidil-əkbəri və əla əbihis-səyyidil-əsğəri və cəddətihis-siddiqətil-kubra Fatimətə binti Muhammədin səlləllahu ələyhi və alih və səlləmə və əla mənistəfəytə min əbaihil-bərərəti və ələyhi əfzələ və əkmələ və ətəmmə və ədvəmə və əksəra və əvfəra ma səllətə əla əhadin min əsfiyaikə və xiyəratikə min xəlqikə və səlli ələyhi səlatən la ğayətə li-ədədiha, və la nihayətə li-mədədiha, və la nəfadə li-əmədiha.əllahummə və əqim bihil-həqq,və ədxiz bihil-batil,və ədil bihi əvliyaək, və əzlil bihi ədaək,vəsililləhummə bəynəna və bəynəhu vuslətən tuəddi ila murafəqəti sələfih, vəcəlna mimmən yəxuzu bihuczətihim, və yəmkusu fi zillihim, və əinna əla tədiyəti huquqihi iləyh, vəl-ictihadi fi taətih, vəctinabi məsiyətih, vəmnun ələyna bi rizah, və həbləna rafətəhu və rahmətəhu və duaəhu və xəyrahu ma nənalu bihi səətən min rahmətik, və fəvzən indək, vəcəl səlatəna bihi məqbuləh və zunubəna bihi məğfurəh,və duaəna bihi mustəcaba, vəcəl ərzaqana bihi məbsutəh və humuməna bihi məkfiyyəh, və həvaicəna bihi məqziyyəh, və əqbil iləyna bi-vəchikəl-kərim, vəqbəl təqarrubəna iləyk, vənzur iləyna nəzratən rahimətən nəstəkmilu bihəl-kəramətə indək, summə la təsrifha ənna bi-cudik, vəs-qina min havzi cəddihi səlləllahu ələyhi və alihi bi-kəsihi və biyədihi rayyən raviyyən həniən saiğən la zəmmə bədəh, ya ərhəmər-rahimin.

DUANIN TƏRCÜMƏSİ

Bismilləhir- Rahmənir-Rahim

Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavat və salamı seyyidimiz, ağamız, Allahın Peyğəmbəri Muhəmmədə və onun övladlarına olsun. İlahi,Sənin övliyaların barədə cərəyan edən hadisələr barədə Sənə həmd olsun Elə övliyalar ki, onları Özün və dinin üçün xalisləşdirmisən.
Çünki, onlara Öz yanında olan əbədi nemətlər bəxşiş etmisən ki, o nemətlər əbədidir. Heç vaxt zail olub aradan getməz, məhv olmaz. (bu nemətləri) bu alçaq təbiətli dünyanın, onun bər-bəzəkli zər-zivərli dərəcələrində zöhdü onlar üçün şərt etdikdən, onların da bu şərti qəbul edib öz əhdlərinə vəfalı olduqlarını bildikdən sonra (əta etdin) və onları (Öz dərganhna) qəbul və müqərrəb etdin.

Yüksək zikri, aşkar sənanı onlar üçün təqdim etdin, onlara məlaikə nazil edib Öz vəhyinlə onları əzizlədi, Öz elminlə onlara yardım (əta) etdin, onları Özünə doğru şəfatəçi, razılığına çatmaq üçün vasitə qərar verdin. Sonra onların bəzilərini (Həzrəti Adəmin) Cənnətdən çıxarana qədər orada məskunlaşdırdır.
Bə"zilərini isə (Həzrəti Nuhu) Öz nicat gəminə mindirib onu və onunla birlikdə iman gətirənləri Öz rəhmətinlə həlak olmadan nicat verdin. Bə"zilərin isə Özün üçün xəlil (dost) seçdin, o da Səndən sonrakı ümmətlər içrə sadiq dil, istədi. Səndə onun istəyini qəbul etdin və onları uca məqamlı etdin Bə"ziləri(həzrəti Musa) ilə ağac vasitəsi ilə danışdın və onun üçün qardaşından (Harundan) arxa, kömək və vəzir qərar verdin;

Bəzilərini isə (həzrəti İa) atasız olaraq dünyaya gətirdin və ona aşkar mö"cüzələr əta edib Ruhul qüdüsla onu tə"yid etdin.

Bunların hər biri üçün şəriət yol müəyyən etdin. Onlar üçün canişinlər seçdin ki, hər biri digərindən sonra, müəyyən müddətdə dini hifz etdilər. Sənin dinini bərqərar edənlər dirçəldənlər Sənin bəndələrinə höccət və dəlil olsunlar ki, haqq Öz qərargahından məhv olub aradan getməsin və nəticədə batil əhli haqq əhlinə qələbə çalmasın.Həmçinin bir kəs deməsin ki, "Ey Rəbbimiz, əgər Sən bizə (İlahi əzabdan) qorxudan bir rəsul göndərib (onları) hidayətçi, əlamət qərar versəydin biz də zəlil və xar olmamış, işimizi Sənin həbibin və nəcib bəndən Mühəmməd (s) çatmamış Sənin mö"cüzələrinə tabe olardıq"-deməsin,və o,(həzrəti Mühəmməd)Sənin seçdiyin kimi, xəlq etdiklərinin ağası, seçdiyin bəndələrin seçilmişi, onların əfzəli, e"timad etdiyin bəndələrin ən kəramətlisi, oldu.Sən onu Öz peyğəmbərlərindən öncəyə keçirtdin, Öz bəndələrindən olan səqəleynə (cinlərə və insanlara) peyğəmbər seçdin, Öz məğrib və məşriqlərini onun ayaqları altından keçirtdin,. Büraqı onun üçün müsəxxər(ram) etdin, onun ruhunu Öz asimanına doğru pərvaz etdirdin, Xilqətin vaxtı qurtarana kimi olmuş və olacaq hər bir şeyin elmini onda əmanət verdin Sonra (düşmənlərinin mö"minlərdən qorxması ilə) onu nüsrətə yetindin, onu Cəbrəil, Mikail və əlaməti olan mələklərinlə əhatə etdin ona və"də verdin ki, onun dinini müşriklərin xoşlmadıqlarına baxmayaraq bütün dinlərə qalib edəsən, və bu iş onu sadiq bir nazil olan kimi geri qaytardıqdan sonra oldu. Və oranı(qayıtdığı evi ) o və onlar üçün ilk beyt qərar verdik ki, "Camattın ibadəti üçün qoyulan ilk ev o evdir ki, Bəkkədədir, bərəkətli olub aləmlər üçün hidayətdir, onda aydın nişanələr-İrahim əleyhissalam)-ın məqamı vardır. Hər kəs oraya daxil olasa, əmin-amanlıqda olar" ("Ali Imran" surəsi, 96) və Əhli-Beyt(ə) barəsində buyurdun:"Allahın iradəsi bu olmuşdur ki, yalnız Siz Əhli-beytdən hər növ çirkinliyi, aludəliyi aradan aparıb Sizi pak-pakizə qərar versin" (Əhzab-53)

Sonra Mühəmməd (s)-ın muzdunu onlara aşkar məhəbbət qərar verdin və buyrdun ki, "(Ya Mühəmməd) xalqa De: Mən bu risalət müqabilində sizdən, Əhli-beytimə aşkar məhəbbət bəsləməkdən savayı bir muzd istəmirəm"

Həmçinin buyurdun ki, "Bu iş müqabilində sizdən bir şey istəyirəmsə, o, sizin xeyrinizədir" və buyurdun ki: "bu iş müqabilində sizdən bir haq, muzd istəmirəm"

Öz Rəbbinə doğru yolu seçmək istəyənlərdən başqa yalnız onlar (imamlar) Sənə doğru yol, Sənin razılığna doğru bir məsləkdirlər.

Elə ki, onun ömrü sona çatdı (Qədir Xumad) öz vəlisi Əliyyibni Əbi Talib (ə) ayağa qaldırıb (Allahın əmri ilə) hidayətçi etdi, Çünki o (Peyğəmbər) İlahi əzabdan qorxdudan idi və hər bir qövm üçün də bir hidayətçi olmalıdır.

Camaat Peyğəmbərin (s) ətrafını tutmuş halda buyurdu: "Mən hər kimin mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası və ixtiyar sahibidir. İlahi, onu sevəni sev, ona kömək edənlərə kömək et! Onu xar etmək istəyənləri xar et!, Sonra buyuru: "Mən hər kəsin peyğəmbəriyəmsə, Əli də onun əmirdir" və buyuru: "Mən və Əli vahid bir şəcərədənik, sair şəxslər isə müxtəlif şəcərələrdəndir."

Peyğəmbər(s) özünü Musaya, Əlini isə onun vəziri və canişini olan Haruna bənzədib buyurdu: "Sənin mənimlə olan münasibətin Harunun Musa ilə olan münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur" və öz qızını ona ərə verdi, elə bir xanım ki, hər iki aləm qadınlarının seyyidəsidir və (Peyğəmbər)öz məscidinə aid olan işləri onun üçün də halal etdi, onun qapısından başqa (məsçidə açılan) bütün qapıları bağladı, sonra öz elm və hikmətini ona əmanət verib buyurur: "Mən elmin şəhəri, Əli isə o şəhərin və
darvazasıdır, hər kəs o şəhəri və hikməti istəsə, gərək onun qapısından gəlsin", sonra buyurdu "Ya Əli, Sən mənim qardaşım, canişinim və varisimsən, ətin mənim ətimdən, qanın mənim qanımdandır. Sənin barışıq etməyin mənim barışıq etməyim, müharibən mənim müharibəmdir. Iman, mənim ət-qanıma qarışdığı kimi, sənin ət-qanınla da qarışıb. Qiyamət günü "Kövsər" hovuzu kənarında canişinimsən Sən mənim borclarımı rəva qılıb,vədələrimə vəfa edəcəksən" Səni şiələrin cənnətdə, mənim dövrəmdə nurdan olan minbərlər üstə, üzləri ağ olacaq Onlar mənim qonşularımdır. Ya Əli! Sən olamasaydın, məndən sonra mö"minlər(münafiqlərdən) seçilməzdi" Əli (ə) Peyğəmbərdən (s) sonra azğınçılıqdan çıxmaq üçün hidayət məşəli, korluq üçün bir nur, Allahın mətin rabitə ipi, Onun düzgün yolu oldu.

Rəsuli Əkrəmə(s) qohumluq cəhətindən bir kəs ondan (Həzrəti Əlidən) qabağa keçə bilmədi və həmçinin heç kəs ondan qabaq islamı qəbul etmədi, heç kəs fəzilətlərindən hər hansı birində ona çata bilmədi. Müntəzəm olaraq Rəsuli Əkrəmin (s) qədəm qoyduğu yerə qədəm qoyurdu.

Quran təvili əsasında cihad edirdi. Allah yolunda(çalışanda) məzəmmət edənlərin məzəmmətləri ona təsir etmirdi, Allah yolunda ərəblərin dilavər pərhləvanlarını təkləyib öldürür, ərəb quldurlarını tuturdu.Nəticədə Bədr,Xeybər, Hüneyn və s, müharibələrdən o həzrətə qarşı kin-küdurətlər qalmışdı. Nəhayətdə ona qarşı düşmənçilikdə əlbir olub onun əleyhinə qiyam etdilər, Həzrət Nakisinlərlə, (Cəməl döyüşündə), Mariqinlərlə (dindən çıxanlarla) və Qasitinlərlə (Siffeyn döyüşündə) müharibə edib onları qətlə yetirdi.

Elə ki, ömrü sona çatdı və ilk bədbəxtə tabe olan axırıncı bədbəxt (İbni Mülcəm) onu şəhadətə yetirdi. Rəsuli Əkrəmin (s) fərmanları yol,göstərənlərin birinin digərindən sonra gəlməsi ilə yerinə yetirilməmiş qaldı. Onun haqqına riayət edən az qrup insanlardan savayı bütün islam ümməti də ona qarşı amansız düşmənliyə qalxıb onun nəslini kəsmək üçün övladlarını sürgün etmək üçün cəm oldular və bu işə israr etdilər. Öldürülənlər öldürüldü, əsir edilənlər əsir edildi, sürgün edilənlər sürgün edildi və Allahın qəzavu-qədəri onlar üçün gözəl savab ümidi olan qaydada ötüb keçdi. Çünki Allah, yeri Öz bəndələri içərisində istədiyi şəxslərə irs verir. Gözəl aqibət isə müttəqlilər üçündür. Hər bir eyb və nöqsandan pakdır Bizim Rəbbimiz, şübhəsiz ki, Onun vədləri hökmən yerinə yetiriləcək və Allah heç vaxt Öz vədəsinin əksinə çıxmaz, O, Əziz (izzət,şövkət sahibi) və Həkimdir (hikmət sahibi)

Həzrəti Mühəmmədin (s) pak və məsum Əhli-beytinə (s) gərək bütün ağlayanlar ağlasın, bütün ahüfəqan edənlər yalnız onların halına ahü-fəğan etsinlər. Yalnız onlar kimilərə gərək gözlər yaş axıtsın, bütün şivən edənlər şivən etsin, bütün nalə edənlər nalə etsinlər, ürəkləri yananlar onların halından ürək yanğısı kəçirsinlər.

Milli.Az
Forwarded from İmamRezaAz (rəsmi)
💌 Allahdan məktub

Bismillahir-rahmanir-rahim

وَنَادَيْنَاهُ أَن يَا إِبْرَاهِيمُ
قَدْ صَدَّقْتَ الرُّؤْيَا ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

*Oxunuş:* Və nəədəynəəhu ən yə İbrahim! Qad saddəqtər ruyəə innə kəzəəlikə nəczil muhsiniin.

*Tərcümə:* Biz ona xitab etdik ki: «Ey İbrahim!Həqiqətən, sən yuxunu həyata keçirdin. (Çünki həmin yuxunun mənası bıçağın hulquma çəkilməsi idi, hərçənd ki, həm ata,həm də oğul onun mənasının uşağın başının kəsilməsi olduğunu başa düşmüşdülər.) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

_Saffat/104-105_
2024/06/18 11:07:46
Back to Top
HTML Embed Code: