Telegram Web Link
Forwarded from XəmsənaməSYH_14 (Munis)
Media is too big
VIEW IN TELEGRAM
🥰 Bu gün münasibətilə başda Zamanın İmamını (əc) olmaqla, bütün ailələri, xüsusən də müsəlman cütlükləri təbrik edirik. 💐

T.me/SYH_XEMSENAME
Bayramınız mübarək 💙♥️
Forwarded from İmamRezaAz (rəsmi)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔶️İmam Əlinin (ə) ailədə rəftarı necə idi?
Forwarded from "Əl-Məhdi (əc)" AUDİO Maarif (Turanə Allahverdi)
Media is too big
VIEW IN TELEGRAM
Ruhiyyə Qədiyeva
Doğrudanmı İslam qılınc dinidir?
www.tg-me.com/audio_maarif_2016
____
www.almahdi.az
www.misbah.az
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏRKƏZİ
Əlləri hər şeydən üzülmüş çarəsiz xəstələr var, hansı ki, həyatdan ümidlərini üzüblər. Onlar haqqında biraz söhbət edək..

Deməli elə xəstəliklər var ki, o xəstəliyin adını eşidən hər bir insan bir xəyal qırıqlığına uğrayır, yəni həyatdan ümidini üzür, çox çarəsizləşir, insanlardan küskünləşir. Məsələn, xərçəng xəstəliyi, bəzi sistem xəstəlikləri, bəzi xəstəliklərin çox ağırlaşması və s. Ümumiyyətlə bu kimi xəstəliklərdə xəstələr uzun illər müalicə alır və müalicələrin effektinin olmadığını görəndə bundan sonra həyatdan küskün bir vəziyyətə düşürlər. Bu xəstələr üçün məsləhət vermək isəyərdim və bu məsləhət onların həyatda yaşaması üçün çox önəmli bir məsləhətdir. Ümumiyyətlə Qurani Kərim özü başdan-başa bir şəfadır. Hər bir Quran oxuyan, Qurana inanan insan onun şəfasından xəbərdardır.

Peyğəmbərimiz sallallahu aləyhi və alihi və səlləm özü "Fatihə" surəsini "Quranın anası" adlandırmışdır və eyni zamanda "kitabı açan" bir surə kimi də tanınır. Hər bir müsəlman namazlarının bütün rükətlərini "Fatihə" surəsi ilə başlayır. "Fatihə" surəsinin ayələri şəfa ayələridir. Peyğəmbərimiz sallallahu aləyhi və alihi və səlləmin dövründə Onun səhabələrindən bir qrup bir qəbilədən yatmağa bir yer istəyir və qəbilə bunlara yatmağa yer vermir. Ama axşam həmin o qəbilədən bir nəfər qaça-qaça, ağlayaraq gəlir ki, bizim qəbilə başçısının halı pisdir, sizin içinizdə həkim varmı bizim başçımıza müalicə etsin. Və bunların içindən bir nəfər kömək etməyə razılaşır. Bu adam gəlir xəstəyə nələrsə oxuyur və qəbilə başçısı sağalır və qarşılığında da ona bir neçə qoyun verirlər. Bu xəbər bizim Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə çatdırılır və Peyğəmbərimiz sallallahu aləyhi və alihi və səlləm həmin insandan soruşur ki, "sən xəstəyə nə etdin?". O da cavabında "mən əlimi qoydum həmin xəstənin üstünə və bir neçə dəfə Fatihə surəsi oxudum". Və bundan sonra Peyğəmbərimiz sallallahu aləyhi və alihi və səlləm deyir ki, "bəli Fatihə surəsi ən böyük şəfadır".

Biz bu surəni və hədisi əlimizdə rəhbər tutaraq onlardan xəstəliklərin müalicəsində istifadə etməliyik. Və xəstələrimiz bu surəni daimi şəkildə özləri üçün oxumalıdırlar. Məsələn tutaq ki, başında bir xərçəng xəstəliyi, şiş xəstəliyi olan xəstə özü-özünü də müalicə edə bilər və ətrafındakı insanlar da bu xəstəliyə təsir edə bilər. Bunun üçün əlini həmən hissəyə qoyur və gündə 5 dəfə, hər dəfə 5 oxunuş olmaqla ümumi gün ərzində 25 dəfə "Fatihə" surəsini oxusun. Bunun üçün elə ən gözəl vaxtlar namaz vaxtlarıdır. Beş vaxt namazda namaz girən kimi əlini qoyur ağrı olan hissəyə və beş dəfə "Fatihə" surəsini oxuyur. Və yaxud özü oxumur, yanında bir adam oxuyur və ya telefonda oxutmaqla da edə bilərlər. Mən hətta məsləhət görərdim ki, bu insanlar yanlarına bir stəkan su qoysunlar, bu Fatihə surəsini suya oxusunlar və sonra "Bismilləh" də deyib bu suyu içsinlər. Çünki suyun özünə də "Fatihə" surəsi oxunduqda suyun molekulları çox nizamlı bir şəkildə düzülür və suyun da yaddaşı olduğundan su hüceyrələri də Quran oxunduğunda həddindən artıq nizamlı bir düzülüşə malik olur və bu suyun içilməsi çox faydalıdır.

Mən deyərdim hər bir insan ümidsizliyə düşməkdənsə bu kimi üsullardan istifadə etsin və hər günündən gün keçdikcə özünə inamı da artacaq. Xəstəliyə qalib gəlmək üçün özündə qüvvə tapacaq, özündə bir ruh yüksəkliyi əmələ gələcək, özü ilə Allah arasında bir körpü yaranacaq inşəAllah. Ona görə biz bu kimi müalicələrdən həmişə istifadə etməliyik.

Allah hər bir xəstəmizə şifa versin. Amin.
Forwarded from Maide.Az/MaideTV
Qondarma "İran işi" ilə bağlı şərlənərək həbs edilən ruhani Kərbəlayi Qədir Məmmədovun növbəti məhkəməsi keçirilib.
Forwarded from Maide.Az/MaideTV
Qondarma "İran işi" ilə bağlı şərlənərək həbs edilən ruhani Kərbəlayi Qədir Məmmədovun növbəti məhkəməsi keçirilib.

Maide.Az xəbər verir ki, 12 iyun tarixində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər dindirilib.(Bu barədə vəkil Zibeydə Sadıqovanın açıqlaması olacaq).

Yaxınlarının verdiyi məlumata görə, məhkəmə iclasında 4 şahid dindirilib, bəzi şahidlərin bilməyərəkdən ruhani Qədir Məmmədovun xeyirinə verdiyi ifadələri məhkəmə hakimləri ruhaninin əleyihinə düzəliş etməyə çalışıb.
Yaxınları bildirib ki, şahid kimi 4 nəfər çağrılsa da məhkəmə iclasında 7 nəfər ruhaninin əleyinə çıxış edib. “Hakimlər sifarişə uyqun olaraq şahidlərin "nöqsanlarına" xüsusi həyacanla düzəliş verməyə çalışırdılar.Sanki yalançı şahidlərə drijorluğu onlara tapşırmışdılar. Onlar ruhaninin xeyrinə olan "nöqsanlara" düzəliş vermək üçün dəridən - qabıqdan çıxırdılar.” -deyə yaxınları bildirib.

Qeyd edək ki, Məhkəmədəki haqsızlığa etiraz etdiyi üçün ruhanin ata əvəzi 60 yaşlı böyük qardaşını hakimlər məhkəmə zalından çıxarıb.
Xatırladaq ki, Maide.az saytının redaktoru və siyasi məhbus Şeyx Sərdarın dostu ruhani Qədir Məmmədov son vaxtlar Azərbaycan və İran arasında gərginləşən münasibətdən dolayı şiə ruhanilərinə və inanclılara qarşı başladılan represiya dalğasının ardınca sentyabrın 15-də evlərinin qarşısında azyaşlı oğlunun gözü önündə saxta ittihamla - narkotika istifadəetmə (234.1-1) maddəsi ilə şərlənərək həbs edilib. Ruhani ilk andan ittihamı qəbul etməyib və heç bir sənədə imza atmayıb.
https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"İran işi" ilə bağlı şərlənərək həbs edilən ruhani Qədir Məmmədovun məhkəməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın açıqlaması. (AUDİO)

https://www.tg-me.com/MaideTV
Forwarded from Besiret.Az
Forwarded from Maide.Az/MaideTV
İmam Baqirin (ə) həyatına qısa bir baxış

14 iyun - 7 zilhiccə - İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür. Bu münasibətlə hər birinizə başsağlığı deyir və o həzrət haqqında məlumatı təqdim edirik.
2024/06/18 11:31:47
Back to Top
HTML Embed Code: