Telegram Web Link
20-ci əsrin möcüzəsi, dahi fəqih, filosof, arif və qəlblərin fatehi Həzrət Ayətullah Seyid Ruhullah Xomeyni ağanın vəfatının 35-ci ilində xatirəsini əziz tutur, Allahdan mərhum rəhbərə möminlər üçün vəd edilmiş "rizvan" diləyirik.
_____
www.almahdi.az - www.rizvan.az
Forwarded from İmamRezaAz (rəsmi)
📌 Qərb mədəniyyətinin xülasəsi

#əl-Əqsa_tufanı
Forwarded from İmamRezaAz (rəsmi)
Media is too big
VIEW IN TELEGRAM
💎Bağışlayan və mehriban Allahın adı ilə

Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən içəcəklər.

O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar.

📚İnsan surəsi, ayə 5 və 6
📗 İmam Cavadın (ə) həyatına qısa baxış

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam Rza (ə), anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı Mariya Qibtiyyənin nəslindən olan misirli Səbikə (Səkinə) Novbiyyə, başqa rəvayətə görə isə Xeyzərandır. O, möminə və əxlaqi fəzilətlərə sahib bir qadın olmuşdur. İmam Rza (ə) onun barəsində buyurmuşdur: “O, pak-pakizə və fəzilətli bir qadındır.”

(Sireye-pişvayan”, Mehdi Pişvayi, səh.529.)

İmam Cavad (ə) təxminən, səkkiz yaşında ikən, atası imam Rzanın (ə) şəhadətindən sonra, 203-cü hicri-qəməri ilində imamət məqamına çatmış, imamət dövrü on yеddi il sürmüş və iki zülmkar Abbasi xəlifəsinin (Məmun və Mötəsim) dönəmində yaşamışdır. İmam Cavad (ə) 220-ci h.q. ilinin Zil-həccə ayında Mötəsim Abbasinin xilafəti dönəmində (onun göstərişi və vəzirlərindən birinin katibi, başqa rəvayətə görə, o həzrətin həyat yoldaşı Ümmü-Fəzlin vasitəsilə zəhər yedizdirildi və) iyirmi beş yaşında ikən şəhadətə yetərək Kazimeyn şəhərində babası imam Kazimin (ə) məzarının kənarında dəfn olundu.

(“Üsuli-kafi”, c.1, səh.492.)

İmam Rza (ə) şəhadətə yetdikdən sonra, Məmun Abbasi Mərvdən Bağdada köçdü. O, imam Rzanın (ə) oğlu imam Cavadın (ə) elmi-mənəvi məqamından agah olduğu üçün, o həzrəti Mədinədən Bağdada dəvət etdi. Lakin Abbasi sülaləsinin böyükləri və Məmun Abbasinin yaxınları imam Cavadın (ə) Bağdada dəvət olunmasına dair narazılıqlarını irəli sürdülər. Məxsusən, Məmun öz qızı Ümmül-Fəzli imam Cavadla (ə) evləndirəcəyi haqda fikrini irəli sürdükdə, narazılıqlar daha da şiddətləndi. Məmun yaxınlarını imam Cavadın (ə) elmi məqamı və fəzilətlərindən agah etmək üçün Bağdadda o həzrətlə dövrün məşhur alimləri arasında elmi mübahisə və münazirə məclisləri təşkil etdi. İmam Cavad (ə) azyaşlı olmasına rəğmən, bu məclislərdə alimlərin suallarını cavablandırdıqda, hamı o həzrətin elmi və zəkası müqabilində diz şökdü. Bu məclislərdən sonra Məmun öz qızını imam Cavadla (ə) evləndirdi.

(Sireye-pişvayan”, Mehdi Pişvayi, səh.529-530.)

📌http://www.tg-me.com/imamrezaaz
Forwarded from XəmsənaməSYH_14
Media is too big
VIEW IN TELEGRAM
🥀İmam Cavadın  (ə) şəhadəti münasibətilə dərin hüznlə başsağlığı veririk.

https://www.tg-me.com/SYH_Xemsename
Forwarded from XəmsənaməSYH_14 (NAZMİN_JABBAR³¹³)

📩Rəbbindən mesaj var

📜 "Mənim saleh bəndələrim hökmən yer üzünə varis olacaqlar.” ( Ənbiyə surəsi 105-ci ayə)

💢 Çoxsaylı rəvayətlərdə bildirilir ki, yer üzünə varis olacaq saleh bəndələr həzrət Mehdi (əf) və yardımçılarıdır.

📗 “Təfsire-nümunə”.

🍃CÜMƏNİZ MÜBARƏK OLSUN🍃

http://www.tg-me.com/SYH_Xemsename
•┈┈••✦✦••┈┈•
Forwarded from Maide.Az/MaideTV
🕌 Gündəlik təqvim və günün zikrləri

#namazvaxtı  #təqvim #gündəlikzikr

https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
8 iyun - 1 zilhiccə - İmam Əli (ə) və Xanım Fatimeyii-Zəhranın (s.ə) izdivacı.
https://www.tg-me.com/MaideTV
2024/09/29 18:27:53
Back to Top
HTML Embed Code: