Telegram Web Link
Forwarded from XəmsənaməSYH_14 (NAZMİN_JABBAR³¹³)
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
🌹🍃 İlahi, giriftarlıq və bəlaları dəf edən Sənsən. Səndən kömək istəyirəm, çünki köməyim Sənsən. Dünyanın da, axirətin də rəbbi Sənsən. Bu dərdli bəndənə yardım et, ey dara düşənlərin dadına çatan! Ey sonsuz qüdrət sahibi, ağamı görməyə kömək ol! Ağama qovuşdurmaqla qəm-qüssəmi dağıt, qəlbimin atəşini söndür, ey ərşi hökmü altına alan, ey qayıdışımızın hədəfi və nəhayət muradımız!

🌹🍃 CÜMƏNİZ MÜBARƏK🍃🌹
_

اللهم_عجل_لولیک_الفرج√مونس٣١٣

https://www.tg-me.com/SYH_Xemsename
Amin inşəallah amin 🤲
Forwarded from İslam əqidəsi
Qorxu, şəkk, tərəddüd, inamsızlıq insan həyatı üçün dağıdıcıdır; xoşbəxtlik isə sağlam, möhkəm əqidədədən, inamdan doğur. Sağlam etiqad gücsüz, iradəsiz insanlara güc-qüvvət, iradə verir; ümidsiz insanlara real ümidlərə tərəf sövq edir; insan həyatından heyranlığı, sərgərdanlığı çıxarır; insanın öz itmiş şəxsiyyətini taparaq özünə qaytarır; bir sözlə insana işıqlı sabahı müjdələyir.

Əqaid dərslərimizin qapısı üzünüzə açıqdır əziz dostlar; faydalı görsəz buyurub qoşula bilərsiniz.

Hörmətlə: Adil Əhmədov

https://www.tg-me.com/eqaid2024
Forwarded from İslam əqidəsi
İKİ ƏMANƏT
Qorxu, şəkk, tərəddüd, inamsızlıq insan həyatı üçün dağıdıcıdır; xoşbəxtlik isə sağlam, möhkəm əqidədədən, inamdan doğur. Sağlam etiqad gücsüz, iradəsiz insanlara güc-qüvvət, iradə verir; ümidsiz insanlara real ümidlərə tərəf sövq edir; insan həyatından heyranlığı…
Əqaid dərsində iştirak edən hörmətli tələbələr. Bildiyiniz kimi bu dərsə qoşulmaq sərbəstdir. İstənilən şəxs, qonaq qismində bu dərsdə iştirak edə bilər. Odur ki, daha çox insanın iştirakı üçün yuxarıdakı elanı öz dostlarınızla və məsləhət bildiyiniz kanal və qruplarda paylaşmağınız xahiş olunur.
Forwarded from XəmsənaməSYH_14 (NAZMİN_JABBAR³¹³)
🌸🍃 İlahi! Həmd olsun Sənə ki, gecənin qara pərdəsini səhərin nuru ilə yardın, bizi gündüzün işıqlığından bəhrəmənd etdin, təhlükəli bəlalardan qorudun. Gecəni səhərə çıxartdıq və bütün yaranmışlar səhər meydanına ayaq qoydular:

📚 Səhifeyi Səccadiye

☀️ Salam sabahınız xeyir gününüz xeyirli bərəkətli olsun.

http://www.tg-me.com/SYH_Xemsename
•┈┈••✦🍃🌸💖🌸🍃✦••┈┈•
بسم الله ♾️
•┈┈••✦🍃🌸🍃✦••┈┈•
🌸🍃 Samədi Amuli, "Mərifətun-nəfs" dərslərinin şərhindən

☀️ Salam gününüz xeyirli bərəkətli olsun.

  http://www.tg-me.com/SYH_Xemsename
           •┈┈••✦🍃🌸🍃✦••┈┈•
*Zil-qədə ayının hər bazar gününə məxsus namaz🤲*

Zil-qədə ayının hər bazar günü tövbə günüdür və həmin günün özünəməxsus əməlləri vardır.
 
Mərhum Mirzəcavad Ağa Məliki Təbrizi “Əl-muraqibat” kitabında Peyğəmbəri-Əkrəmdən (s) nəql edir ki, bir gün o Həzrət (s) öz səhabələrinə xitabən buyurdu:
“Sizin hansı biriniz tövbə etmək istəyir?” Səhabələr hamılıqla müsbət cavab verdikdə, o Həzrət (s) buyurdu:

“Zilqədə ayının hər bazar günü qüsl etdikdən və dəstəmaz aldıqdan sonra 4 rükət - iki dəfə 2 rükət (hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas”, bir dəfə “Fələq” və “Nas” surələrini oxuyaraq) olmaqla namaz qılın.
Namazdan sonra 70 dəfə istiğfar (tövbə) edib, istiğfarı “La həvlə və la quvvətə illa billahil əliyyil əzim”lə sona yetirin.
 
Sonra bu zikr deyin:
يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ
 
Ya əzizu ya ğəffaru, iğfir li zunubi və zunubə cəmiil mu¬mi¬ninə vəl muminat, fə¬innəhu la yəğfiruz-zunubə illa ənt

Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz.
 İltimasi dua 🤲 🤲 🤲

(“Əl-muraqibat” kitabından iqtibas, Mirzəcavad Aqa Məliki Təbrizi.)
Maide.az - Maarif bölümü
https://www.tg-me.com/MaideTV
Forwarded from Besiret.Az
🕋 "Dəhvul-ərz" gecəsi iyun ayının 3-ə keçən gecəyə, günü də iyunun 3-ə təsadüf edir.
Forwarded from Besiret.Az
🔴 "Dəhvul-ərz" gecəsinin və gününün əməlləri

🔵 Zil-qədə ayının 25-i "Dəhvul-ərz" günüdür. "Dəhvul-ərz", yəni yerin suda, Kəbənin altında döşənməsi deməkdir. Bu günün gecəsi çox şərafətli gecələrdən biridir. Bu gecədə ilahi rəhmət yerə nazil olar. İbadətlə məşğul olmağın böyük savabı vardır. Həsən ibn Əli Vəşşa bir rəvayətdə belə deyir: “Mən uşaq ikən atamla həzrət İmam Rzanın (əleyhissalam) xidmətində, zil-qədənin 25-i şam edirdik. İmam belə buyurdu: “Bu gün İbrahim və İsa peyğəmbər anadan olmuşlar. Kəbə evinin altından yer salınmışdır. Hər kəs oruc tutsa, orucu altmış ayın orucuna bərabərdir.” Başqa rəvayətə görə, İmam Zaman (əccələllah fərəcəh) bu gündə qiyam edəcək.

🔵 "Dəhvul-ərz" günü ilin orucunun ən çox savabı olan dörd günündən biridir. Bir rəvayətə görə, orucu yetmiş ilin orucu ilə bərabərdir. Başqa rəvayətə görə, yetmiş ilin kəffarəsidir. Hər kəs gündüzünü oruc tutsa, gecəsini ibadətlə başa vursa, onun üçün yüz ilin ibadəti yazılar. Bu günü oruc tutan şəxs üçün, yerlə göy arasında olanların hamısı istiğfar edərlər. Bu gün Allahın rəhmətinin paylanan günüdür. Bu gündə ibadətin və Allahın zikri üçün toplaşmağın böyük savabı vardır.

🔵 Bu gün üçün oruc, ibadət, Allahın zikri və qüsllərdən başqa iki əməl də yazılmışdır:

1⃣ İki rükət namaz və bu namaz, zöhrə bir az qalmış qılınır. Hər rükətdə “Həmd”dən sonra beş dəfə “Şəms” surəsini oxumaq lazımdır. Salamdan sonra isə desin:
"La həvlə və la quvvətə illa billahil-əliyyil-əzim".
(Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur).

Sonra bu duanı oxumaq:
"Ya muqiləl-əsərati əqilni əsrəti, ya mucibəd-dəəvati əcib dəvəti, ya samiəl-əsvati ismə səvti, vərhəmni və təcavəz ən səyyiati, və ma indi ya zəl-cəlali vəl-ikram.
(Ey xətalardan keçən, mənim yanlışlıqlarımdan keç! Ey duaları qəbul edən, duamı qəbul et! Ey səsləri eşidən, səsimi eşit, mənə rəhm et, pisliklərimi bağışla, ey əzəmət və ehsan sahibi!)

2⃣ Dua kitablarında "Dəhvul-ərz" gününün duasını oxumaq

📚 Şeyx Abbas Qummi, "Məfatihul-cinan"

🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://www.tg-me.com/besiretaz
2024/09/29 16:30:11
Back to Top
HTML Embed Code: