Telegram Web Link
⚫️ 27 Ramazan (7 aprel) Əllamə Məclisinin vəfat günüdür.

🔵 Şiə aləminin böyük mərcei-təqlidi Ayətullah Vəhid Xorasani öz dərsi-xaricində “Camiəye-kəbirə” ziyarətnaməsinin “Biharul-ənvar” kitabından olan sənədinin müzakirəsində Əllamə Muhəmməd Baqir Məclisinin (rəhmətullahi əleyh) şiə məzhəbini canlı saxlayan xidmətləri haqqında belə buyurub: "Bu zamanədə bisavadlıq çoxaldığı üçün şiənin böyük alimləri tanınmamışdır. Bu məzhəbin iftixar olunası şəxslərini insanlara tanıtdırmaq vəzifədir. Nemət verənin şükrünü etmək insanlığın vəzifəsidir. Mərhum Məclisi elə bir iş gördü ki, onun misli yoxdur. Fəzilət əhli gərək bu nemət verənin şükrünü etsinlər. Bəzi savadsızlar peydə olublar ki, "Biharul-ənvar" kitabına zəif kimi baxırlar.

🔵 Diqqət edin! Bu rahatlıqla havaya verdiyimiz məzhəbi o, (Əllamə Məclisi) necə hifz etdi və onun ayaqda qalması üçün nələr etdi. “Cəlaul-uyun” və “Həyatul-qulub” kitabını avamların məzhəbə diqqət vermələri üçün yazdı. Digər tərəfdən “Miratul-uqul” kitabını yazdı ki, rical elminin təhqiqat ustadlarını rəvayətləri təsnif və tovsiq etməkdə heyrətə gətirsin. O, rical elmini belə bilmək və dəqiq nəzərə sahib olmaqla “Biharul-ənvar” kitabını yazdı ki, Əhli-beyt (əleyhimussalam) elminin gövhərlərindən bir dənə olsun belə gövhər zay olmasın. "Biharul-ənvar"-da səhih və zəif hədisləri cəm etdi. Bununla da nə indiyə qədər, nə də bundan sonra olmayacaq bir xidmət yerinə yetirdi. Bəzi savadsızlar sənədi zəif olan bir hədisə baxırlar və dərk etmirlər ki, “Miratul-uqul"-u yazan və "ustadi-kull" olan bir şəxs bu nöqtəyə nəzər edib. Lakin zəiflərdə elə mətnlər var ki, onların dəlaləti sənəddən daha möhkəmdir. Bu "böyüklərin-böyüyünün" (Əllamənin) cəmiyyətə təqdim etdiyi bir xidmətdir". Ayətullah Vəhid Xorasani ardınca belə əlavə etdi: "Şeyx Bəhai sahib olduğu o elmi məqamla yanaşı o zamanda ondan bəhrələnmişdir. Bu mövqeyi ilə Səfəvi səltənətinin “Şeyxul-İslamı” oldu ki, şiə məzhəbini dirçəltsin.

🔵 Bunu başa düşün! Bəzilərinə xoş gəlmək və onlara meyl etmək üçün bu məzhəbin əqidələrindən əl çəkməyin və siyasi məqsədlər üçün "qabırğası sınmış" şəxsin (Xanım Zəhranın) əzəmətini unutmayın. "Gözümdə tikan və boğazımda sümük qalmış şəxs kimi səbr etdim" deyən şəxsin (İmam Əlinin) haqqını əldən verməyək".

📚 shia-news.com

🔴 Əllamə Məclisinin bəzi xidmətləri barədə:

🔵 Dəyərli "Biharul-ənvar" kitabı köhnə çapla 25 cild və yeni çapla 110 cilddən, 2327 babdan və 40 min səhifədən ibarətdir. Bu əsər Əllamənin 40 illik elmi səy və təlaşlarının nəticəsidir.

🔵 Əllamə Məclisi "Risalətul-etiqadat" kitabını bir gecədə yazmışdır.

🔵 "Riyazul-uləma" kitabının müəllifi Mirza Abdullah İsfəhani yazır ki, Əllamə Məclisinin tələbələri min nəfərə çatırdı (rəhmətullahi əleyhim).

🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://www.tg-me.com/besiretaz
Forwarded from Besiret.Az
Forwarded from Maide.Az/MaideTV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bayramınız mübarək!


10 aprel 2024 - Fitr bayramı günüdür!

https://www.tg-me.com/MaideTV
🤲
*Şəvval ayının birinci günü - Fitr bayramı (Məxsus əməllər)*

*10 aprel 2024-cü il "Fitr bayramı" günüdür*

1. “Sübh” və “Fitr bayramı” namazlarından sonra aşağıdakı zikri tərkrar-təkrar oxumaq:

“Əllahu-əkbəru əllahu-əkbər, la ilahə illəllahu vəllahu əkbər, əllahu-əkbər və lillahil həmd, əlhəmdu lillahi əla ma hədana və ləhuş-şukru əla ma əvlana.”
 
2. Fitr bayramı namazından öncə fitrə-zəkatını çıxarmaq;

3. Qüsl etmək; onun vaxtı dan yeri söküləndən bayram namazı qılınan vaxta qədərdir.

4. Təmiz libaslar geyinmək, gözəl ətirlərdən istifadə etmək və namaz qılmaq üçün məscidə getmək;

5. Bayram namazından qabaq yaxşı olar ki, xurma, ya şərbətlə iftar edilsin.

6. Günəş doğduqdan sonra bayram namazını qılmaq;

Maide.Az-Maarif bölümü

https://www.tg-me.com/MaideTV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bayram namazının qılınması
💢 Ramazan ayından sonra Şəvval ayının ilk 6 gününü ardıcıl oruc tutmaq həqiqətən də müstəhəbdirmi

https://www.tg-me.com/Sistani_fetva
۞ بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
🤲 İlahi, Muhəmməd və onun soyuna salam yetir və məni bəlanın hədəfi, cəzanın nişanı etmə, mənə möhlət ver, qəm-qüssəmə son qoy, xətamı əfv et, müsibət ardınca müsibətə düçar etmə, çünki dər-gahına ahu-nalə etməyimi, çarəsizlik və acizli-yimi görürsən.

📗 Səhifeyi Səccadiye

🌸🍃 CÜMƏNİZ MÜBARƏK!

T.me/SYH_313
•┈┈••✦🍃🌸🍃✦••┈┈•
2024/09/29 20:15:22
Back to Top
HTML Embed Code: