Telegram Web Link
Necə gəldi keçdi bu ziyarət ayı lap astanasındayıq...elə bil dünən daxil olmuşdu. İlahi, bizə bu qədər möhlət verdiyin halda heçnə qazana bilmədik əlimiz boşdu.😔 Artıq Ramazan ayının son cüməsi. Bu gecənin hörmətinə günahkar, zəif bəndələrinə rəhm eylə bizə Öz lütfündən bəxşiş əta et. Elə bəxşiş ki, Sənin razılığını qazanmağa səbəb olsun amin.

İltiması dua.🤲
Forwarded from Maide.Az/MaideTV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
شَهْرُ رَمَضانَ‏ الَّذی أُنْزِلَ فیهِ الْقُرْآنُ هُدىً لِلنَّاسِ وَ بَیِّناتٍ مِنَ الْهُدى‏ وَ الْفُرْقانِ


Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Quranın nazil olduğu bir aydır.

Bəqərə, 185

#qurani_kərim #ramazanayı #ayə
https://www.tg-me.com/MaideTV
*💢İmam Sadiq(ə) axırıncı onluqda oxuyardı:*

🤲İlahi, həqiqətən, Sən nazil olunmuş kitabında belə buyurubsan: “Ramazan ayı insanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quranın nazil olduğu bir aydır.” Ramazan ayında Quranı nazil etdiyin üçün həmin ayı ehtiramla yad etdin, “qədr” gecəsini ona məxsus bildin, həmin gecəni min aydan üstün və xeyirli etdin. İlahi, bu Ramazan ayının günləri və gecələri sona yetdi və mənim bu ayla bağlı vəziyyətimi və əməllərimin sayını Sən məndən və bütün insanlardan yaxşı bilirsən! Belə isə, yaxın mələklərin, “mürsəl” peyğəmbərlərin və saleh bəndələrinin Səndən istədikləri kimi, mən də Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən, rəhmətinlə məni cəhənnəmdən xilas edib behiştə aparasan, əfv və kərəmini mənə artırasan, Sənin dərgahına yaxınlığımı və dualarımı qəbul edəsən, qorxulu və vəhşətli gündə, qiyamət günü (günahkarlar) üçün hazırladığın qorxu və vəhşətdən amanda saxlamaqla mənə minnət qoyasan! Ramazan ayının günləri və gecələri başa çatdığı halda, mənim üzərimdə Sənin tərəfindən bir cəza, yaxud Sənə qarşı bir günah qalaraq əzaba düçar olacağım və yaxud bağışlamadığın xətalarıma görə məndən qisas alacağından Sənin böyük zatına və əzəmətli şövkətinə sığınmışam! Ey mənim mövlam, ey mənim mövlam, ey mənim mövlam, Səndən istəyirəm, ey Səndən başqa heç bir tanrı olmayan, çünki Səndən başqa heç bir tanrı yoxdur, əgər bur ayda məndən razı qalıbsansa, razılığını daha da artır və əgər razı qalmayıbsansa, elə bu saat məndən razı qal, ey mehribanların ən mehribanı! Ey Allah, ey yeganə, ey ehtiyacsız, ey doğmayan, doğulmayan və tayı-bərabəri olmayan!
Çoxlu-çoxlu de:
Ey dəmiri Davudun (salam olsun ona) əlilə yumşaldan, ey ağrı-acıları və qəm-qüssələri Əyyubdan (salam olsun ona) uzaqlaşdıran, ey Yəqubun ((salam olsun ona) kədərini aparan, ey Yusifin (salam olsun ona) qəm-qüssəsini aradan qaldıran, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, Sənə layiq olduğu kimi, onların hamısına salam yetir və mənə deyil, Sənə layiq olduğu kimi mənimlə rəftar et!

📿 http://T.me/zikrler_ve_dualar_SYH_313
🔴 *Ramazan ayının son cüməsi*

*🔵 Cabir ibn Abdullah Ənsari deyir:*

*"Ramazan ayının son cüməsi Allahın Elçisinin (s) yanına daxil oldum. Məni gördükdə belə buyurdu:*

*"Ey Cabir, bu, Ramazan ayının son cüməsidir, onunla vidalaş və (belə) de:*

*"İlahi, bunu bizim son Ramazan ayı orucumuz qərar vermə. Əgər belə qərar versən, o zaman məni rəhm edilmişlərdən qərar ver,* *(rəhmətindən) məhrum olmuşlardan yox".*
*Kim belə desə iki yaxşı işdən birini əldə edər: Ya növbəti Ramazan ayını görər, ya da Allahın bağışlamasına və rəhmətinə nail olar"🤲*

*🔵 Duanın ərəbcəsi:*

*"Əllahummə lə təc'əlhu əxiral-'əhdi min siyəminə iyyəh. Fəin cə'əltəhu fəc'əlni mərhumən və lə təc'əlni məhrumən"🤲*

*UNUTMAYAQ İNŞƏALLAH📌📌* 📌📌📌📌📌📌

📚 Şeyx Hürr Amili, "Vəsailuş-şiə", c. 10, səh. 365.

🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://www.tg-me.com/besiretaz

#Ramazanayı #dua
*İmam Zaman (ə.c) cümə günü ziyarəti.*

💢Salam olsun sənə, ey Allahın yer üzündə höccəti! Salam olsun sənə, ey Allahın Öz yaratdıqları arasında gözü! Salam olsun sənə, ey Allahın nuru; elə bir nur ki, hidayət olunanlar onun vasitəsilə hidayət olunur və möminlərə fərəc verilir. Salam olsun sənə, ey (qeybə çəkilməkdən) qorxub paklanan! Salam olsun sənə, ey xeyirxah rəhbər! Salam olsun sənə, ey nicat gəmisi! Salam olsun sənə, ey həyat mənbəyi! Salam olsun sənə! Allahın salamı olsun sənə və pak-pakizə Əhli-beytinə! Salam olsun sənə! Allah sənə yardım və zühurla bağlı vəd etdiklərini tezləşdirsin. Salam olsun sənə, ey mənim sərvərim! Mən səni sevir, sənin işlərinin başlanğıc və sonuna inanıram. Sənin vasitənlə uca Allaha yaxınlaşır, qüdrət əlinlə zühurun və haqqın zühurunun intizarını çəkirəm. Allahdan istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirsin, məni sənin intizarını çəkənlər, sənə tabe olanlar, düşmənlərinin əleyhinə yardım edənlərdən və kənarında şəhadətə nail olan dostlarından qərar versin! Ey mənim sərvərim, ey zəmanənin sahibi! Allahın salamı olsun sənə və Əhli-beytinə! Bu gün cümə günüdür və sənin günündür. Həmin gün hamı sənin zühurunun intizarını çəkir, əlinlə möminlərə fərəc və qılıncınla kafirlərə ölüm arzulayır. Ey mənim sərvərim, bu gün sənin qonağınam və sənə sığınıram. Ey böyük şəxslərin övladlarından olan böyük sərvərim. Sən Allah tərəfindən qonaqpərvərlik və sığınacaq verməyə məmursan, məni qonaqlığa qəbul et və mənə sığınacaq ver. Allahın salamı olsun sənə və pak Əhli-beytinə!

*Amin ya Rabbəl aləmin 🤲🤲🤲*
💡 T.me/zikrler_ve_dualar_SYH_313
Forwarded from İmamRezaAz (rəsmi)
🔶️Hər il olduğu kimi bu ildə Ramazan ayının son cümə günü Fələstinə dəstək olaraq İranın bütün şəhərlərində olduğu kimi müqəddəs Məşhəd şəhərində də Qüds günü keçirilib.Minlərlə insan meydanlardan İmam Rza (ə) hərəminə tərəf hərəkət ediblər.
İmam Sadiq (ə) buyurub:

"Hər kəs İmam Məhdi (ə.f) üçün dua etsə, O da onun üçün dua edər. Və xoş o kəsin halına ki, zəmanə imamı onun üçün dua edib".

Muhəmmədtəqi İsfəhani, "Mikyalul-Məkarim",c.2, səh.54

"İlahi... bizimlə onun arasında vüsal bərqarar et! Elə bir vüsal ki, bizi onun sələfləri  ilə yoldaş olmağa aparıb çıxara! Və bizi onun kəmərindən yapışıb onun kölgəsində qərar tutanlardan et!".

💡 http://T.me/zikrler_ve_dualar_SYH_313
Forwarded from Maide.Az/MaideTV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ötən gün Qüds günü ilə eyni vaxtda Malayziya, Hindistan, Pakistan, Yəmən, Suriya, Bəhreyn, Türkiyə, İraq və Yaponiya xalqları Fələstin xalqına dəstək olaraq küçələrə çıxıblar.
2024/09/29 22:18:30
Back to Top
HTML Embed Code: