Telegram Web Link
Forwarded from İmamRezaAz (rəsmi)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔊İmam Həsənin (ə) fəqirlərə diqqəti
Forwarded from Panahian | Azeri
🌸 Özünü yaxşı hiss etmək istəyirsən?

#Ramazan
@PanahianAZ
Forwarded from Maide.Az/MaideTV
Forwarded from Maide.Az/MaideTV
Qədr gecələrindən yaxşı yararlanmaq üçün 12 TÖVSİYƏ

Mübarək Qədr gecələrinin başlaması ilə əlaqədar Ali Rəhbər Ayətullah Xamenei bu gecələrdən daha yaxşı yararlanmaq üçün bəzi tövsiyələr verib:

Maide.Az həmin tövsiyyələri təqdim edir:

1. Qədr gecələrinə mənəvi hazırlıqla girin.

2. Qədr gecələrinin saatlarını qənimət bilin. Qədr gecələrinin qədrini bilin və hər anını qənimət bilin.

3. Maddi çirkinliklərdən uzaq durun.

4. Bu gecələrdəki ən gözəl əməl duadır.

5. Duaların mənalarına daha çox diqqət edin.

6. Allah ilə danışın. Əgər ərəbcə oxunan duaların mənasını bilmiriksə, öz dilimizdə Allah ilə münacat edək.

7. Allah-təaladan əfv istəyin. Qədr gecəsi məğfirət və əfv istəmək üçün ən gözəl fürsətdir.

8. Qəlblərinizi İmam Əlinin (ə) uca məqamı ilə tanış edin.

9. Əsrin vəlisi, zamanın imamını yada salın.

10. Yaradılış ayələri və insanın alın yazısı barədə düşünün.

11. Müsəlmanlar üçün dua edin.

12 Özünüz və möminlərin hacətlərini Allahdan istəyin.
https://www.tg-me.com/MaideTV
*İmam Zaman (ə.c) cümə günü ziyarəti.🍃*


💢Salam olsun sənə, ey Allahın yer üzündə höccəti! Salam olsun sənə, ey Allahın Öz yaratdıqları arasında gözü! Salam olsun sənə, ey Allahın nuru; elə bir nur ki, hidayət olunanlar onun vasitəsilə hidayət olunur və möminlərə fərəc verilir. Salam olsun sənə, ey (qeybə çəkilməkdən) qorxub paklanan! Salam olsun sənə, ey xeyirxah rəhbər! Salam olsun sənə, ey nicat gəmisi! Salam olsun sənə, ey həyat mənbəyi! Salam olsun sənə! Allahın salamı olsun sənə və pak-pakizə Əhli-beytinə! Salam olsun sənə! Allah sənə yardım və zühurla bağlı vəd etdiklərini tezləşdirsin. Salam olsun sənə, ey mənim sərvərim! Mən səni sevir, sənin işlərinin başlanğıc və sonuna inanıram. Sənin vasitənlə uca Allaha yaxınlaşır, qüdrət əlinlə zühurun və haqqın zühurunun intizarını çəkirəm. Allahdan istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirsin, məni sənin intizarını çəkənlər, sənə tabe olanlar, düşmənlərinin əleyhinə yardım edənlərdən və kənarında şəhadətə nail olan dostlarından qərar versin! Ey mənim sərvərim, ey zəmanənin sahibi! Allahın salamı olsun sənə və Əhli-beytinə! Bu gün cümə günüdür və sənin günündür. Həmin gün hamı sənin zühurunun intizarını çəkir, əlinlə möminlərə fərəc və qılıncınla kafirlərə ölüm arzulayır. Ey mənim sərvərim, bu gün sənin qonağınam və sənə sığınıram. Ey böyük şəxslərin övladlarından olan böyük sərvərim. Sən Allah tərəfindən qonaqpərvərlik və sığınacaq verməyə məmursan, məni qonaqlığa qəbul et və mənə sığınacaq ver.🤲
Allahın salamı olsun sənə və pak Əhli-beytinə!🤚

💡http://T.me/zikrler_ve_dualar_SYH_313
2024/09/30 04:39:57
Back to Top
HTML Embed Code: