Telegram Web Link
Forwarded from Besiret.Az
Forwarded from Hacı Ramil Bədəlov
- İlahiyyatçı Emil Dadaşov bu gün saat 20:00-da mübarək mövludlarla bağlı çıxış edəcək. Mövludlarınız mübarək olsun!

https://youtube.com/@ZamanMedia_Group?si=5zHfUS5AtN2q1jZp
Forwarded from XəmsənaməSYH_14
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əssəlamu ələl Huseyn

Salam olsun aləmə nicat vermək üçün dünyaya göz açan o bərəkətli vücuda...💐

http://T.me/SYH_Xemsename
ŞƏBANİYYƏ MÜNACATI.

Mübarək Şəban ayının müstəhəb dualarından biri də “Şəbaniyyə” münacatıdır. Bu münacat həm Əmirəlmöminin imam Əlidən (ə), həm də digər imamlardan nəql olunmuşdur. Münacatın ərəbcə mətnini, oxunuş və tərcüməsini diqqətinizə çatdırırıq:
İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir! Səni çağıran zaman duamı, səsləyən zaman nidamı eşit, Səninlə minacat etdikdə mənə nəzər sal. Həqiqətən, mən Sənə üz tutmuşam və dərgahında miskin, yalvarıb-yaxaran və yanındakı savablara ümidli olan halda dayanmışam. Sən qəlbimdə olanları bilirsən və hacətimdən xəbərdarsan. Daxilimi tanıyırsan, dəyişdiyim və ayaq saxladığım məqamların sonu Sənə gizli deyil. Dilə gətirmək istədiyim hacətlərimi və işlərimin sonu üçün ümidvar olduğumu bilirsən. Ey Rəbbim, ömrümün sonunadək istər gizli, istərsə də aşkar, Sənin qəza-qədərinə bağlıyam. Artımım, nöqsanım, xeyir və ziyanım heç kəsin yox, Sənin əlindədir. İlahi, əgər məni məhrum etsən, kim mənə ruzi verəcək. Əgər məni tərk etsən, kim köməyimə çatacaq? İlahi, qəzəbinə düçar olmamaq üçün Sənə sığınmışam. İlahi, Sənin rəhmətinə layiq olmasam da, Sən geniş mərhəmətinlə mənə ehsan etməyə layiqsən. İlahi, sanki özümü Sənin dərgahında görürəm. Elə bir halda ki, Sənə təvəkkülüm başımın üzərinə kölgə salmışdır. Demək, Sən layiq olduğunu mənə deyirsən və məni Öz əfvinə şamil edirsən. İlahi, əgər məni əfv edəcəksənsə, həqiqətən də, bu iş üçün Səndən layiqlisi yoxdur. Əgər ölüm anı çatsa və əməllərim məni Sənə yaxınlaşdıra bilməsə, günahlarımın etirafını Sənə yaxınlaşmağım üçün vasitə edəcəyəm. İlahi, mən özümə çarə qılmaqda zülmə yol verdim. Əgər bağışlamasan, vay olsun mənə! İlahi, dünya həyatında daim ehsanından faydalandım. Ölüm zamanı da ehsanını məndən əsirgəmə. İlahi, həyatım boyu mənimlə yalnız gözəl rəftar etdiyin halda ölümümdən sonra rəhmət nəzərindən ümidimi necə üzüm?! İlahi, Sən özünə layiq şəkildə işlərimi öhdənə götür. Nadanlığında qərq olmuş günahkarı fəzlindən faydalandır. İlahi, dünyada günahlarımı gizlətdin. Axirətdə isə onları gizlətməyinə daha çox ehtiyacım var. Çünki Sən dünyada günahlarımı saleh bəndələrinin heç birinə bildirmədin. Belə isə, qiyamət günü də məni məxluqatın hüzurunda rüsvay etmə! İlahi, bəxşişin ümidimi artırır, əfv və güzəştin əməlimdən çox üstündür. İlahi, mühakimə günü Öz görüşünlə məni bəndələrin arasında şad et! İlahi, Sənə üzrxahlığım üzrünün qəbul olunmasına ehtiyacı olan kəsin üzrxahlığıdır! İlahi, üzrümü qəbul et! Ey günahkarların üzr istədiyi şəxs! İlahi, istəyimi geri qaytarma, umacağımdan ümidimi üzmə, arzu və ümidimi kəsmə! İlahi, əgər Sən məni xar etmək istəsəydin, hidayət və ehsanınla məni başıuca etməzdin! Əgər məni rüsvay etmək istəsəydin, məni bağışlamazdın! İlahi, güman etmirəm ki, məni bir ömür arzuladığım istəkdən məhrum edəsən! İlahi, Sənə Sənin istədiyin və razı qaldığın kimi, sonsuz və daim artmaqda olan həmişəlik, əbədi və daimi həmd edirəm! İlahi, əgər məni günahlarımla tanısan, mən də Səni əfvinlə tanıyacağam!
Əgər məni günahlarıma görə cəzalandırsan, mən də Sənin məğfirətini diləyəcəyəm. Əgər məni cəhənnəmə atsan, mən də cəhənnəm əhlinə Səni sevdiyimi deyəcəyəm! İlahi, əgər itaətimlə müqayisədə əməlim çox kiçikdirsə, Sənə ümidlə bağlı arzum çox böyükdür. İlahi, Sənin lütf və mərhəmətinə yaxşı gümanım olduğu, Sən mənə daim mərhəmət göstərdiyin, sonda da məni nicat əhlindən edəcəyin halda, Sənin yanından necə məhrum və əliboş qayıdım? İlahi, ömrümü əyriliklərlə və Səndən qəflətdə məhv etdim! Cavanlığımı Səndən uzaq düşüb məstliklə puça çıxardım. İlahi, mən qəflətdə olduğum vaxtlar ayılmadım və Sənin qəzəbinlə sonuclanan yolda israrla dayandım! İlahi, mən Sənin bəndənəm. Mən Sənin bəndənin övladıyam. İndi Sənin dərgahında dayanmış və Sənə çatmaq üçün kərəminə təvəssül etmişəm. İlahi, mən Sənin elə bir bəndənəm ki, həyasızcasına dərgahında dayandığım haldan elə uzaqlaşıram ki, bir daha qayıtmayacağam. Səndən əfv və bəxşiş etməyini istəyirəm. Çünki əfv və bəxşiş Sənin kərəminin vəsfidir. İlahi, günahlardan və Sənə itaətsizlikdən uzaqlaşmağa qüvvəm yoxdur. Yalnız diqqətimi Öz məhəbbətinə yönəltdiyin və məni ayıltdığın zaman Sən istəyən kimi oldum. Məni kərəminə qərq etdiyin və qəlbimdən qəflət çirkabını təmizlədiyin üçün Sənə təşəkkür edirəm. İlahi, mənə nəzər sal, çağırılan və çağırışa cavab verən kəsin baxışı ilə! Sən onu Özünə yardıma çağırdın, o da Sənə itaət etdi.
Ey yaxın olan və aldanmışlardan fasiləsi olmayan Allah! Ey o bağışlayan ki, mükafatını ümidvar olana əsirgəmirsən. İlahi, mənə Sənə yaxınlaşmağıma səbəb olacaq qəlb, sədaqəti Sənə doğru yüksələcək dil və həqiqəti məni Sənə yaxınlaşdıracaq baxış əta et. İlahi, Sənin tanıtdırdığın tanınmamış qalmaz. Sənə sığınan xar və köməksiz olmaz. Sənin üz tutduğun şəxs yorğun və süst olmaz. İlahi, Səndən kömək istəyənin yolu işıqlıdır! Səndən yapışana sığınacaq verilir. Ey Allahım, Sənə sığındım! Elə isə, məni rəhmətindən naümid etmə və mənimlə Öz mehribanlığın arasında pərdə salma. İlahi, məni – Sənin geniş məhəbbətinə ümidvar olan kəsi vilayət əhlinin arasında qərar ver! İlahi, mənə Öz zikrinlə daha üstün zikr üçün şövq, rəğbət və sevgi əta et, mənim təlaşımı Sənin adlarına və müqəddəs məhəllinə çatmaqla əldə olunan aramlıqda qərar ver! İlahi, Sənə pak zatını və məxluqatın üzərindəki haqqını and verirəm ki, məni itaət əhlinin sırasına qat və mənə layiqli mənzil – Öz razılığını əta et! Çünki mən Özümdən heç bir şəri dəf etməyə və yaxud bir mənfəət əldə etməyə qadir deyiləm. İlahi, mən Sənin zəif, günahkar bəndən və qüsurlu qulunam! Elə isə, məni üz döndərdiyin və qəflətləri ilə Sənin əfvindən kənarda qalan kəslərin zümrəsində qərar vermə! İlahi mənə Özünə doğru kamil azadlıq əta et və qəlb gözlərimizi Sənə baxış nuru ilə işıqlandır ki, qəlb gözlərimiz nurani pərdələri yarıb, əzəmət mədəninə çatsın və ruhlarımız müqəddəs izzətinə bağlansın! İlahi, məni o şəxslərdən et ki, Sən onu səslədin və o Səni qəbul etdi, Sən onu nəzərdən keçirdin və o Sənin böyük dərgahında heyrətləndi, bihuş oldu, onunla gizli şəkildə münacat etdin və o, Sənin üçün aşkar əməl etdi. İlahi, nikbinliyimə ümidsizliyi hakim etmə və gözəl kərəminə olan ümidimi üzmə! İlahi, əgər xətalarım məni Sənin nəzərindən salıbsa, Sənə olan yaxşı təvəkkülümə görə məni bağışla! İlahi, əgər günahlarım məni Sənin lütf və mərhəmətindən uzaqlaşdırıbsa, kərəm və mehribanlığına olan yəqinim onu mənə xatırladır! İlahi, əgər qəflət məni Sənin görüşünə hazırlaşmaqdan qürur yuxusuna aparacaqsa, böyük nemətlərinə mərifətim ayıldacaqdır! İlahi, əgər Sənin böyük əzab və intiqamın məni cəhənnəmə çağıracaqsa, çoxlu mükafatın məni əbədi behiştinə dəvət edir! Belə isə, İlahi, Səndən istəyir və Sənin dərgahında ah-nalə və raz-niyaz edirəm! Səndən istəyirəm ki, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetirəsən, məni daim Səni yad edənlər, əhdini pozmayanlar, şükründən əsla qafil olmayanlar və əmrini yüngül tutmayanlardan qərar verəsən! İlahi, məni çox sevinc doğuran izzət nuruna qovuşdur ki, Sənin haqqını tanıyıb, Səndən qeyrilərindən üz çevirim, Səndən qorxum və Səni nəzərdə saxlayım. Ey calal və kəramət sahibi!
🤲
2024/11/05 23:00:56
Back to Top
HTML Embed Code: