Telegram Web Link
🤲🏴
Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 1. Hədəf və məqsədin ilahiliyi

Bəşər tarixi saysız-hesabsız acı və şirin hadisələri xatırlayır, çoxlu sayda tarix yazanları öz qoynunda yetişdirmişdir. Bununla belə, hicri 61-ci ilin Aşura hadisəsi kimi geniş təsirə malik bir hadisəni özündə az görmüş, Kərbəla tarixini yazanlar kimisini də az xatırlayır. Bu hadisə bir sikkənin iki üzü kimi tamamilə bir-birindən fərqli və ayrıdır. Onun bir üzü xəyanət, vəfasızlıq, namərdlik, alçaqlıq, qəlbiqaralıq, qəddarlıq, digər üzü isə vəfadarlıq, şəhidlik, mərdlik, vüqarlılıq, zülmə qarşı olmaq, səbirli olmaq, ilahi qəzavü-qədərə təslim olmaq və Allaha ən ali dərəcədə bəndəlik etməkdən ibarətdir. Tarixdə bundan da acı hadisələr baş vermiş və tarix də çoxlu sayda insan qətlinə şahid olmuşdur. Tarix haqq uğrundakı qanlı qiyamları hələ də xatırlayır, lakin bununla belə, Aşura hərəkatının üstünlüyünə səbəb olan məsələ tarixin digər səhnələrində bənzərinin olmaması və ya bu qədər diqqətəlayiq olmaması, yaxud da bu üstünlüklərin hamısına birgə yiyələnməməsidir. Bu qiyamı fərqləndirən bir neçə üstün xüsusiyyət vardır ki, onlardan biri də budur:

Hədəf və məqsədin ilahiliyi
İmam Hüseyn (ə) qiyamında niyyət və ilahi hədəf ünsürü həddən artıq qabarıqdır. O Həzrət yalnız və yalnız Allahın razılığı və haqq dini dirçəltmək üçün qiyam etmiş, onun qiyamına heç bir dünya və vəzifəpərəstlik amili müdaxilə etməmişdir. Kərbəla tarixinin hər bir hissəsi bu müddəaya şahiddir. Bu səbəbdən, İmam Hüseyn (ə) bu hərəkatda daim özünün ilahi vəzifəsi haqda düşünür və nəticəsini Allaha həvalə edirdi. Bu həqiqət özünü İmamın (ə) sözləri, əməl və rəftarlarında dəfələrlə biruzə vermişdir. ("Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi", Ayətullah Məkarim Şirazi, səh.14-16.)

Maide.az - Maarif bölümü
https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
Forwarded from Maide.Az/MaideTV
Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 2. Məsum İmamın öldürülməsi

Hadisənin digər bir xüsusiyyəti odur ki, bu hadisədə yalnız mömin və haqqsevər bir insan deyil, həm də məsum imam, “Kisa” əhlinin beşinci üzvü, Allah Rəsulunun nəvəsi, Fatimeyi-Zəhranın (s.ə) öğlu, özlərini İslam Peyğəmbərinin (s) ümməti hesab edən bir qrup camaatın əli ilə faciəli şəkildə şəhid edilmişdir. Bu qədər mənəvi məqam və əsil-nəcabətinə baxmayaraq, günün günorta çağında müəyyən şəraitdə İmam Hüseynin (ə) öldürülməsi tarixdə unudulacaq sadə bir məsələ deyil. Baxmayaraq ki, hansısa bir mömin və möhtərəm bir insanın öldürülməsi böyük cinayət sayılır, lakin yer üzərində Allahın höccəti, əsrinin imamı olan və zülmlə mübarizə aparmaq üçün qiyam edən bir şəxsin belə qəddarlıqla öldürülməsi daha böyük bir günahdır və bunun yanından asanlıqla ötmək olmaz.

Daha pisi, müsəlman olduqlarını iddia edən, zahirdə namaz qılan, Quran oxuyan bir camaatın təkbir deyərək öz peyğəmbərlərinin ciyərparəsi ilə döyüşə girməsidir. Onlar amansızcasına təqva və iman nümunəsini şəhid etdilər, ailə və namusuna hörmətsizlik edərək onları soyub taladılar. Şairin dediyi kimi:

و یکبرون بان قُتلت و انّما
‏ ‏قتلوا بک التکبیر و التهلیلا

“Səni öldürdükləri zaman təkbir dedilər. Amma həqiqətdə, səni öldürməklə təkbir (Allahu-əkbər) və təhlili (Lə iləhə illəllah) öldürdülər.” ("Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi", Ayətullah Məkarim Şirazi, səh.14-16.)

Maide.az - Maarif bölümü
https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
Forwarded from Maide.Az/MaideTV
Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 3. İmam Hüseynin (ə) səhabələri

İmam Hüseynlə (ə) birlikdə Kərbəla hadisəsində şəhadətə çatanlar azlıq təşkil etsələr də, onların həyatına, yadigar qalan söz və rəftarlarına ötəri bir nəzər saldıqda, onların mömin, vəfalı, fədakar və paklıqlarının şahidi oluruq. Bu həqiqətin aydın sübutu İmam Hüseynin (ə) Aşura gecəsində öz dostlarını vəsf edərkən belə buyurmasıdır:

إِنِّی لا أَعْلَمُ أَصْحاباً أَوْلى وَ لا خَیْراً مِنْ أَصْحابِی، وَ لا أَهْلَ بَیْت أَبَرَّ وَ لا أَوْصَلَ مِنْ أَهْلِ بَیْتِی، فَجَزاکُمُ اللّهُ عَنِّی جَمیعاً خَیْراً، أَلا وَ إِنِّی لاَظُنُّ یَوْمُنا مِنْ هؤُلاءِ الاَعْداءِ غَدَاً، أَلا وَ إِنِّی قَدْ أَذِنْتُ لَکُمْ، فَانْطَلِقُوا جَمیعاً فی حِلٍّ، لَیْسَ عَلَیْکُمْ مِنِّی ذِمامٌ،

“Mən öz köməkçilərim və səhabələrimdən üstün və yaxşısını, öz əhli-əyalımdan da xeyirxah və itaətkarını tanımıram. Allah mənim tərəfimdən sizin hamınıza xeyirli mükafat əta etsin. Mən bilirəm ki, sabah bizim işimiz bu düşmənlərlə necə olacaq. Mən sizə icazə verir və beyətimi sizin üzərinizdən götürürəm, artıq mənim tərəfimdən sizin öhdənizdə heç bir əhd-peyman yoxdur.” (“Tarixi-Təbəri”, 4-cü cild, səh.317.)

فَهذَا اللَّیْلُ قَدْ أَقْبَلَ فَقُومُوا وَ اتَّخِذُوه جَمَلا، وَلْیَأْخُذْ کُلُّ رَجُل مِنْکُمْ بِیَدِ صاحِبِهِ أَوْ رَجُل مِنْ إِخْوَتِی وَ تَفَرَّقُوا فِی سَوادِ هذَا اللَّیْلِ وَ ذَرُونِی وَ هؤُلاءِ الْقَوْمَ، فَإِنَّهُمْ لا یَطْلُبُونَ غَیْرِی، وَ لَوْ أَصابُونِی وَ قَدَرُوا عَلى قَتْلی لَما طَلَبُوکُمْ؛

“Artıq qaranlıq sizə üz gətirib. Ayağa qalxın və bu qaranlıqdan minik tək istifadə edin (və bu məntəqədən uzaqlaşın). Bu gecənin qaranlığında sizdən hər biriniz mənim yaxınlarım və qardaşlarımdan birinin əlindən tutub pərakəndə olun. Məni bu zümrə ilə tək-tənha buraxın ki, onlar yalnız məni (tutmaq-öldürmək) istəyir, əlləri mənə çatdıqda və məni qətlə yetirdikdə, artıq sizinlə işləri olmayacaq.” (“Əl-fütuh”, İbn Əsəm, 5-ci cild, səh.169-170.)

Bununla belə, səhabələr İmam Hüseyndən (ə) ayrılmadılar, o Həzrəti tək qoymadılar.

Tarixdə göstərilir ki, İmam Hüseyn (ə) Aşura gecəsi düşməndən möhlət istədi. Səhabələri ilə birgə fürsətdən layiqincə istifadə etdi, gecəni namazla, Quran tilavəti ilə, dua ilə, raz-niyazla məşğul oldu. Həqiqətdə, o böranlı vəziyyətdə, nəinki Allahdan ayrılmadı, rabitəsini daha da möhkəmlətdi. İmamın səhabələri də öz İmamına iqtida edərək Rəbbinə sığındılar, dünyalarının son gecəsi axirətlərinin abadlığı haqda düşündülər. O gecənin raz-niyaz və Quran səsləri düşmən ordusu üçün də bir xatirəyə çevrildi. İmam sübut etdi ki, həm özü, həm də vəfalı səhabələri ən təhlükəli şəraitdə belə, dindən əl çəkmədilər. Məhz bu səbəbdən də, Aşura günü İmam Hüseynin (ə) sədaqətli səhabələri şücaətlə döyüşdülər, ölümdən qorxmadılar, eşq və şövqlə canlarını Allah yolunda qurban verdilər.

Maide.az – Maarif bölümü
https://www.tg-me.com/MaideTV
🏴Ərbəin zəvvarları üçün İraqın yandırıcı isti havasını soyuq suya döndərən hədis

İmam Sadiq (ə) buyurub: "Elə ki, İmam Hüseyn (ə) zəvvarı evindən çıxar və ziyarətə yollanar, Atəşin odunu aradan apardığı kimi Günəş şuası ona hər dəfə  dəydikdə günahları bağışlanar".

(Kamiluz-ziyarat kitabı, səhifə 279)

AŞURA HƏYATI
2024/09/30 18:16:21
Back to Top
HTML Embed Code: