Forwarded from Besiret.Az
Media is too big
VIEW IN TELEGRAM
🏴 Abbas, Abbas, yaralandı başın - Kərbəlayi Həsən
🎥 "YouTube" linki:
https://youtu.be/WD1ooCD7Wl8
🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://www.tg-me.com/besiretaz
🎥 "YouTube" linki:
https://youtu.be/WD1ooCD7Wl8
🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://www.tg-me.com/besiretaz
Forwarded from Besiret.Az
🏴 Bu münasibətlə başda İmam Zaman ağa (ə) olmaqla, bütün mömin və möminələrə başsağlığı veririk.
Allah İmam Hüseynin (ə) müsibətinə görə əcrimizi artırsın, sizləri və bizləri onun vəlisi Muhəmməd (s) ailəsinin Məhdisi (ə) ilə birgə intiqamını alanlardan qərar versin.
#İmamHüseyn #Aşura
Allah İmam Hüseynin (ə) müsibətinə görə əcrimizi artırsın, sizləri və bizləri onun vəlisi Muhəmməd (s) ailəsinin Məhdisi (ə) ilə birgə intiqamını alanlardan qərar versin.
#İmamHüseyn #Aşura
Forwarded from Besiret.Az
🏴 Aşura günü İmam Hüseynin (ə) son saatları
Forwarded from Maide.Az/MaideTV
Əhli-beytin (ə) əsirliyi və əsirlər karvanının qətlgahdan keçməsi
Ömər Səd Məhərrəm ayının 11-ci gününün günortasına qədər öz qoşunundan ölənlərin cəsədlərini dəfn etdikdən sonra, Kufəyə doğru hərəkət əmri verdi. Bu göstərişlə İmam Hüseyn (ə) ailəsinin qadın, qız və uşaqlarını kəcavəsiz, çılpaq dəvələrə mindirdilər və kafir əsirləri kimi Kufəyə doğru hərəkət etdirdilər. İbn Əbdu Rəbbih "İqdul-fərid" kitabında yazır: Əsirlər arasında on iki oğlan uşağı və yeniyetmə, o cümlədən, Məhəmməd ibn Hüseyn (İmam Baqir) (ə) və Əli ibn Hüseyn (ə) (İmam Səccad) də vardı. ("İqdul-fərid", c.4, səh.385; "Məqatilut-talibin", səh.79.)
Kərbəlada əsir düşən möhtərəm qadınlar aşağıdakılardan ibarət idi: Zeynəbi-Kübra (s), Ümmü Gülsüm (s), Əmirəlmömininin (ə) qızı Fatimə, İmam Hüseynin (ə) qızı Fatimə, Səkinə və o Həzrətin dördyaşlı qızı Rüqəyyə , İmam Hüseynin (ə) vəfalı xanımı İmriul-Qeysin qızı Rübab, Qasimin anası və İmam Həsənin (ə) həyat yoldaşı Rəmlə. Onlar Allah Rəsulunun (s) nəslindən yadigar qalmış kəslər idilər. İbn Səd və onun qoşunu onların barəsində Peyğəmbərin (s) ehtiramına riayət etmədi və cürət edərək onların əl-qolunu müharibə əsirləri kimi bağladı, onları Peyğəmbər övladlarını öldürmüş naməhrəm qatillərin arasında Kufəyə yola saldı.
İslamda müsəlmanlar arasında əsirlik məsələsi əsla mövcud olmamışdır və əgər bir əsir görünsəydi, bu, müsəlmanlarla qeyri-müsəlmanlar arasında baş vermiş döyüşlərdə ələ keçən əsirlərə aid idi. Bəni-Üməyyənin tutduğu bu iş Allah Rəsulunun (ə) xanədanının üstün məqamına ən böyük hörmətsizlik idi və həmin səbəbdən, əsirləri şəhərbəşəhər dolaşdırdıqları zaman, camaat onların kafir şəhərlərindən tutulan əsirlər olduğunu güman edirdi. Amma həqiqət onlar üçün aşkar olduqda, onların fəryadı ucalırdı ki, Allah Peyğəmbərinin (s) övladları, xanədanı da əsir alına bilərmi?!
Əsirlər karvanının qətlgahdan keçməsi
Kərbəla tarixinin ən çətin anları əsirlər karvanının şəhidlərin parça-parça olmuş cənazələri ilə vidalaşma anları idi. Düşmən qəlbləri odlanmış əsirləri pak şəhidlərin qana qərq olmuş cənazələri kənarından apardılar. Belə ki, o şəhidlər bütövlükdə izzət və məzlumluğun hamısını özlərində toplamışdılar. Bəzi nəqllərə əsasən, əsirlərin özləri əziz şəhidləri ilə vidalaşmaq üçün qətlgahın kənarından keçmələrini istədilər. Məlum olduğu kimi, Kərbəla torpaqlarını həmin qəmli və dəhşətli vəziyyətdə tərk etmək qəlbləri yanmış bu kəslər üçün həddən artıq çətin və ağır idi. Xüsusilə də, düşmən öz alçaq döyüşçülərinin cənazələrini dəfn etmiş, amma Peyğəmbər (s) övladlarının cənazələrinin, xüsusən, Cənnət gənclərinin ağasının pak cənazəsinin qüslsüz və kəfənsiz olaraq səhrada tərk edildiyini nəzərə aldıqda, bu məsələ aydınlaşır. Kinli düşmən nə özü onları dəfn etməyə çalışır, nə də kiməsə onları dəfn etməyə icazə verirdi. Həmin qəlbdağlayan səhnələri parça-parça olmuş və atların tapdağı altında qalaraq tanınmaz hala gəlmiş bədənlərlə yanaşı müşahidə etmək hər bir tamaşaçını taqətdən salardı, lakin Həzrət Əlinin (ə) səbir və şövkətinin yadigarı Zeynəbi-Kübrada təcəlli edən aramlıq və onun cəlbedici ifadələrində coşub-daşan möhkəmlik müəyyən həddə o ağır fəzanı yardı və onu Peyğəmbər ailəsi üçün dözüləsi etdi. Hüseyn (ə) hərəminin qadınları gözləri həmin parça-parça olmuş bədənlərə düşdükdə, ah-nalə və şivən qopararaq fəryad etdilər. ("Məqtəlul-Huseyn", Müqərrəm, səh.306 və "Nəfəsul-məhmum", səh.201.)
Xanım Zeynəb (s.ə.) düşmənin Peyğəmbər (s) ailəsində cüzi bir zəiflik və peşmançılıq nişanəsini gördüyü zaman məstlik qəhqəhəsi çəkmək intizarında olduğunu bildiyindən, qardaşının qana boyanmış bədənini gördüyü zaman, göyə üz tutub dedi:
أَللَّهُمَّ تَقَبَّلْ هذا الْقُرْبانَ
“İlahi, bu qurbanı qəbul et!” ("Məqtəlul-Huseyn", Müqərrəm, səh.307.)
Bu cümlə düşmənə ağır zərbə oldu və onların rüsvayçılıq səsi çıxardı. Ravi deyir: Nəyi yaddan çıxarsam da, Fatimeyi-Zəhranın (s.ə.) qızı Zeynəbin (s.ə.) sözlərini unutmaram. Allaha and olsun! Zeynəbin (s.ə.) narahatlığı və onun sözləri hər bir dost və düşməni ağlamağa məcbur edirdi. ("Kamil", İbn Əsir, c. 4, səh. 81; "Məlhuf” (Lühuf), səh. 180-181.)

O, sınıq qəlb və kədərli səslə belə deyirdi:
وامُحَمَّداه! صَلّى عَلَيْكَ مَليكُ السَّماء، هذا حُسَينٌ مُرَمَّلٌ بِالدِّماءِ، مُقَطَّعُ الْأَعْضاءِ، يا مُحَمَّداه! بَناتُكَ سَبايا وَذُرِّيَّتُكَ مُقَتَّلَة، تَسْفى عَلَيْها ريحُ الصَّبا، هذا حُسَيْنٌ بِالْعَراءِ، مَجْزُورُ الرَّأسِ مِنَ الْقَفا، مَسْلُوبُ الْعِمامَةِ وَالرِّداءِ
“Ey Muhəmməd (s), babacan! Səma mələklərinin salamı olsun sənə! Bu, sənin qana boyanmış və bədəni parça-parça olmuş Hüseynindir! Ey Muhəmməd (s)! Sənin qızların əsir edilmiş, övladların öldürülmüşdür. Səba küləyi onların bədənləri üzərindən əsir. Bu, sənin torpağa düşmüş, başı boynunun ardından kəsilmiş, əmmamə və paltarı oğurlanmış Hüseynindir!” ("Biharul-ənvar", c.45, səh.58; "Ənsabul-əşraf", c.3, səh.411.)
Xanım Zeynəb (s.ə.) beləcə danışır, dost-düşmən ağlayırdı. Səbir tükənmişdi və heç kəs sakit deyildi. Əhli-beyt şairi Dibilin dediyi kimi:
كَيْفَ الْقَرارُ؟ وَفِي السَّبايا زَيْنَبُ
تَدْعُو بفَرْطٍ حَرَّارَةٍ يا أحْمَدُ
هذا حُسَيْنٌ بِالسُّيُوفِ مُبَضَّعُ
مُتَخَضَّبٌ بِدِمائِهِ مُسْتَشْهَدُ
“Zeynəbin (s.ə.) əsirlərin arasında olduğu və bütün varlığı ilə belə fəryad etdiyi halda, necə aram ola bilərdilər: Ey Allahın Rəsulu (s)! Bu, sənin qılınclarla tikə-tikə doğranan, öz qanına boyanan və şəhadətə çatan Hüseynindir! ("Biharul-ənvar", c. 45, səh. 243.)
Sanki həmin qeyri-adi səhnənin natiqi olan Zeynəb (s.ə.) sözlərinə belə davam edirdi:
بِأَبِي مَنْ أَضْحى عَسْكَرُهُ في يَوْمِ الإثْنَيْن نَهْباً، بِأَبي مَنْ فُسْطاطُهُ مُقَطَّعُ الْعُرى، بِأَبِي مَنْ لا هُوَ غائِبٌ فَيُرْتَجى وَلا جَريحٌ فَيُداوى، بِأَبِي مَنْ نَفْسي لَهُ الْفِداءُ، بِأبِي الْمَهْمُومَ حَتّى قَضى، بِأبي الْعَطْشانَ حَتّى مَضى، بِأَبِي مَنْ شَيْبَتُهُ تَقْطُرُ بِالدِّماءِ
“Qoşununun (xeyməsi) bazar ertəsi günü (Səqifədə) qarət olan kəsə atam fəda olsun! Xeymələrinin ipləri kəsilərək yerə yıxılan kəsə atam fəda olsun! Həddən artıq kədərli qəlblə canını tapşıran kəsə atam fəda olsun! Susuz şəhid olan kəsə atam fəda olsun! Saqqalından qan axan kəsə atam fəda olsun! ("Biharul-ənvar", c.45, səh.58.)
(Qeyd etməliyik ki, Aşura hadisəsi barədə məşhur nəzəriyyənin cümə günündə olmasını nəzərə almaqla xanım Zeynəbin (s.ə.) bazar ertəsi günündə olmasına təkid etməsini bazar ertəsi günü baş vermiş Səqifə hadisəsinə işarə etməsi və ondakı məqsədin Kərbəla hadisəsinin əlli il əv düşünülmədən Səqifədə verilən qərarın məhsulu olması mümkündür.)
Qəlblər az qalırdı sinələrdən çölə çıxsın, göz yaşları bir nəfərə belə aman vermirdi. Həzrət Zeynəb (s.ə.) bu dəfə cəddinin səhabələrinə xitab edərək dedi:
يا حُزْناه! يا كَرْباه! الْيَوْمَ ماتَ جَدِّي رَسُولُ اللَّهِ، يا أَصْحابَ مُحَمَّداه! هؤُلاءِ ذُرِّيَّةُ الْمُصْطَفى، يُساقُونَ سَوْقَ السَّبايا
“Bu gün sanki cəddim Rəsulullah dünyadan getmişdir. Ey Muhəmmədin (s) səhabələri! Bunlar seçilmiş Peyğəmbərin (s) övladlarıdır və onları əsirlər kimi aparırlar.” ("Biharul-ənvar", c. 45, səh. 59.)
ثُمَّ إِنَّ سُكَيْنَةَ اعْتَنَقَتْ جَسَدَ الْحُسَيْنِ عليه السلام فَاجْتَمَعَ عِدَّةٌ مِنَ الْأَعْرابِ حَتّى جَرُّوها عَنْهُ
Bu yerdə Səkinə irəli addım atdı və atasının bədənini qucaqladı. Onu nə qədər ayırmağa çalışsalar da, bu, mümkün olmadı. ("Məlhuf” (Lühuf), səh. 181.)
Bədəvi ərəblərdən olan bir dəstə gəldi və onu çəkə-çəkə atasının cənazəsindən ayırdı. Səkinədən nəql olunur ki, (bihuş olduğu həmin halda) sanki o, atasının belə buyurduğunu eşidir:
شيعَتِي ما إنْ شَرِبْتُمْ عَذْبَ ماءٍ فَاذْكُرُونِي
أَوْ سَمِعْتُمْ بِغَريبٍ أَوْ شَهيدٍ أَوْ غَريبٍ فَانْدُبُونِي
“Ey mənim şiələrim! Ləzzətli su içdiyiniz zaman, məni yad edin və yaxud bir qərib və ya şəhid barəsində xəbər eşkitdikdə, mənim üçün nalə edin!” ("Məqtəlul-Huseyn", Müqərrəm, səh. 307-308.)
Yerində və öz mövqeyində növhələr söyləməklə müəyyən həddə karvan əhlinə təskinlik verən səbir daşı xanım Zeynəb (s.ə.) birdən qərarsızlıqdan İmam Səccadın (ə) özündən getdiyini və az qala canını tapşıracağını gördü. Xanım Zeynəb (s.ə) özünü İmam Səccada (ə) çatdırıb dedi:
مالِي أَراكَ تَجُودُ بِنَفسِكَ يا بَقِيَّةَ جَدِّي وَ أَبِي وَإخْوَتي

“Sənə nə olub, ey cəddimin, atamın və qardaşlarımın yadigarı? Görürəm ki, az qalırsan canını tapşırasan!”
İmam Səccad (ə) cavab verdi: "Atamın, qardaşlarımın, əmilərimin, əmim oğlanları və yaxınlarımın yerə düşdüyü, qanlarına boyandığı, başları bədənlərindən ayrıldığı, paltarları qarət edildiyini, kəfənlərinin olmadığını və kimsənin onlara diqqət yetirmədiyini gördüyüm halda, necə səbir edim?"
Xanım Zeynəb (s.ə.) qeyri-adi bir cavab verdi: "Qardaşımın oğlu! Nigaran olma! Allaha and olsun, bu, Allah Peyğəmbərinin (s) baban, atan və əmindən aldığı və onların da qəbul etdiyi bir əhd-peymandır. Allah yer üzünün zalım və özbaşınalarının onları tanımadığı, lakin səma mələklərinin tanıdığı kəslərdən bu parça-parça və dağılmış bədənləri toplamaq və torpağa tapşırmaqla bağlı əhd almışdır. Gələcəkdə bu torpaqlarda atan Hüseynin (ə) məzarı üzərində heç zaman köhnəlməyəcək bir bayraq dalğalanacaq və zamanın ötməsi ilə ona heç bir zərər toxunmayacaq, küfr başçılarının onu məhv etmək üçün təlaş göstərməsinə baxmayaraq, onun əzəməti günbəgün artacaq." ("Kamiluz-ziyarat", səh.274-275.)
Əmirəlmöminin Əlinin (ə) qızı Zeynəb (s.ə.) özünün qeyri-adi uzaqgörənliyi ilə öz qardaşı oğluna təsəlli verdi. Kərbəla və Aşuranın gələcəyini bizim on dörd əsr sonra gördüyümüz kimi, eynilə təsvir etdi. Bəli, xanım Zeynəbin (s.ə.) qəlbi bu məsələnin işin başlanğıcı olduğunu bilirdi; hərçənd ki, Bəni-Üməyyə münafiqləri və qəlbiqaraları onu işin sonu olduğunu güman etsə də. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.544-550.)
Maide.az – Maarif bölümü
https://www.tg-me.com/MaideTV

Telegram
Maide.Az/MaideTV
Maide.Az saytının rәsmi telegram kanalına xoş gəlmisiniz!📒
İslami maarif, moizə və İslam təqvimi.
#maide #xeber #islam
Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın.
Bu süfrədən geri qalmayın!