Telegram Web Link
Forwarded from XəmsənaməSYH_14 (Munis)
Şəhidlik dünyagörüşüdür. Şəhidlik yaşam tərzidir. Şəhidin bioloji ölümü onun mənəvi məqamının zühur etməsidir, sadəcə. Şəhid qətlə yetirilməmişdən öncə artıq şəhiddir.

Şəhid mənfəətmərkəzli düzənə qarşı qiyam edən qəhrəmandır. Şəhid öz haqqı uğrunda yox, haqqın özü uğrunda fədakarlıq edir. Bu düşüncədə olanlar çox olarsa, bütün haqq sahiblərinin haqqı özünə çatacaq.

Haqdan, ədalətdən dəm vuranlar çoxdur. Şəhid səmimiyyətini əməldə göstərib, pafoslu cümlələr quran saxtakarları ifşa edir, həm də.

Şəhid eşqə fəda olmaqla maddəyə məna qazandırır. Şəhid digərlərini fədakarlığa rəğbətləndirir, bu səbəbdən də düşmənin qorxulu röyasıdır. Bəşəriyyətə ŞƏHİD nicat verəcək!

Şəhadətin mübarək olsun, şəhid Mübariz!

Hacı Şahin Hәsәnli / 18 iyun 2020

🕊   http://T.me/SYH_XEMSENAME
Forwarded from Maide.Az/MaideTV
"Sokrat da Şeyx Sərdar da qurban verdi
(Qurbanlığın fəlsəfəsi)
Forwarded from Maide.Az/MaideTV
"Sokrat da Şeyx Sərdar da qurban verdi
(Qurbanlığın fəlsəfəsi)

Əsrlər öncə haqqı dediyinə görə yunan filosofu Sokratı dövrün hegemonları tanrılara inanmamaq və gənclərin əxlaqını pozmaq ittihamı ilə şərləyib edam etdilər. Əsl səbəbi isə filosofun yalançı hökumətin xalqı kölə kimi saxlaması üçün uydurduğu yalanları ifşa etməsi, xalqı cəhalət yuxusundan oyatması idi.

Sokrata məhkəmədə üzr istəməyi susmağı müqabilində sərbəst buraxılacağı təklif olunsa da o, susmaqdansa ölümü üstün tutdu.

Edam hökmündən sonra dostları onu qaçırmaq istədilər lakin 73 yaşlı Sokrat ölümdən qaçmağı qorxaqlıq saydı və rədd etdi.

Məhkəmə çıxışında isə o, dedi ki, edam hökmündən daha dəhşətlisi məhkəmənin ədalətsiz qərarıdır. Sokrat ölümü ilə meydan oxudu. Bu eramızdan əvvəl 399-cu il idi.

Sokratın heç bir yazılı əsəri qalmasa da bu günə qədər dillər əzbəri oldu və sevgi ilə anıldı. Onu edam edənlərin qorxaqlığı əsrlər boyunca lənətləndi və bu davam edir.

Həzrəti İsanı da xalqı qumardan, insan alverindən, faizlə pul verməkdən uzaqlaşdırıb Allaha doğru səslədiyinə görə çarmıxa çəkdilər. İnsanlar İsanın bu ləyaqətini o qədər sevdilər ki, onun ölmədiyini, qeybə çəkildiyini deyib, qəlblərində əbədi sevgi ilə yaşatdılar.

İmam Hüseyn əleyhissəlam Allahın ədalətini hər şeydən üstün tutduğuna görə başını kəsdilər.
Bu gün də milyonlarla insanın qəlbində İmam Hüseyn əleyhissəlam tükənməz sevgi ilə yaşayır.

Bütün zamanların zalımları eynidir və bütün dövrlərdə zalımlara qarşı döyüşənlər də eyni dəyər uğrunda canlarını qurban veriblər: ləyaqətli sonluğu, ləyaqətsiz yaşamdan üstün tutublar.
İnsanlıq uğruna, ləyaqəti uğruna canını qurban verməkdən qorxanlar isə hər şeyini qurban verib quru nəfəsi və ac nəfsi üçün. Şeyx Sərdar bir xütbəsində deyirdi ki, Allahdan qorxmayanlar hər şeydən qorxar; işini itirməkdən, maaşını itirməkdən, pulunu itirməkdən...

Sevgi bütün hallarda qurban tələb edir. Bir insanı sevirsənsə onun yolunda nələrisə qurban verməlisən. Allahı sevirsənsə içində qorxu hissi olmamalıdır. Allahı sevən haqqı sevəcək. Haqqı, yəni sevdiyini qorumaq üçün mütləq cəsarətli olmalısan.

Bütün dövrlərin zalımları şər atan, yalançı, acgöz olduğu kimi bütün dövrlərin haqqı sevənləri də bir birinə bənzəyir. Onların bənzərliyi qurban vermək cəsarətidir.

Bu gün bu ölkədə haqqı dediyinə görə minlərlə günahsız insan şərlənib həbsxanalara salınıb. Onlar azadlığını haqqa qurban veriblər.
Sokrat da, Həzrəti İsa da, İmam Hüseyn əleyhissəlam da, Şeyx Sərdar da haqqa canını qurban verdiyinə görə tarixdə daim böyük məhəbbətlə anılacaqlar.

Allahın Haqqı yolunda qurban verməyi bacaranların Qurban bayramı mübarək olsun! Allah qurbanınızı qəbul eləsin!"

Bəxtiyar Babaşov
Siyasi məhbus
#dindarlariazadet
Forwarded from XəmsənaməSYH_14 (NAZMİN_CABBAR³¹³)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃
Əmin olun.....
🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸
Cüməniz mübarək olsun dəyərli kanal üzvləri🍃🌸🍃🌸🍃🌸🍃

http://www.tg-me.com/SYH_Xemsename
Forwarded from XəmsənaməSYH_14 (Munis)
son bir neçə gün qalıb bu fürsəti qaçırmayın 😊🥰

Ən azı paylaşaraq dəstək ola bilərsiniz 🤝
https://T.me/dost_kanallar_syh_313
Forwarded from XəmsənaməSYH_14 (Munis)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Neçə duadan sonra gələcəksən bilmirəm. Amma, mən əllərimi səmaya fəda etdim...

T.me/SYH_XEMSENAME
Forwarded from Elçin Müəllim
Media is too big
VIEW IN TELEGRAM
İmam Hadi ələyhissəlamın mövludu münasibətilə bütün mömin bacı və qardaşlarımızı təbrik edirik!
Mövlud bayramınız mübarək olsun, Əhli-Beyt (ə) aşiqləri!
2024/07/01 15:51:48
Back to Top
HTML Embed Code: