Telegram Web Link
_👉BİLMƏDİKLƏRİMİZİ ÖYRƏNƏK VƏ ÖYRƏDƏK.👈_

*_BİSMİLLƏHİR RAHMƏNİR RAHİM🤲_*

*_HƏZRƏT MUHƏMMƏD(S) BUYURUB: "RAMAZAN AYI" ALLAHIN AYI, BƏRƏKƏT, TÖVBƏ, MƏĞFİRƏT VƏ ATƏŞDƏN AZAD OLMA AYIDIR.🌛

👉NƏ ÜÇÜN ALLAH ORUCU 30 GÜN VACİB BUYURUB

👇
BİR YƏHUDİ ALİM BU SUALI İSLAM PEYGƏMBƏRİNDƏN(S) SORUŞUB.
👉 CAVABINDA İSƏ HƏZRƏT BELƏ BUYURUB: ADƏM PEYĞƏMBƏRƏ (Ə) QADAĞAN OLUNMUŞ MEYVƏNİ YEYƏNDƏ ONUN ƏSƏRİ BƏDƏNİNDƏ 3️⃣0️⃣ GÜN QALIB. BUNA GÖRƏ DƏ ALLAH TƏALA ONUN ÖVLADLARINA 3️⃣0️⃣ GÜN ACLIĞI SUSUZLUĞU VACİB EDİB. GECƏ VAXTI YEMƏK İCAZƏSİ İSƏ (İFTAR VƏ İMSAQ) ALLAHIN ONLARA ETDİYİ BİR LÜTFDÜR.

🌺ORUCUB VACİB OLMASININ SƏBƏBİ.🌺
👇
"QURANİ- KƏRİM" ORUCUN İNSANLARIN TƏQVASININ YOXLANILMASI ÜÇÜN VACİB EDİLDİYİNİ DEYİR. HƏZRƏT FATİMƏ (S.Ə) "FƏDƏKİYYƏ" XÜTBƏSİNDƏ BUYURUB: "ORUC İNSANLARIN İXLASINI YOXLAMAQ ÜÇÜN VACİB OLUB". ORUCLUQDA İNSANLARIN İXLASI YOXLANILIR. ORUC TUTMAQ "GİZLİ İBADƏT" SAYILDIĞI ÜÇÜN HEÇ KİM BƏNDƏNİN HƏQİQƏTDƏ ORUCLU OLDUĞUNU BİLMƏZ. ÇÜNKİ İNSAN CAMAATA ÖZÜNÜ ORUC TUTAN KİMİ GÖSTƏRSƏ DƏ TƏNHALIQDA ORUCUNU POZA BİLƏR. ALLAHIN ƏMRİNƏ İTAƏT ETMƏK İNSANDAN TƏKƏBBÜR VƏ QÜRURU UZAQ EDİB,ONU ALLAHA TƏRƏF QAYTARAR.

🤲ZƏHMƏT OLMASA PAYLAŞIN BİLMƏYƏNLƏR DƏ ÖYRƏNSİN VƏ ÖYRƏTSİN.🙌
🤲DUALARİNİZDA ALLAH YADA SALSA,BİZİ DƏ UNUTMAYİN. İNŞƏALLAH AMİN.🙌🌹
Forwarded from Maide.Az/MaideTV
Ramazanın 2-ci gününün duası, imsak və iftar vaxtı- 2024

https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
ƏBU HƏMZƏ SUMALİ DUASINDAN-2
Forwarded from Maide.Az/MaideTV
بِکَ عَرَفْتُکَ وَ أَنْتَ دَلَلْتَنِی عَلَیْکَ وَ دَعَوْتَنِی إِلَیْکَ وَ لَوْ لا أَنْتَ لَمْ أَدْرِ مَا أَنْتَ الْحَمْدُ لِلَّهِ الَّذِی أَدْعُوهُ فَیُجِیبُنِی وَ إِنْ کُنْتُ بَطِیئاً حِینَ یَدْعُونِی وَ الْحَمْدُ لِلَّهِ الَّذِی أَسْأَلُهُ فَیُعْطِینِی وَ إِنْ کُنْتُ بَخِیلاً حِینَ یَسْتَقْرِضُنِی وَ الْحَمْدُ لِلَّهِ الَّذِی أُنَادِیهِ کُلَّمَا شِئْتُ لِحَاجَتِی وَ أَخْلُو بِهِ حَیْثُ شِئْتُ لِسِرِّی بِغَیْرِ شَفِیعٍ فَیَقْضِی لِی حَاجَتِی وَ الْحَمْدُ لِلَّهِ الَّذِی لا أَدْعُو غَیْرَهُ وَ لَوْ دَعَوْتُ غَیْرَهُ لَمْ یَسْتَجِبْ لِی دُعَائِی.

(Ey Rəbbim!) Səni elə Sənin Öz vasitənlə tanımışam. Səni tanımaqda Özün mənə yol göstərmisən və məni Öz dərgahına dəvət etmisən. Əgər Sənin yolu göstərməyin olmasaydın, mən Sənin kim olduğunu bilməzdim.
Həmd olsun o Allaha ki, Onu çağırdığım zaman mənə cavab verir; baxmayaraq ki, haçan məni çağırdısa, tənbəllik etdim.
Həmd olsun o Allaha ki, Ondan istədiyim zaman mənə əta edir; baxmayaraq ki, haçan məndən borc verməyimi istədisə, paxıllıq etdim.
Həmd olsun o Allaha ki, haçan istəsəm, Onu öz hacətim üçün səsləyir və Onunla heç bir vasitə olmadan raz-niyaz etmək üçün xəlvətə çəkilirəm. O da  hacətimi yerinə yetirir.
Həmd olsun o Allaha ki, Ondan başqasını çağırmıram və əgər başqasını çağırsaydım, mənim duamı qəbul etməzdi.

#əbuhəmzəsumaliduası #dua #ramazanayı
https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
ƏBU HƏMZƏ SUMALİ DUASINDAN-3

وَ الْحَمْدُ لِلَّهِ الَّذِي لا أَرْجُو غَيْرَهُ وَ لَوْ رَجَوْتُ غَيْرَهُ لَأَخْلَفَ رَجَائِي وَ الْحَمْدُ لِلَّهِ الَّذِي وَكَلَنِي إِلَيْهِ فَأَكْرَمَنِي وَ لَمْ يَكِلْنِي إِلَى النَّاسِ فَيُهِينُونِي وَ الْحَمْدُ لِلَّهِ الَّذِي تَحَبَّبَ إِلَيَّ وَ هُوَ غَنِيٌّ عَنِّي وَ الْحَمْدُ لِلَّهِ الَّذِي يَحْلُمُ عَنِّي حَتَّى كَأَنِّي لا ذَنْبَ لِي فَرَبِّي أَحْمَدُ شَيْ‏ءٍ عِنْدِي وَ أَحَقُّ بِحَمْدِي 

Həmd olsun o Allaha ki, Ondan başqasına ümid bəsləmirəm və əgər başqasına ümid bəsləsəydim, məni naümid edərdi!
Həmd olsun o Allaha ki, məni Özünə həvalə etdi, mənə qayğı göstərdi və məni insanlara həvalə etmədi ki, məni xar etsinlər.
Həmd olsun o Allaha ki, məndən ehtiyacsız olduğu halda, mənə məhəbbət göstərdi.
Həmd olsun o Allaha ki, heç bir günahım yoxmuş kimi, mənimlə yumşaq davrandı. Odur ki, Rəbbim mənim nəzərimdə ən çox tərifəlayiq varlıqdır və mənim tərifimə daha layiqdir.

Maide.az - Maarif bölümü
#əbuhəmzəsumaliduası #dua #ramazanayı
https://www.tg-me.com/MaideTV
Forwarded from Ariflərdən zikirlər.
Hacətin yerinə yetirlməsi üçün, 71- dəfə mübarək tohid (qulhuvəllah) surəsini fasilə olmadan kimləsə söhbet etmədən oxuyun İnşallah hacəti qəbul olar.
T.me/haqqinsesi
Forwarded from Maide.Az/MaideTV
ƏBU HƏMZƏ SUMALİ DUASINDAN-4
Forwarded from Maide.Az/MaideTV
اللّٰهُمَّ إِنِّى أَجِدُ سُبُلَ الْمَطالِبِ إِلَيْكَ مُشْرَعَةً، وَمَناهِلَ الرَّجاءِ إِلَيْكَ مُتْرَعَةً، وَالاسْتِعانَةَ بِفَضْلِكَ لِمَنْ أَمَّلَكَ مُباحَةً، وَأَبْوابَ الدُّعاءِ إِلَيْكَ لِلصَّارِخِينَ مَفْتُوحَةً، وَأَعْلَمُ أَنَّكَ لِلرَّاجِى [لِلرَّاجِينَ] بِمَوْضِعِ إِجابَةٍ، وَ لِلْمَلْهُوفِينَ بِمَرْصَدِ إِغاثَةٍ، وَأَنَّ فِى اللَّهْفِ إِلىٰ جُودِكَ وَالرِّضَا بِقَضائِكَ عِوَضاً مِنْ مَنْعِ الْباخِلِينَ، وَمَنْدُوحَةً عَمَّا فِى أَيْدِى الْمُسْتَأْثِرِينَ، وَأَنَّ الرَّاحِلَ إِلَيْكَ قَرِيبُ الْمَسافَةِ، وَأَنَّكَ لَاتَحْتَجِبُ عَنْ خَلْقِكَ إِلّا أَنْ تَحْجُبَهُمُ الْأَعْمالُ دُونَكَ وَ قَدْ قَصَدْتُ إِلَيْكَ بِطَلِبَتِي وَ تَوَجَّهْتُ إِلَيْكَ بِحَاجَتِي وَ جَعَلْتُ بِكَ اسْتِغَاثَتِي وَ بِدُعَائِكَ تَوَسُّلِي مِنْ غَيْرِ اسْتِحْقَاقٍ لاسْتِمَاعِكَ مِنِّي وَ لا اسْتِيجَابٍ لِعَفْوِكَ عَنِّي بَلْ لِثِقَتِي بِكَرَمِكَ وَ سُكُونِي إِلَى صِدْقِ وَعْدِكَ وَ لَجَئِي إِلَى الْإِيمَانِ بِتَوْحِيدِكَ وَ يَقِينِي [وَ ثِقَتِي‏] بِمَعْرِفَتِكَ مِنِّي أَنْ لا رَبَّ لِي غَيْرُكَ وَ لا إِلَهَ [لِي‏] إِلا أَنْتَ وَحْدَكَ لا شَرِيكَ لَكَ

İlahi, həqiqətən görürəm ki, Sənə doğru hacət yolları açıqdır, Sənə olan ümid bulaqları dolub-daşmaqdadır, mərhəmətindən Səni arzu edənin yardım istəməsi asandır, dua qapıları isə Səni çağıranların üzünə açıqdır. Bilirəm ki, həqiqətən, Sənə ümid bəsləyənin hacətini qəbul edir və pərişan olanın fəryadına yetirsən. Həqiqətən, Sənin səxavətinə göz dikib hökmünə razı olmaq paxılların əsirgədiyinin əvəzidir və acgözlərin əllərindəki sərvətdən genişdir. Həqiqətən, Sənə tərəf gedənin yolu qısadır. Sən yaratdıqlarından gizlənmirsən. Səni görməyə mane olan Səndən başqası üçün edilən əməllərdir. Beləliklə, istəyimlə Səni niyyət etmişəm, hacətimlə Sənə üz tutmuşam, fəryadımla Sənə sığınmışam, Sənin çağırışını əlimdə dəstavüz etmişəm. Hərçənd, nə duamı eşitməyinə, nə də məni əfv etməyinə layiq deyiləm. Əksinə, kərəminə arxayın və verdiyin vədin doğruluğundan sarı rahatam. Sığınacağım odur ki, Sənin təkliyinə iman gətirmişəm və Səndən başqa heç bir tanrı olmadığına əminəm. Səndən başqa bir tanrı yoxdur. Sən tək və şəriksizsən!

Maide.az - Maarif bölümü

#əbuhəmzəsumaliduası #dua #ramazanayı
https://www.tg-me.com/MaideTV
Forwarded from Maide.Az/MaideTV
Forwarded from Maide.Az/MaideTV
ƏBU HƏMZƏ SUMALİ DUASINDAN-5

اللَّهُمَّ أَنْتَ الْقَائِلُ وَ قَوْلُكَ حَقٌّ وَ وَعْدُكَ صِدْقٌ [الصِّدْقُ‏] وَ اسْأَلُوا اللَّهَ مِنْ فَضْلِهِ اِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيما وَ لَيْسَ مِنْ صِفَاتِكَ يَا سَيِّدِي أَنْ تَأْمُرَ بِالسُّؤَالِ وَ تَمْنَعَ الْعَطِيَّةَ وَ أَنْتَ الْمَنَّانُ بِالْعَطِيَّاتِ عَلَى أَهْلِ مَمْلَكَتِكَ وَ الْعَائِدُ عَلَيْهِمْ بِتَحَنُّنِ رَأْفَتِكَ [بِحُسْنِ نِعْمَتِكَ‏] إِلَهِي رَبَّيْتَنِي فِي نِعَمِكَ وَ إِحْسَانِكَ صَغِيرا وَ نَوَّهْتَ بِاسْمِي كَبِيرا فَيَا مَنْ رَبَّانِي فِي الدُّنْيَا بِإِحْسَانِهِ وَ تَفَضُّلِهِ [بِفَضْلِهِ‏] وَ نِعَمِهِ وَ أَشَارَ لِي فِي الْآخِرَةِ إِلَى عَفْوِهِ وَ كَرَمِهِ مَعْرِفَتِي يَا مَوْلايَ دَلِيلِي [دَلَّتْنِي‏] عَلَيْكَ وَ حُبِّي لَكَ شَفِيعِي إِلَيْكَ وَ أَنَا وَاثِقٌ مِنْ دَلِيلِي بِدَلالَتِكَ وَ سَاكِنٌ مِنْ شَفِيعِي إِلَى شَفَاعَتِكَ أَدْعُوكَ يَا سَيِّدِي بِلِسَانٍ قَدْ أَخْرَسَهُ ذَنْبُهُ رَبِّ أُنَاجِيكَ بِقَلْبٍ قَدْ أَوْبَقَهُ جُرْمُهُ أَدْعُوكَ

İlahi! Sözün haqq, vədin isə doğrudur. Sən Özün buyurubsan ki, “Allahın mərhəmətindən diləyin. Həqiqətən, Allah həmişə sizə qarşı rəhmlidir.” Ey mənim mövlam! (Bəndələrinə) istəməyi əmr etdiyin halda, Öz bəxşişini əsirgəmək Sənin xüsusiyyətin deyildir. Halbuki Sən məmləkətində yaşayanlara bol-bol bəxşiş yağdırır və məhəbbətinlə onların qeydinə qalırsan. İlahi, uşaq ikən məni nemət və ehsanınla bəslədin, böyüdükdə isə adımı ucaltdın! Ey dünyada məni ehsanı, mərhəməti və nemətlərilə bəsləyən, axirətdə isə mənimlə əfv və kəramətilə davranacağına işarə edən! Ey mənim mövlam, (Sənə olan) mərifətim Sənə doğru bələdçimdir. Sənə olan məhəbbətim Sənin hüzurunda şəfaətçimdir. Bələdçim Sən olduğundan, ona güvənirəm. Şəfaətçimi qəbul etdiyindən, ondan arxayınam. Ey mənim mövlam! Səni günahların lal etdiyi bir dillə çağırıram!

Maide.az - Maarif bölümü
#əbuhəmzəsumaliduası #dua #ramazanayı
https://www.tg-me.com/MaideTV
2024/09/30 14:22:37
Back to Top
HTML Embed Code: