Telegram Web Link
Forwarded from Maide.Az/MaideTV
Forwarded from Maide.Az/MaideTV
Nimeyi-Şəban gecəsinə məxsus əməllər və dualar

Mübarək Şəban ayının 15-ci gününün (Nimeyi-Şəban) gecəsi (Fevral ayının 24-dən 25-nə keçən gecə) çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası İmam Baqirdən (ə) nəql edir ki, o həzrətdən Ş‏əban ay‎ını‎n 15-ci gününün gecəsinin fəziləti barədə soruşulduqda, Həzrət buyurdu:
Forwarded from Maide.Az/MaideTV
İKİ ƏMANƏT
Nimeyi-Şəban gecəsinə məxsus əməllər və dualar Mübarək Şəban ayının 15-ci gününün (Nimeyi-Şəban) gecəsi (Fevral ayının 24-dən 25-nə keçən gecə) çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası İmam Baqirdən (ə) nəql edir ki, o həzrətdən Ş‏əban ay‎ını‎n 15-ci…
Nimeyi-Şəban gecəsinə məxsus əməllər və dualar

Mübarək Şəban ayının 15-ci gününün (Nimeyi-Şəban) gecəsi (Fevral ayının 24-dən 25-nə keçən gecə) çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası İmam Baqirdən (ə) nəql edir ki, o həzrətdən Ş‏əban ay‎ını‎n 15-ci gününün gecəsinin fəziləti barədə soruşulduqda, Həzrət buyurdu: “Bu gecə, Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Həmin gecə Allah-Taala bəxşiş qap‎ısı‎nı‎ Öz bəndələrinin üzünə açar, onları‎ Öz kərəm və lütfü ilə bağış‌‏layar. Bu gecə Allaha daha da yaxı‎n olmağınız üçün çalışın. Bu elə bir gecədir ki, Allah-Taala Öz müqəddəs zat‎ına and içmi‏dir ki, günahdan ba‏şqa, hər bir ş‏eyi Ondan diləyənin əlini bo‏ş qaytarması‎n. Bu, elə bir gecədir ki, Allah-Taala “Qədr gecəsi”ni Peyğəmbər (s) üçün qərar verdiyi kimi, bu gecəni də bizim üçün qərar vermi‏şdir. Elə isə həmin gecəni Allaha çoxlu həmd-səna və dua edin!”

Həmçinin Peyğəmbər (s) zövcəsi Ayişəyə buyurmuşdur: “Bu gecənin hansı gecə olmasını bilmirsənmi? Bu gecə, Şəban ayının 15-ci gecəsidir. Bu gecə ruzilər bölüşdürülür, əcəllər yazılır və həccə gedəcək insanlar təyin olunur...”
Mübarək Şəban ayının 15-ci gününün gecəsinin fəzilətlərindən biri də İmam Zamanın (ə.c.) həmin gecənin səhəri, hicri-qəməri tarixi ilə 255-ci ildə (miladi-878) Samirra şəhərində dünyaya göz açmasıdır. Bu gecənin bir neçə əməli vard‎ır:

1. Qüsl etmək;

2. “Ehya saxlamaq” (gecəni səhərə qədər oyaq qalıb ibadət və raz-niyazla keçirmək); Nəql olunur ki, hər kəs bu gecəni ehya saxlasa, bütün qəlblərin öləcəyi gün – qiyamət günü onun qəlbi ölməz.

3. Bu gecənin ən fəzilətli və günahların bağışlanmasına səbəb olan əməllərindən biri də imam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etməkdir.

4. Bu duanı oxumaq:
اَللّهُمَّ بِحَقِّ لَيْلَتِنا [هذِهِ‏] وَمَوْلُودِها، وَحُجَّتِكَ وَمَوْعُودِهَا الَّتى‏ قَرَنْتَ اِلى‏ فَضْلِها فَضْلاً، فَتَمَّتْ كَلِمَتُكَ‏صِدْقاً وَعَدْلاً، لا مُبَدِّلَ لِكَلِماتِكَ وَلا مُعَقِّبَ‏ لِأياتِكَ، نُورُكَ الْمُتَاَ لِّقُ،وَضِيآؤُكَ الْمُشْرِقُ، وَالْعَلَمُ النُّورُ، فى‏ طَخْيآءِ الدَّيْجُورِ، الْغائِبُ‏الْمَسْتُورُ، جَلَّ مَوْلِدُهُ، وَكَرُمَ مَحْتِدُهُ، وَالْمَلائِكَةُ شُهَّدُهُ، وَاللَّهُ‏ ناصِرُهُ وَمُؤَيِّدُهُ، اِذا آنَ ميعادُهُ، وَالْمَلائِكَةُ اَمْدادُهُ، سَيْفُ اللَّهِ الَّذى‏ لا يَنْبوُ، وَنُورُهُ الَّذى‏ لا يَخْبوُ، وَ ذوُالْحِلْمِ الَّذى‏ لا يَصْبوُا، مَدارُ الَّدهْرِ، وَنَواميسُ الْعَصْرِ، وَوُلاةُ الْأَمْرِ، وَالْمُنَزَّلُ عَلَيْهِمْ ما يَتَنَزَّلُ فى‏ لَيْلَةِ الْقَدْرِ، وَاَصْحابُ الْحَشْرِ وَالنَّشْرِ، تَراجِمَةُ وَحْيِهِ، وَوُلاةُ اَمْرِهِ وَنَهْيِهِ، اَللّهُمَّ فَصَلِّ عَلى‏ خاتِمِهْم وَقآئِمِهِمُ الْمَسْتُورِ عَنْ عَوالِمِهِمْ اَللّهُمَ‏ وَاَدْرِكَ بِنا أَيَّامَهُ، وَظُهُورَهُ وَقِيامَهُ، وَاجْعَلْنا مِنْ اَنْصارِهِ، وَاقْرِنْ ثارَنا بِثارِهِ، وَاكْتُبْنا فى‏ اَعْوانِهِ وَخُلَصآئِهِ، وَاَحْيِنا فى‏ دَوْلَتِهِ ناعِمينَ، وَبِصُحْبَتِهِ غانِمينَ، وَبِحَقِّهِ قآئِمينَ، وَمِنَ السُّوءِ سالِمينَ يا اَرْحَمَ‏ الرَّاحِمينَ، وَالْحَمْدُللَّهِ‏ِ رَبِّ الْعالَمينَ، وَصَلَواتُهُ عَلى‏ سَيِّدِنا مُحَمَّدٍ خاتَمِ النَّبِيّينَ وَالْمُرْسَلينَ، وَعَلى‏ اَهْلِ بَيْتِهِ الصَّادِقينَ وَعِتْرَتِهَ‏ النَّاطِقينَ، وَالْعَنْ جَميعَ الظَّالِمينَ، واحْكُمْ بَيْنَنا وَبَيْنَهُمْ يا اَحْكَمَ الْحاكِمينَ
Forwarded from Maide.Az/MaideTV
Duanın oxunuşu: Əllahummə bihəqqi ləylətina (hazihi) və məvludiha, və huccətikə və məv`udihəlləti qərəntə ila fəzliha fəzla, fətəmmət kəlimətukə sidqən və ədlən la mubəddilə likəlimatik, və la muəqqibə liayatikə nurukəl mutəəlliq, və ziyaukəl muşriq, vəl ələmun-nuru fi təxyaid-dəycuril ğaibul məstur, cəllə məvliduhu və kərumə məhtiduh, vəl məlaikətu şuhhəduh, vəllahu nasiruhu və muəyyiduhu iza anə miaduh, vəl məlaikətu əmdaduhu səyfullahilləzi la yənbu, və nuruhulləzi la yəxbu, və zul hilmilləzi la yəsbu mədarud-dəhr, və nəvamisul əsri və vulatul əmr, vəl munəzzəlu ələyhim-ma yətənəzzəlu fi ləylətil qədr, və əshabul həşri vən-nəşri təracimətu vəhyih, və vulatu əmrihi və nəhyih. Əllahummə fəsəlli əla xatimihim və qaimihimul məsturi ən əvalihim. Əllahummə və ədrik bina əyyaməhu və zuhurəhu və qiyaməh, vəc`əlna min ənsarihi vəqrin sarəna bisarih, vəktubna fi ə`vanihi və xuləsaih, və əhyina fi dəvlətihi naiminə və bisuhbətihi ğanimin, və bihəqqihi qaimin, və minəs-sui saliminə ya ərhəmər-rahimin, vəl həmdu lilahi rəbbil aləmin, və sələvatuhu əla səyyidina Muhəmmədin xatəmin-nəbiyyin, vəl mursəlinə və əla əhli-bəytihis-sadiqin, və itrətihin-natiqin, vəl`ən cəmiəz-zalimin, vəhkum bəynəna və bəynəhum ya əhkəməl hakimin.

6. Çoxlu salavat demək;

7. “Kumeyl” duasını oxumaq; “Kumeyl” duasını hər cümə axşamı, həm də mübarək Şəban ayının 15-ci gününün gecəsi oxumaq tövsiyə olunur.

8. “Subhanəllah”, “Əlhəmdu lillah”, “Əllahu-əkbər”, “La ilahə illəllah” zikrlərinin hər birini yüz dəfə demək;

9. “Misbah” kitabında Əbu Yəhyadan nəql olunan bir hədisdə mübarək Şəban ayının 15-ci gününün gecəsinin fəziləti barədə belə deyilir: “İmam Sadiqdən (ə): “Bu gecə hansı duanı oxusam, savabı daha çox olar?” – deyə soruşdum. Həzrət belə buyurdu: “İşa namazını qıldıqdan sonra, iki rükət bu qayda ilə namaz qıl; bininci rükətdə “Həmd”dən sonra “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd”dən sonra “İxlas” surəsini oxu. Salamları verdikdən sonra 34 dəfə “Əllahu-əkbər”, 33 dəfə “Əlhəmdu lillah” və 33 dəfə “Subhanəllah” de və sonra bu duanı oxu:
Forwarded from Maide.Az/MaideTV
Duanın oxunuşu: Ya mən iləyhi məlcəul ibadi fil muhimmat, və iləyhi yəfzəul xəlqu fil mulimmat, ya aliməl cəhri vəl xəfiyyat, (və) ya mən la təxfa ələyhi xəvatirul əvham, və təsərruful xətərat, ya rəbbəl xəlaiqi vəl bəriyyat, ya mən biyədihi mələkutul ərəzinə vəs-səmavat, əntəllahu la ilahə illa ənt, əmuttu iləykə bila ilahi illa ənt, fəya la ilahə illa ənt, ic`əlni fi hazihil-ləyləti mimmən nəzərtə iləyhi fərəhimtəh, və səmi`tə duaəhu fəəcəbtəh, və əlimtəstiqalətəhu fəəqəltəhu və təcavəztə ən salifi xətiətih, və əzimi cərirətih, fəqədistəcərtu bikə min zunubi, və ləcə`tu iləykə fi sətri uyubi. Əllahummə fəcud ələyyə bikərəmik, vəhtut xətayaə bihilmikəlləzinəctəbəytəhum litaətik, vəxtərtəhum liibadətik, və cəəltəhum xalisətəkə və sifvətək. Əllahumməc`əlni mimmən səədə cədduh, və təvəfərə minəl xəyrati həzzuh, vəc`əlni mimmən səlimə fənəimə və farə fəğənim, vəkfini ‏ərrə ma əsləftu və`simni minəl izdiyadi fi mə`siyətik, və həbbib iləyyə taətək, və ma yuqərribuni minkə və yuzlifuni indək, səyyidi iləykə yəlcəul harib, və minkə yəltəmisut-talib, və əla kərəmikə yuəvvilul mustəqilut-taib, əddəbtə əbadəkə bit-təkərrumi və əntə əkrəmul əkrəmin, və əmərtə bil əfvi ibadək, və əntəl ğəfurur-rəhim. Əllahummə fəla təhrimni ma rəcəvtu min kərəmik, və la tu`yisni min sabiği niəmik, və la tuxəyyibni min cəzili qisəmik, fi hazihil-ləyləti li əhli taətik, vəc`əlni fi cunnətin min ş‏irari bəriyyətik, rəbbi in ləm əkun min əhli zalik, fəəntə əhlul kərəmi vəl əfvi vəl məğfirəh, və cud ələyyə bima əntə əhluh, la bima əstəhiqquh, fəqəd həsunə zənni bikə və təhəqqəqə rəcai lək, və əliqət nəfsi bikərəmik, fəəntə ərhəmur-rahimin, və əkrəmul əkrəmin. Əllahummə vəxsusni min kərəmikə bicəzili qisəmik, və əuzu biəfvikə min uqubətik, vəğfir liyəz-zənbəlləzi yəhbisu ələyyəl xuluq, və yuzəyyiqu ələyyər-rizq, hətta əqumə bisalihi rizak, və ən`əmə bicəzili ətaik, və əs`ədə bisabiği nə`maik, fəqəd luztu bihərəmik, və təərrəztu likərəmikə vəstəəztu biəfvikə min uqubətik, və bihilmikə min ğəzəbik, fəcud bima səəltuk, və ənil məltəməstu mink, əs`əlukə bikə la bi‏əy`in huvə ə`zəmu mink.

Sonra səcdəyə gedərək, 20 dəfə “Ya Rəbbi”, 7 dəfə “Ya Allah”, 7 dəfə “La həvlə və la quvvətə illa billah”, 10 dəfə “Maşaəllah” və 10 dəfə “La quvvətə illa billah” dedikdən sonar, Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat göndərib hacətini Allahdan istəyirsən…

10. Cəfər-Təyyar namazını qılmaq;

11. Əbu Yəhya Sənani imam Baqir (ə) və imam Sadiqdən (ə) belə nəql edir: “Şəban ay‎ını‎n 15-ci gününün gecəsi dörd rükət namaz q‎ıl; belə ki, hər rükətində “Həmd”dən sonra yüz dəfə “İxlas” surəsini oxu və namazdan sonar de:

اَللّهُمَّ اِنّى‏ اِلَيْكَ فَقيرٌ، وَمِنْ عَذاِبكَ خائِفٌ مُسْتَجيرٌ، اَللّهُمَّ لا تُبَدِّلْ‏ اِسْمى‏، وَلا تُغَيِّرْ جِسْمى‏،وَلاتَجْهَدْ بَلائى‏، وَلاتُشْمِتْ بى‏ اَعْدآئى‏،اَعُوذُ بِعَفْوِكَ مِنْ عِقابِكَ، وَاَعُوذُ بِرَحْمَتِكَ مِنْ عَذابِكَ، وَاَعُوذُ بِرِضاكَ مِنْ سَخَطِكَ، وَاَعُوذُبِكَ‏مِنْكَ‏جَلَّ ثَنآؤُكَ، اَنْتَ كَما اَثْنَيْتَ عَلى‏ نَفْسِكَ، وَفَوْقَ ما يَقُولُ الْقآئِلُونَ‏

Duanın oxunuşu: Əllahummə inni iləykə fəqir, və min əzabikə xaifun mustəcir. Əllahummə la tubəddil ismi, və la tuğəyyir cismi, və la təchəd bəlai, və la tuşmit bi ə`dai, əuzu biəfvikə min iqabik, və əuzu birəhmətikə min əzabik, və əuzu birizakə min səxətik, və əuzu bikə minkə cəllə sənauk, əntə kəma əsnəytə əla nəfsikə və fəvqə ma yəqulul qailun.

Qeyd etmək lazımdır ki, Mübarək Şəban ayının 15-ci günü imam Zaman ağanın (ə.c.) doğum günü olduğundan, o həzrətin zühurunun tezləşməsi üçün çoxlu dua etmək həmin günün müstəhəb əməllərindəndir.

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Şəban ayının fəzilət və əməlləri” bölümü.)

Maide.az – Maarif bölümü

https://www.tg-me.com/MaideTV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Öz elmi savadı ilə qəlbləri fəth edən Allahı, əhli- beyti dinləyicilərinə sevdirən ustadımız Şahin Həsənli. Gözəl əlamətdar günlərdə səni necə yad etməyək? Bayramın mübarək ey İntizar aşiqi. Hər zaman qəlblərdəsən Allah məqamını uca etsin inşəallah amin🤲🌹
Forwarded from Maide.Az/MaideTV
İMAM MEHDİNİN (Ə) XÜSUSİYYƏTLƏRİ
Məsumların (ə) hədislərində imam Mehdinin (ə) xüsusiyyətləri haqda belə buyurulur: “O, ibadət əhli, gecə ibadətlə məşğul, zahid, sadə yaşayan, səbirli, helmli, ədalətli və yaxşılığı sevəndir. O, elmdə hər kəsdən üstün, mübarək bədəni təmizlik və bərəkət qaynağı, qiyam və cihad əhlidir. Böyük dünya inqilabının rəhbəri, son xilaskarı və bəşəriyyətə vəd edilən islahatçıdır. O, çox nurani, Rəsulullahın (s) nəslindən, həzrət Fatimənin (ə) övladlarından və imam Hüseyinin (ə) nəslindən olan doqquzuncu övladıdır. Zühur zamanı Kəbəyə söykənəcək və Peyğəmbərin (s) bayrağını əlinə alacaq. Qiyamı ilə dünyanın hər tərəfində Allahın dinini dirçəldəcək, hökmlərini dünyanın hər yerində icra edəcək və dünya zülmlə dolduqdan sonra haqq-ədalətlə dolduracaqdır.” (“Müntəxəbül-əsər”, 2-ci fəsil, səh.329-383.)
İMAM MEHDİNİN (Ə) HƏYAT MƏRHƏLƏLƏRİ
İmam Mehdinin (ə) həyatı üç dövrdən ibarətdir:
1. Gizli həyat dövrü: Həzrətin gizli həyat dövrü təvəllüdündən atası imam Həsən Əskərinin (ə) şəhadətinə (beş yaşına) qədər müddəti əhatə edir.
2. Qeyb dövrü: İmam Həsən Əskərinin (ə) şəhadətindən başlayıb, imam Mehdinin (ə) Allahın icazəsi ilə zühur edəcəyi dövrə qədər müddəti  əhatə edir. Əlbəttə, qeyb dövrü iki hissəyə bölünür:
a) Kçik (qısamüddətli) qeyb dövrü: 260-cı hicri ilində imam Həsən Əskərinin (ə) şəhadətə çatması ilə imam Mehdinin (ə) imamlıq dövrü və bu tarixdən etibarən, o həzrətin kiçik qeyb dövrü də başladı. Kiçik qeyb dövrü 329-cu hicri ilinə qədər, təxminən, 70 il davam etdi.
b) Böyük (uzunmüddətli) qeyb dövrü: Bu dövr 329-cu hicri ilindən başlanmışdır və Allahın əmri və iradəsi ilə qeyb buludlarının çəkilib dünyanın vilayət günəşi ilə işıqlanacağı günə qədər davam edəcək.
Qeyd etmək lazımdır ki, şiələr kiçik qeyb dövründə xüsusi nümayəndələr vasitəsilə İmamla (ə) əlaqə saxlayır, ilahi vəzifələrini öyrənib, həyatlarını da İmamın (ə) göstərişləri istiqamətində tənzim edirdilər. Ancaq böyük qeyb dövrünün başlanması ilə bu əlaqə kəsilir. Bundan sonra möminlər dini vəzifələrini əldə etmək üçün İmamın (ə) ümumi nümayəndələrinə üz tutmalı olurlar. Bu nümayəndələr təqvalı və imanlı din alimləri, böyük “mərcəi-təqlidlər”dən ibarətdirlər. Bu aydın yol imam Mehdinin (ə) etibarlı şiələrindən birinə yazdığı məktubda ifadə olunmuşdur. İmamın ikinci xüsusi nümayəndəsi tərəfindən çatan bu məktubun bir hissəsində belə buyurulur:
وَ أَمّاَ الْحَوادِثُ الْواقِعَة فَارْجِعوا فيها إِلى رُواةِ حَديثِنا فَإِنَّهُم حُجَّتى عَلَيكُم وَ أَنَا حُجَّةُ اللهِ عَلَيهِم...
“Gələcəkdə baş verəcək hadisələr zamanı (ilahi vəzifələri əldə etmək üçün) bizim hədislərimizi nəql edənlərə (fəqihlərə) müraciət edin. Çünki onlar mənim sizlərə höccətim, mən də onların üzərində Allahın höccətiyəm...”
(”Kəmalud-din”, c. 2, fəsil: 45, h. 3, s. 236.)
3. Zühur dövrü (əsri): Qeyb dövrü bitdiyi zaman on ikinci imam (ə) Allahın icazəsi ilə zühur edəcək və dünyanı yaxşılıq, gözəllik, qardaşlıq, dostluq və ədalətlə dolduracaqdır. Heç kim vəd edilən imamın (ə) nə vaxt zühur edəcəyini bilməz. Rəvayətlərdə onun zühur zamanını təyin edənlərin və “zühur vaxtını bilirəm” deyənlərin yalançı olduqları nəql edilmişdir.

Maide.az - Maarif bölümü
https://www.tg-me.com/MaideTV
Bismilləhir Rahmənir Rahim 💙İmam zaman ağanın(ə.f) salamatlığından və zühurunun təcil olmasından ötrü💙
Salamatlıq duasını bahəm oxuyaq inşəallah. İltiması dua 🤲🤲
ƏLLƏHUMMƏ KULLİ VƏLİYİKƏL HUCCƏTİBNİL HƏSƏN SƏLAVATUKƏ ƏLƏYHİ VƏ ƏLA ƏBAİH Fİ HƏZİHİZ SAƏH Fİ KULLİ SAƏH VƏLİYƏN VƏ HAFİDAN VƏ QAİDAN VƏ NASİRA VƏ DƏLİLƏN VƏ ƏYNƏN HƏTTA TUSKİNƏHU ƏRZƏKƏ TƏVVA VƏ TUMMƏTİAHU FİHƏ TƏVİLA BİRƏHMƏTİKƏ YƏ ƏRHƏMƏR RAHİMİN.🤲
ƏSSƏLAMU ƏLƏYKƏ YƏ MƏVLANA YƏ SAHİBƏZ-ZƏMAN🤚
YƏ SAHİBƏZ-ZƏMAN ƏDRİKNİ YƏ ƏBA SALEHİN MƏHDİ ƏDRİKNİ 🤲
ƏL MUSTAĞASU BİKƏ YƏ SAHİBƏZ-ZƏMAN🤲
"Nüdbə duasından"

💬 "Kaş biləydim uzaqdasan, yaxındasan? Qədəmlərin hansı torpağa dəyib, harada iz buraxıb? Görəsən, Mədinədəsən, Məkkədəsən yoxsa başqa yerdə? Gözüm axtara-axtara səni görə bilməməyim, nə pıçıltını, nə də heç olmasa uzaqdan səsini eşidə bilməməyim mənə ağır gəlir. Sənə qurban olum, qeybdə olsan da, bizi unutmursan. Sənə qurban olum, uzaqda olsan da, bizim yanımızdasan.🤲🏻
2024/11/05 22:55:42
Back to Top
HTML Embed Code: