Telegram Web Link
Hazırda 2 gündür gərginlik yaşanan cəbhə bölgəsində ötən günlərə nisbətən vəziyyətin xeyli sakitləşdiyi deyilir.
DTX “Tiktok”un müvəqqəti məhdudlaşdırılması barədə məlumat verib. Bəziləri isə bu qadağanı VPN ilə pozmağa çalışır. Dövlətin qanunu hamı üçündür. Bu məqamda qanunlara qarşı çıxan şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Tiktoka VPN ilə daxil olan şəxslər araşdırılaraq cinayət məsuliyyətinə cəlb edilməlidir.
Diqqətlə Oxuyun..!
VPN nədir?
VPN (ing. virtual private network) — iki kompüter(telefon) arasında məlumatları virtual tunel vasitəsi ilə şifrələyərək ötürən əlaqə vasitəsidir.
VPN" proqramları IP dəyişdirərək internetə girişi təmin edir.
Təhlükəli VPN siyahısı:
SecureVPN; Hoxx VPN;VPN Area;VPNht;Hola;Touch VPN;Betternet;Speedify;DotVPN;Ivacy;Ra4w VPN;VPN və sairə... Gate;AzireVPN;BTGuard;Ace VPN;
Ermənilərə aid olan VPN-lər.
1. Express VPN
2. Nord VPN
3. VPN 360
4. CyberGhost VPN
5. HMA VPN
6. Surfshark VPN
•Ümumiyyətlə istənilən Vpn təhlükəli ola bilər. Ona görə də işlədib işlətmək sizlikdi.
Hec biri Azərbaycan tətbiqi deyil.
Bank kart hesablarının əldə edilməsi, Qalereyada olan məlumatlar, kontaktlar və sairə şəxsi məlumatlarınız 3cü şəxsə keçə bilər.
Kanal rəhbərliyi olaraq heç bir VPN məsləhət görülmür..!
Vpn-dən istifadə sizin məsuliyyətinizdi.
‼️
Hazırda cəbhədə sakitlikdir. Əməliyyat şəraiti ORDUMUZUN nəzarətindədir.
ALLAH ORDUMUZU QORUSUN!
🤲🏻🇦🇿
🇦🇿Eşq olsun sizlərə!

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandalarının arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda azarkeşlərin iştirakı ilə sükut olub.
🥀🇦🇿

İndi nə yazsam, nə desəm də Şəhid ailələrin ağrısı keçməz. Bilirəm, neyləsək də bizim üçün gedən canlar geri gəlməz. Yenə hansısa valideynlər övladsız, yenə hansısa övladlar valideynsiz qaldılar bizim üçün. "Səninləyik Azərbaycan əsgəri!" yazmaqla deyil, biz onlarla deyilik. Biz onların çəkdiyi əziyyəti, biz onların apardığı mübarizəni əsla bilmirik. Biz sadəcə klaviatura qəhrəmanlarıyıq. Biz adlarını belə xatırlamırıq əksəriyyətinin, amma ailələri ömür boyu o ağrı ilə yaşayacaq

"Şəhidlər ölmür" deyirik. Gedin ailələrindən soruşun ölür ya yox ?! "Unutmarıq" deyə paylaşımlar edirik yalandan, gedin həyat yoldaşlarındam soruşun görün tək uşaq böyütmək necə olur ?! Şəhidin anasından soruşun, oğlu öləndən sonra oğlunun istədiyi yemək onun boğazından keçir ya yox ?!

Şəhidlər ölür, həmdə ailələri ilə. Biz sadəcə utana bilərik, bizim üçün atasız qalan uşaqlara baxıb. Biz sadəcə utana bilərik, bizim üçün övladsız qalan gözü yaşlı analara baxıb. Utanıram Azərbaycan əsgəri. "Haqqınızı halal edin" deməyə utanıram. Sizin bizə miras qoyub getdiyiniz, uğrunda canınızdan keçdiyiniz bu ölkəni kirlətdiyimiz üçün utanıram. Min bir ağrı ilə verdiyiniz o canınıza sadəcə "Allah rəhmət eləsin" deməkdən başqa bir şeyi bacarmadığım üçün utanıram

Amma yenə də "Haqqınızı halal edin" şəhidlərimiz və ən önəmlisi "Haqqınızı halal edin" şəhid anaları. Biz sizin haqqınızı ödəyə bilmədik, ödəyə bilmərik. Məkanınız cənnət olsun🤲🏻🥀
Müdafiə Nazirliyinin paylaşımı:

İrəli.. İrəli.. Yalnız İrəli.. Azərbaycan Əsgəri!
🇦🇿
🇦🇿🖤77 şəhidin təvəllüdlər üzrə sıralaması:

2004 - 2 Şəhid  🇦🇿
2003 - 15 Şəhid 🇦🇿
2002 - 7 Şəhid 🇦🇿
2001 - 4 Şəhid 🇦🇿
2000 - 4 Şəhid 🇦🇿
1999 - 5 Şəhid 🇦🇿
1998 - 6 Şəhid 🇦🇿
1997 - 4 Şəhid 🇦🇿
1996 - 8 Şəhid 🇦🇿
1995 - 1 Şəhid 🇦🇿
1994 - 5 Şəhid🇦🇿
1993 - 5 Şəhid🇦🇿
1992 - 1 Şəhid 🇦🇿
1991 - 2 Şəhid 🇦🇿
1990 - 3 Şəhid 🇦🇿
1989 - 1 Şəhid 🇦🇿
1988 - 2 Şəhid 🇦🇿
1987 - 1 Şəhid 🇦🇿
1985 - 1 Şəhid
Ən böyük əsgər - bizim əsgər!🇦🇿
"Uşaq evindən çıxandan sonra iş tapana qədər parkda gecələyirdik, çünki kirayə haqqını ödəyə bilmirdik. O zaman restoranların bağlanmasına baxmayaraq Məhərrəmlik ayından xoşumuz gəlirdi. Ofisiant işləyə bilməsək də qarnımızı məscidlərdə verilən ehsanlarla doyuzdururduq. Biz belə böyümüşük". 😔🥀

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov.
Vətən kasıblarındır😊🇦🇿🖤
Forwarded from Şəhid İzi ()
This media is not supported in your browser
VIEW IN TELEGRAM
2 ildən sonra qovuşan XTQ Qəhrəmanları,əsl dostlar💔
Vətən müharibəsi şəhidimiz Fuad Tağıyev və təxribat nəticəsində Şəhid olan Vadim Qocayev..
Vadim Qocayevin atası övladının xəbərini eşidəndə ürək tutmasından dünyasını dəyişib.
Haqqınızı halal edin 😞🥀
🇦🇿Son təxribatlar zamanı yaralanan XTQ mənsubu, Əfsanə Taborun güclü döyüşçülərindən biri gizir Qurbanov Yusif bugün müalicə aldığı hospitalda Şəhadətə yüksəldi.

Yusif ağır yaralı idi, təəssüf ki həkimlər həyatını xilas edə bilmədi. Əslən Goranboy rayonundandır, sabah uğrunda canını, qanını əsirgəmədiyi Vətən torpağına tapşırılacaq.

Ruhun şad olsun qardaş....🥀
Əsgərə səngərdi hər dağın, Vətən,
Dövlət bayrağıdı torpağın, Vətən!
🇦🇿
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir gün cənnətdə görüşmək ümidi ilə🥺❤️
Şəhid Qardaşlarımla birlikdə xoşbəxtsən Əli'can...


#ŞəhidƏliSeyidov
2024/11/20 11:24:43
Back to Top
HTML Embed Code: