Telegram Web Link
Forwarded from Şəhadət Yolu
Sizmi Şəhadətə daha çox yaraşdınız? Şəhadətmi sizə daha çox yaraşdı?🥺🤍
#DİQQƏT

Tiktok sosial şəbəkəsində hərbçi və ya qeyri-hərbçi olan şəxslər tərəfindən guya Azərbaycan ordusunun yerdəyişməsi, cəmləşmə rayonlarına kalonlar vasitəsilə hərəkətini əks etdirən, əslində isə təlimlər və Vətən müharibəsinə aid kadrlardan ibarət videolar yeniymiş kimi daxil edilir. Nəzərinizə çatdırıram ki, Azərbaycan ordusunda heç bir yerdəyişmə yoxdur, belə dezinformasiya yayan şəxs və ya şəxslərlə birgə mübarizə aparmalı, onların reytinq, baxış və ya bəyəni naminə həyata keçirdiyi belə lazımsız fəaliyyətlərini ifşa etməliyik! Təkrar edirəm, Ordu reyting ünvanı deyil, heç kim, hətta müharibə iştirakçısı olub, ehtiyata buraxılan şəxslərin də haqqı yoxdur ki, Ordu adına öz şəxsi mənafeyi üçün əsassız informasiyalar yaysın! Ətrafınızda belə şəxslər varsa onlara xəbərdarlıq edin belə əməllərdən çəkinsinlər!
🥀🇦🇿 13 hərbi qulluqçumuz 2014-cü ildə iyulun 31-dən avqustun 1-ə keçən gecə Ağdam və Tərtər rayonları ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində toqquşma baş verməsi nəticəsində şəhid olmuşdur.

Buna səbəb Ermənistanın kəşfiyyat-təxribat qruplarının təmas xəttini keçməyə cəhd göstərməsi olub.

3 gün ərzində davam edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbi qulluqçusu həlak olub. Bu, 12 may 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra təmas xəttində baş vermiş ən irimiqyaslı toqquşmalardan biridir.

Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
🇦🇿♥️😊

Bu paylaşım özəldir. Çünki bu paylaşımı vaxtı ilə Şəhid Əli Seyidov özü paylaşmışdır. Bəli özünün də o məşhur kəlməsi olaraq dediyi "Vətən adlı xəstəliyim, Allah şəfa verməsin🖤"

Ruhun şad olsun, Seyid Yırtıcı🇦🇿🖤
Forwarded from Şəhadət Yolu
"Üstümə gülləri çox qoyarsınız..."💔

Şəhid Elşən Dəmirli
Forwarded from Şəhadət Yolu
"Əsgərliyimi qurtarım gəlim, hər şey yaxşı olacaq. Oda qurtara bilsəm..."💔

Şəhid Əli Mehdizadə
Forwarded from 🇦🇿Şəhidlər Ölməz! Vətən bölünməz! (Mustafayeva Aydan)
🇦🇿 Cənnətdəki doğum gününüz mübarək nur üzlü Şəhidlərimiz
2025/02/25 09:58:55
Back to Top
HTML Embed Code: