Telegram Web Link
Aus ibn Aus əs-Səqafi (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Kim cümə günü yaxşıca yuyunaraq qüsl edər (yaxud, cənabət qüslu alar) tezdən (məscidə) miniksiz yeriyərək gedər (xütbədən) öncə çatar, imama yaxın oturub onu sakitcə dinləyərsə, evindən məscidə qədər atdığı hər bir addıma görə ona bir illik oruc və bir illik gecə namazı savabı yazılar.”

📚 Əbu Davud 345. Tirmizi 496. Albani, sahihul cami 6405. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِٱلۡحَقِّ لَمَّا جَاۤءَهُۥۤۚ أَلَیۡسَ فِی جَهَنَّمَ مَثۡوࣰى لِّلۡكَـٰفِرِینَ
Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?

سورة العنكبوت ٦٨
Əl-Ənkəbut 68.
🌟Əbu Məsud əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim gecə bəqərə surəsinin son iki ayəsini oxuyarsa ona kifayət edər.”

📚Buxari 5008. Muslim 808.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazandan sonra ən fəzilətli oruc Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur. Fərz namazından sonra ən fəzilətli namaz isə gecə namazıdır.”

📚Muslim 1163. Tirmizi 438. Nəsai 1612.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) çiyinlərimdən tutaraq belə buyurdu:

“Dünyada bir qərib, yaxud yoldan keçən kimi ol.”
İbn Ömər deyərdi: “Axşama çıxdığın zaman səhəri gözləmə, səhərə çıxdığın zaman axşamı gözləmə. Səhhətindən xəstəliyin, həyatından ölümün üçün hazırlıq gör.”

📚Buxari 6416. Tirmizi 2333. İbn Macə 4114.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) belə rəvayət edir:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Mədinəyə gəldikdə yahudilərin aşura günü oruc tutduqlarını görüb soruşdu: Bu oruc tutduğunuz gün nədir? Onlar dedilər: Bu əzəmətli bir gündür! Allah bu gündə Musanı və qövmünü xilas etmiş, Fironu və qövmünü batırmışdır. Musa da bu günü Allaha şükür olaraq oruc tutmuşdur, biz də bu gündə oruc tuturuq. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dedi: “Biz Musaya sizdən daha haqlı və daha yaxınıq.” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu günü oruc tutdu və bunu əmr etdi”.

📚Buxari 2004. Muslim 1130.



https://www.tg-me.com/DIN_NESIHETDIR
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
🌟Əbu Qatədə (radiyallahu anhu) rəvayət edir ki, bir kişi Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdu:

“Ey Allahın Rəsulu! Bir kişi aşura orucunu tutarsa onun savabı nədir?” O belə buyurdu: “Bu bir il oruca bərabərdir.”

📚İbn Hibban 3631. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum və rahmətullahi və bərakətuh.

15 İyul məhərrəm ayının 9 günüdür (təəsua). 16 İyul isə məhərrəm ayının 10 günüdür (aşura). Bu günlərdə oruc tutmaq sünnədir!
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) belə rəvayət edir:

“Allah Rəsulu (salləllahu aleyhi və səlləm) aşura günü oruc tutub, insanlara da bunu əmr edəndə dedilər: “Ey Allahın Rəsulu! Bu, yəhudi və nəsranilərin əzəmətləşdirdiyi gündür.” Allah Rəsulu (salləllahu aleyhi və səlləm) dedi: “İnşəAllah gələn il olsa, doqquzuncu günü oruc tutarıq”. Lakin gələn il gəlmədən Allah Rəsulu (salləllahu aleyhi və səlləm) vəfat etdi.”

📚Muslim 1134. Əbu Davud 2445.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Qatədə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Aşura gününün orucu Allahdan gözləyirəm ki, keçən bir ilin günahlarına kəffarə olsun.”

📚Muslim 1162. Tirmizi 752. İbn Macə 1424.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Huzeyfə ibnul Yəmən (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Allahın razılığını qazanmaq üçün Lə iləhə illəllah desə son sözü bununla bitərsə, Cənnətə girər. Kim Allahın razılığını qazanmaq üçün oruc tutsa son əməli bununla bitərsə, Cənnətə girər. Kim Allahın razılığını qazanmaq üçün sədəqə versə son əməli bununla bitərsə, Cənnətə girər.”

📚Əhməd 22813. Albani, səhih tərğib 985. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Təqvanın səmərəsi

(وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا)
(وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ)
(وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا)
(وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا)

Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu göstərər
və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər.
Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.
Kim Allahdan qorxarsa, Allah onun günahlarından keçər və onun mükafatını artırar.

[سورة الطلاق ٢-٣-٤-٥]
ət-Talaq 2-3-4-5.
🌟Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu:

“Mömin kimsə tənə edən, lənət edən, əxlaqsız söz danışan və həyasız biri deyildir.”

📚Əhməd 3948. Tirmizi 1977. Albani, silsilə sahiha 320. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

İyul ayının 19-20-21. Məhərrəm ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
🌟Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim bir mömini dünya sıxıntılarından birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının bir sıxıntısından qurtarar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah da onun dünya və axirət işini asanlaşdırar. Kim müsəlmanın eybini örtərsə, Allah da onu dünya və axirətdə eybini örtər. Qul qardaşının köməyində olduğu müddətcə, Allah da o qulun köməyində olar. Kim elm öyrənmək üçün yola çıxarsa, Allah onun Cənnətə gedən yolunu asanlaşdırar. Bir qövm, Allahın evlərindən birinə toplaşıb Allahın kitabını oxuyurlar və öz aralarında onu öyrənərlərsə, mütləq onların üzərinə sükunət enər, rəhmət onları bürüyər, mələklər onları əhatəyə alar və Allah onları Öz dərhagahındakıların yanında xatırlayar. Kimin əməli onu gecikdirərsə, nəsli onu tələsdirməz.”

📚Əhməd 7427. Muslim 2699.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ)

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.

[سورة آل عمران 134]
Ali İmran 134.
(يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ)
Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahın əzabından qorunasınız.

[سورة البقرة 21]
əl-Bəqərə 21.
وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِمَا كَسَبُوا مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِنْ دَابَّةٍ وَلَٰكِنْ يُؤَخِّرُهُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ فَإِنَّ اللَّهَ كَانَ بِعِبَادِهِ بَصِيرًا

Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür.

سورة فاطر 45
Fatir 45.
یَـٰۤأَیُّهَا ٱلَّذِینَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَلۡتَنظُرۡ نَفۡسࣱ مَّا قَدَّمَتۡ لِغَدࣲۖ وَٱتَّقُوا۟ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ خَبِیرُۢ بِمَا تَعۡمَلُونَ

Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.

سورة الحشر ١٨
Əl-Həşr 18.
2024/09/29 06:29:54
Back to Top
HTML Embed Code: