Telegram Web Link
Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dua edərdi:

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ»

((Allahummə inni əuzu bikə min zəvali nimətikə, va təhavvuli afiyətikə, va fucaəti niqmətikə, va cəmi'i səxatikə.))

“Allahım! Mənə verdiyin nemətin qurtarmasından, verdiyin sağlamlığın dəyişməsindən, əzabın qəfil gəlməsindən və Səni qəzəbləndirəcək hər şeydən Sənə sığınıram.”

📚Muslim 2739. Əbu Davud 1545. Nəsai, sünənul kubra 7900.


https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazanda edilən ümrə həccə bərabərdir.”¹

“Ramazanda edilən ümrə mənimlə edilən həccə bərabərdir.”²

📚¹Buxari 1782. ²Muslim 1256.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həcc və Ümrəni davamlı edin! Çünki od, dəmirin, qızılın və gümüşün pasını apardığı kimi, onlar da, kasıblığı və günahları aparırlar. Həqiqətən, günah işləmədən yerinə yetirilən həccin savabı isə Cənnətdir.”

📚Əhməd 3669. Tirmizi 810. Nəsai 2630. Albani, sahihul cami 2900. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və asi cinlər zəncirlənir, Cəhənnəmin qapıları bağlanaraq bir qapısı belə açıq qalmır, Cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Bir çağrışçı belə deyər: Ey xeyir istəyən kimsə! Qəbul et! Ey şərr istəyən kimsə! Geri çəkil! Hər gecə Allahın cəhənnəmdən azad etdiyi kimsələr vardır.”

📚Tirmizi 682. İbn Macə 1339. Albani, sahihul cami 759. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Hafsa bint Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim oruca gecədən niyyət etmirsə onun orucu yoxdur.”¹

“Fəcrdən əvvəl oruc tutmağa niyyət etməyənin orucu yoxdur.”²

📚¹Əbu Davud 914. ²Tirmizi 730. Albani, sahihul cami ¹6535, ²6538. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌙SABAH İNŞƏALLAH 1 RAMAZAN

Əziz Müsəlmanlar!

Bu gecə ilk Təravih namazı qılınacaq.
Sabah isə Ramazanın ilk gününün orucudur.
Ramazan ayınız mübarək olsun!!!
🌟Talhə ibn Ubeydullah (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) hilalı (təzə ay) görəndə belə deyərdi:

“Allah ən böyükdür! Allahım! Onu əmin-amanlıqla, imanla, salamatlıqla, islamla və ey Rəbbimiz, sevdiyin və razı qaldığın işlərə müvəffəqiyyət verməklə başımız üzərinə çıxart! (Ey hilal) Bizim də Rəbbimiz, sənin də Rəbbin Allahdır!”

📚Tirmizi 3451. Darmi 1730. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Səhur yeməyində bərəkət var. Sizdən biri bir qurtum su içməklə olsa belə, onu tərk etməsin. Çünki Allah və mələkləri səhur yeməyi yeyənlərə dua edirlər.”

📚Əhməd 11396. Albani, sahihul cami 3683. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Zeyd ibn Xalid (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim bir orucluya iftar verərsə, oruclu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz.”

📚Tirmizi 807. İbn Macə 1428. İbn Hibban 3429. Albani, sahihul cami 6415. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) İftar edərkən belə deyərdi:

«ذَهَبَ الظَّمَأُ، وَابْتَلَّتِ الْعُرُوقُ، وَثَبَتَ الْأَجْرُ إِنْ شَاءَ اللّه»

"Zəhəbəz-zaməu, vabtəllətil uruq, va səbətəl əcru in şəə Allah"

[Susuzluq getdi və damarlar islandı. Allah istəsə, savab yazıldı.]

📚Əbu Davud 2357. Albani, sahihul cami 4678. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Kim (oruclu olarkən) ədəbsiz danışmağı və yalanı tərk etməzsə, onun yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur.”

📚Tabərani, mucamus-sağir 472. Albani, səhih tərğib 1080. ((həsən liğeyrihi)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Uca Allah Ramazanın hər gündüzü və gecəsində bir qrup insanı cəhənnəmdən azad edir. Həqiqətən, Ramazanın hər gündüzü və gecəsində hər bir müsəlmanın qəbul olunası bir duası var.”

📚Əhməd 7450. Bəzzar 962. Albani, səhihut tərğib 1002. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Nə qədər ki, insanlar iftarı tezləşdirərlər din zahir olacaqdır. Çünki yəhudilər və xristiyanlar gecikdirirlər.”

📚Əbu Davud 2353. Albani, sahihul cami 7689. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Üç insanın duası cavabsız qalmaz: Ədalətli başçının duası, iftar edənə qədər oruclunun duası, və məzlumun duası. Onun duası buludların üstünə yüksəlir, səmanın qapıları onun üçün açılır, İzzət və Cəlal sahibi Rəbb belə deyir: İzzətimə and olsun ki, sənə kömək edəcəyəm.”

📚Tirmizi 2526. İbn Hibban 7387. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Forwarded from SƏLƏFİN ƏXLAQI
ramazanda-sehvler.pdf
10.2 MB
Ramazanda pis vərdişlər (pdf).
🌟Ənəs (radiyallahu anhu) belə rəvayət edir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) (oruclu olarkən) namazı (məğribi) qılmadan öncə bir neçə yaş xurma ilə orucunu açardı. Əgər yaş xurma olmasaydı onda adi xurma ilə iftar edərdi. Əgər xurma da olmasaydı o zaman bir neçə qurtum su ilə iftar edərdi.”

📚Əbu Davud 2356. Tirmizi 696. Albani, silsilə sahiha 2840. ((həsən səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbnul Qeyyim (rahiməhullah) buyurur:

“Ən yaxşı oruc tutanlar, oruc olduqları zaman Allahı ən çox zikr edənlərdir.”

📚əl-Vabilus-Seyyib 153.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Oruc tutmaq təkcə yemək və içməyi təkr etməklə olmur. Həqiqətən, oruc tutmaq həm də boş-boş danışmağı və söyüş söyməyi tərk etməklə olur. Əgər biri səni söyərsə və ya sənə qarşı cahillik edərsə, de: Həqiqətən, mən orucam. Həqiqətən, mən orucam.”

📚İbn Xuzeymə 1996. İbn Hibban 3479. Hakim 1570. Albani, səhih tərğib 1082. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Oruclu misvakdan istifadə edə bilərmi?

🔺İstər ramazan orucu olsun istərsə də nafilə orucu, oruclu halda misvakdan istifadə etmək orucu pozmur nə də savabını azaltmır.

🔺Misvakdan hər hansı bir vaxtda istifadə etmək sünnədir.

🔹Aişə (radiyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Misvakdan istifadə etmək ağzın təmiz qalmasına və Rəbbin razı olmasına səbəbdir.”

📚Nəsəi 5. Albani səhih demişdir.

Hədisdə keçən bu cümlə "Rəbbin razı olmasına səbəbdir." Yəni nə vaxt misvakdan istifadə etsən Rəbbin səndən razı qalar. Rəbbimizin razılığını qazanmaq daima lazımdır.

🔹Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

"Əgər ümmətimə çətin olmasaydı, hər dəstəmazda mivakdan istifadə etməyi əmr edərdim."

📚İbn Xezeymə 140. Albani, sahihul cəmi 5317. ((səhih)).

🔹Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Əgər ümmətimə çətim olmasaydı, hər namazdan əvvəl misvakdan istifadə etməyi əmr edərdim."

📚Buxari 887. Muslim 252.

Hər hansı bir vaxt misvakdan istifadə etmək sünnədir. Amma bəzi vaxtlarda misvakdan istifadə etmək təkid olunan sünnədir. Yuxarıda keçən hər iki hədis dəlildir ki, hər dəstəmazda və hər namazdan əvvəl misvakdan istifadə etmək lazımdır (təkid olunan sünnədir). Burda heç bir istisna gəlməyib ki, orucluya olmaz deyə, əksinə hədis dəlildir ki, ümumən icazəlidir, və qadağan edən heç bir "səhih" dəlildə yoxdur. (oruclu oldun olmadın) dəstəmaz alanda və ya namazdan əvvəl misvakdan istifadə et.

💫İmam Buxari (rahiməhuallah) öz səhih kitabında, oruc kitabının 27-ci fəslinin ünvanında isnadsız (qoyduğu şərtə uyğun olmadığına görə hədisi isnadsız bir başa fəsilə başlıq olaraq yazmışdır) bir hədis zikr etmişdir:

🌟Amir ibn Rəbia (radiyallahu anhu) rəvayət edir ki:
“Mən dəfələrlə Allah Rəsulunun (sallallahu aleyhi və səlləm), oruclu ikən misvakdan istifadə etdiyini görmüşəm.”

📚Buxari, Sovm: 27 fəsilə başlıq kimi yazmışdır. Əbu Davud 2364. Tirmizi 725.

Bu hədisin hökmü elm əhli arasında ixtilafdır. Şeyx Albani "zəif" demişdir. İbn Həcər "həsən" demişdir. Əbu Davud bu hədisi isnadla rəvayət edib "susmuşdur". Tirmizidə bu hədisi isnadla rəvayət edib "həsən" demişdir.

❗️Qeyd: Misvakdan qopanı udmaq olmaz. Kim unudub udarsa orucu pozulmaz.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Amr ibn Murra əl-Cuhəni (radiyallahu anhu) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi:

“Ey Allahın Rəsulu! De görüm, əgər mən, Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və həqiqətən, sənin Allahın Rəsulu olduğuna şəhadət gətirsəm, beş namazı qılsam, zəkatı versəm, ramazan orucunu tutsam və gecələrini (təravih) namaz qılsam, mən kimlərdən sayılaram? Peyğəmbər dedi: “Siddiqlərdən və Şəhidlərdən.”

📚İbn Xuzeymə 2212. İbn Hibban 3492. Albani, səhih tərğib 1003. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/07/01 04:39:09
Back to Top
HTML Embed Code: