Telegram Web Link
Əssələmu aleykum va rahmətullahi va bərakətuh

Şəvval ayının bitməsinə 6 gün qalıb, unudub və ya məşğul olub tutmayanlar, bu fürsəti əldən verməmək üçün sabahdan başlayıb tutsunlar!
🌟Əbu Əzinə Əs-Sadəfi (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Qadınlarını­zın ən xeyirlisi – ərini sevən, ondan dünyaya çoxlu uşaq gətirən, ona gözəl tərzdə təsəlli verən və Allahdan qorxan qadındır. Onların ən pisi isə açıq-saçıq geyinəni və özünü dartanıdır. Onlar münafiqdirlər. Belələrindən ancaq alaqar­ğa kimi olanları (yəni onların çox azı) Cənnətə girər.”

📚Beyhəqi sünənul kubra 13478. Albani silsilətus sahiha 1849. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Kim cümə günü kəhf surəsini oxuyarsa, iki cümə arasi onun üçün nur olar.”

📚Hakim 3392. Beyhəqi, sünənus-suğra 606. Albani, sahihul cami 6470. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🔹 *EY SALEHƏ QADIN DÜŞÜN BUNU*🔹

Peyğəmbər _salləllahu aleyhi və səlləm_ buyurmuşdur:

*" _(Qadın)_ evindən bayıra çıxarsa, şeytan onu yoldan çıxarmaq üçün ona göz qoyar.*
*Qadının Rəbbinə ən yaxın olan yeri evinin içidir”*

📕 _(Səhih İbn Xuzeymə,_ _1685; Səhih İbn Hibban,_ _5598; Musənnəf İbn Əbu Şeybə, 7698;_ _Silsilətul-Əhadisis-Səhihə, 2688)._

Demək, qadın evdən çıxdığı vaxt, Allaha olan ən yaxın yerdən özünü uzaqlaşdırar.
Ey salehə qadın bu hədisi dərin-dərin düşün və dünyada məqsədinin nə olduğunu dərk eləməyə çalış. Allaha yaxınlaşmaq üçün bu fürsəti əldən vermə. Sadəcə evində otur. Nəfsinə ağır olsa da evdə qərar tutmağı bacar.
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

İyun ayının 2-3-4. Zul-qadə ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
(وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ)

Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir.

[سورة البقرة 45]
əl-Bəqərə 45.
🌟Əbu Zərr əl-Ğifəri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Harda olursan ol, Allahdan qorx. Pis işin ardınca yaxşı əməl gör ki, onu silib aparsın. Və insanlarla gözəl əxlaqla davran.”

📚Tirmizi 1987. Darimi 2833. Albani, sahihul cami 97. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İki nemət vardır ki, insanların çoxu onları layiqincə dəyərləndirmir: Sağlamlıq və boş vaxt.”

📚Buxari 6412. Tirmizi 2304.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Cümə günü edilən əməllər.

1. Çimmək.
2. Gözəl geyinmək.
3. Ətirlənmək.
4. Misvak istifadə etmək.
5. Peyğəmbərə çoxlu salavat gətirmək.
6. Kəfh surəsini oxumaq.
7. Məscidə erkən getmək.
8. İmama yaxın oturmaq.
9. İmam xütbə verərkən üzü ona tərəf çevirmək.
10. Xütbəni diqqətlə dinləmək.
11. Cümə namazını qılmaq.
12. Dua etmək.

Daha ətraflı dəlilləriylə aşağıdakı linkdən girib oxuya bilərsiz.
http://senxatirlat.com/cume-gunu-edilen-emeller/


https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Beş şey gəlmədən əvvəl beş şeyin qədirini bil: qocalığından əvvəl gəncliyinin, xəstəliyindən əvvəl sağlamlığının, kasıblığından əvvəl zənginliyinin, məşğuliyyətindən əvvəl boş vaxtının və ölümündən əvvəl hayatının!”

📚Hakim 7846. Beyhəqi, şuabul iman 10248. Albani, sahihut tərğib 3355. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) çiyinlərimdən tutaraq belə buyurdu:

“Dünyada bir qərib, yaxud yoldan keçən kimi ol.”
İbn Ömər deyərdi: “Axşama çıxdığın zaman səhəri gözləmə, səhərə çıxdığın zaman axşamı gözləmə. Səhhətindən xəstəliyin, həyatından ölümün üçün hazırlıq gör.”

📚Buxari 6416. Tirmizi 2333. İbn Macə 4114.



https://www.tg-me.com/DIN_NESIHETDIR
QURBAN ƏTİ-YEYİLƏN DÖRD-AYAQLI EV HEYVANLARINDAN KƏSİLİR.

1) 🐫 Dəvə=5 illik və ya yuxarı ola bilər.

2) 🐂 İnək=2 illik və ya yuxarı ola bilər.

3) 🐏 Qoyun=6 aylıq və yuxarı ola bilər.

4) 🐐 Keçi=1 illik və yuxarı ola bilər.


https://www.tg-me.com/DIN_NESIHETDIR
🚩MÜJDƏ

📍Unutmayaq ki, Zulhiccənin ilk on günündəyik!

Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Elə bir təhlil (Lə iləhə illəllah) deyən yoxdur ki, müjdələnməsin, və elə bir təkbir (Allahu əkbər) deyən yoxdur ki, müjdələnməsin”. Soruşdular; Ey Allahın Rəsulu! Cənnətnənmi? O buyurdu: “Bəli”.

📚Tabərani, mucəmul-əvsat 7779. Albani, silsilə sahiha 1621. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Bəra ibn Azib (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Axsaqlığı aşkar bilinən axsaq, taygözlüyü aşkar bilinən taygöz, xəstəliyi aşkar bilinən xəstə və ayağı sınıq hansı ki, sümüyündə ilik olmayan (heyvanlardan) Qurban kəsilməz.”

📚Tirmizi 1497. İbn Hibban 5919. Albani, sahihul cami 886. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Mixnəf ibn Suleym (radiyallahu anhu) rəvayət edir ki, biz Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ilə birlikdə Ərafada durmuşduq. O belə buyurdu:

“Ey insanlar! Həqiqətən, hər bir ailəyə hər il bir qurban kəsmək vacib olur.”

📚Əbu Davud 2788. Tirmizi 1518. Albani həsən demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbn Həcər (rahiməhullah) buyurmuşdur:

“Zulhiccənin ilk on günündə olan cümə günü, digər cümə günlərindən daha fəzilətlidir. Bu da, iki fəzilətin eyni vaxta cəm olduğuna görədir.”

📚Fəthul-Bari 2/460.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim qurbanlığının dərisini satarsa, onun qurbanı yoxdur.”

📚Hakim 3520. Albani, sahihul cami 6118. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Bəra ibn Azib (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Hər kim (bayram) namazından qabaq qurban kəsmişsə, bu ailəsi üçün kəsdiyi ət sayılır və qurbanlıqdan onun heç bir payı yoxdur.”

📚Buxari 5560. Muslim 1961.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Qatədə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Allahdan gözləyirəm ki, ərafa gününün orucu özündən bir il qabaq və bir il sonrakı günahlara kəffarədir.”

📚Muslim 1162. Tirmizi 749. İbn Macə 1416.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Sabah iyunun 27 ərafa günüdür. Ərafa günü oruc tutmaq sünnədir.
2024/10/02 06:31:49
Back to Top
HTML Embed Code: