Telegram Web Link
Əbu Uməmə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Gecə namazı qılın! Həqiqətən o, sizdən öncəki salehlərin adətidir. Gecə namazı Rəbbinizə yaxınlıq, günahlara kəffarə və günahlardan uzaqlaşdıran bir vasitədir.”

📚Tirmizi 3549. İbn Xuzeymə 1135. Albani, səhih tərğib 624. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ)

İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz danışan kim ola bilər?!

[سورة فصلت 33]
Fussilət 33.
*Cümə günü edilən əməllər.*

1. Çimmək.
2. Gözəl geyinmək.
3. Ətirlənmək.
4. Misvak istifadə etmək.
5. Peyğəmbərə çoxlu salavat gətirmək.
6. Kəfh surəsini oxumaq.
7. Məscidə erkən getmək.
8. İmama yaxın oturmaq.
9. İmam xütbə verərkən üzü ona tərəf çevirmək.
10. Xütbəni diqqətlə dinləmək.
11. Cümə namazını qılmaq.
12. Dua etmək.

Daha ətraflı dəlilləriylə aşağıdakı linkdən girib oxuya bilərsiz.
http://senxatirlat.com/cume-gunu-edilen-emeller/


https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ۚ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ)

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə düşmənçilik edən kimsə sanki yaxın bir dost olar.

[سورة فصلت 34]
Fussilət 34.
(التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدُونَ الْآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنْكَرِ وَالْحَافِظُونَ لِحُدُودِ اللَّهِ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ)

Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan belə möminləri (Cənnətlə) müjdələ.

[سورة التوبة 112]
ət-Tövbə 112
(وَأَنِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُمَتِّعْكُمْ مَتَاعًا حَسَنًا إِلَىٰ أَجَلٍ مُسَمًّى وَيُؤْتِ كُلَّ ذِي فَضْلٍ فَضْلَهُ ۖ وَإِنْ تَوَلَّوْا فَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ كَبِيرٍ)

Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram.

[سورة هود 3]
Hud 3.
🌟Əlqamə (rahiməhullah) belə rəvayət edir:

“Mən, Abdullah ibn Məsud (radiyallahu anhu) ilə birlikdə cüməyə getdim. Ondan əvvəl getmiş olan üç nəfəri (məsciddə) gördükdə, dedi: “Mən dörd nəfərin dördüncüsüyəm. Dördüncü də uzaq deyil. Həqiqətən mən, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişəm: “Həqiqətən, insanlar cümələrə birinci, ikinci və üçüncü olaraq erkən gediş sırasına görə Qiyamət günü Allaha yaxın məqam sahibi olacaqlar.”

📚İbn Macə 1094. Tabərani, mucamul kəbir 1013. Beyhəqi, şuabul iman 2995. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Qulun: “Allahım! Səndən dünya və axirətdə afiyət istəyirəm” — duasından daha fəzilətli, edəcək heç bir dua yoxdur.”

📚İbn Macə 3851. Albani, sahihul cami 5703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Ömər (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Kim özünü bir qövmə oxşadarsa, o da onlardandır”.

📚Əhməd 5667. Əbu Davud 4031. Albani, sahihul cami 6149. ((həsən səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Amir ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Qışda oruc tutmaq gözəl bir qənimətdir.”

📚Əhməd 18959. Tirmizi 797. Albani səhih demişdir.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim subhənəllah, vəlhəmdulilləh, və lə iləhə illəllah, vallahu əkbər deyərsə, hər bir kəliməyə görə onun üçün Cənnətdə bir ağac əkilər.”

📚Tabərani, mucamul ovsat 8475. Albani, sahihut tərğib 1552. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Birinci və Dördüncü günlər oruc tutmağın fəziləti.


🌟Aişə (radiyallahu anhə) buyurur:

“Allah Rəsulu (sallallahu aleyhi va səlləm) Bazar ertəsi və cümə axşamı günləri oruc tutmağa çox diqqət göstərərdi.”

📚Nəsai 2360. Albani, sahih tərğib 1044. ((səhih)).

🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Əməllər bazar ertəsi və cümə axşamı günləri (Allaha) ərz olunur. Mən oruclu olduğum halda əməlimin ərz olunmasını istəyirəm.”

📚Tirmizi 747. Albani, sahihul cami 2959. ((səhih)).

🌟Usamə ibn Zeyd (radiyallahu anhu) rəvayət edir ki, Allahın Peyğəmbəri (sallallahu aleyhi və səlləm) bazar ertəsi və cümə axşamı oruc tutardı. Bu barədə soruşuldu. O belə buyurdu:

“Həqiqətən, bəndələrin əməlləri bazar ertəsi və cümə axşamı günləri (Allaha) ərz olunur.”

📚Əbu Davud 2436. Albani, sahihul cami 1570. ((səhih)).


https://www.tg-me.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Yanvar ayının 6-7-8. Cumədəl-Axir ayının 13-14-15 günlərində oruc tutmaq müstəhəbdir.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim gözəl dəstəmaz alıb sonra cüməyə gələr, susar və (xütbəni) dinlərsə, növbəti cümə gününədək və əlavə üç gün onun günahları bağışlanar. Kim də (yerdə olan) çınqıl daşlara toxunarsa, artıq pis hərəkət etmiş sayılar.”

📚Muslim 857. Əbu Davud 1050.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ)

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.

[سورة النحل 90]
ən-Nəhl 90.
🕸Qəlblərimiz niyə ölüb?🕸

İbrahim bin Ədhəm, bazardan keçən zaman, insanlar onun başına toplaşıb dedilər: Bizə nə olub ki, dua edirik qəbul olunmur? İbrahim bin Ədhəm dedi: Çünki sizin qəlbləriniz on səbəbə görə ölmüşdür:
1. Allahı tanıdız, haqqını vermədiz.
2. İddia etdiz ki, Allah Rəsulunu (sallallahu aleyhi və səlləm) sevirsiz, amma sünnəsini tərk etdiz.
3. Quranı oxuduz, ona əməl etmədiz.
4. Allahın nemətlərindən yediz, ona layiqincə şükr etmədiz.
5. Şeytan düşmənimizdir dediz, amma onun ardınca getdiz.
6. Cənnət haqdır dediz, onun üçün əməl etmədiz.
7. Cəhənnəm haqdır dediz, ondan ibrət almadız.
8. Ölüm haqdır dediz, ona hazırlaşmadız.
9. Yuxudan durub insanların eyibləri ilə məşğul olduz, öz eyiblərinizi unutduz.
10. Ölülərinizi basdırdız ondan ibrət almadız.

📚Cəmiu Bəyənil-İlm və Fadlih (2/12).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Cümə günü imam xütbə verərkən öz yoldaşına "Sus" desən, artıq pis hərəkət etmiş sayılarsan.”

📚Buxari 934. Muslim 851.



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ۚ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ ۗ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onun əvəzini Allahın yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür.

سورة البقرة 110
Əl-Bəqərə 110.
2024/11/20 03:42:02
Back to Top
HTML Embed Code: