Telegram Web Link
🌟Nomən ibn Bəşir (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Sən möminlərin bir-birilərinə mərhəmət göstərməkdə, bir-birilərini sevməkdə və bir-birilərinə can yandırmaqda bir bədən kimi olduğunu görürsən. Belə ki, (bədənin) bir əzasına xəstəlik üz verdikdə bütün bədən yuxusuzluqdan və qızdırmadan əziyyət çəkir.”

📚Buxari 6011. Muslim 2586.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Dərda (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim (müsəlman) qardaşının şərəfini müdafiə edərsə, Allah Qiyamət günü onun üzünü atəşdən qoruyar.”

📚Tirmizi 1931. Albani, sahihul cami 6262.



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ

Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona urcah edərik və o da ona yoldaş olar.

[سورة الزخرف 36]
əz-Zuxruf 36.
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həlakedici yeddi günahdan çəkinin! Soruşdular: “Ey Allahın Rəsulu, onlar hansılardır?” Peyğəmbər buyurdu: “Allaha şərik qoşmaq, sehirbazlıq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, yetimin malını yemək, sələm yemək, döyüş meydanından qaçmaq, və (zinadan) xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək.”

📚Buxari 2766. Muslim 89.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/09/29 06:22:08
Back to Top
HTML Embed Code: