Telegram Web Link
🌟Abdullah ibn Qurt (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Həqiqətən, Allah qatında günlərin ən əzəmətlisi qurban günüdür, sonra isə, “qarr” günüdür. (zulhiccənin on birinci günü)”.

📚Əbu Davud 1765. İbn Xuzeymə 2866. Albani, sahihul cami 1064. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Nubeyşə əl-Huzəli (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Təşriq günləri (zulhiccənin 11,12,13) yemək içmək və Allahı zikr etmək günləridir.”

📚Muslim 1141. Nəsai 4241.



https://www.tg-me.com/DIN_NESIHETDIR
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və ticarəti (alış-verişi) tərk edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

سورة الجمعة ٩
əl-Cümə 9.
Aus ibn Aus əs-Səqafi (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:

“Kim cümə günü yaxşıca yuyunaraq qüsl edər (yaxud, cənabət qüslu alar) tezdən (məscidə) miniksiz yeriyərək gedər (xütbədən) öncə çatar, imama yaxın oturub onu sakitcə dinləyərsə, evindən məscidə qədər atdığı hər bir addıma görə ona bir illik oruc və bir illik gecə namazı savabı yazılar.”

📚 Əbu Davud 345. Tirmizi 496. Albani, sahihul cami 6405. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِٱلۡحَقِّ لَمَّا جَاۤءَهُۥۤۚ أَلَیۡسَ فِی جَهَنَّمَ مَثۡوࣰى لِّلۡكَـٰفِرِینَ
Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?

سورة العنكبوت ٦٨
Əl-Ənkəbut 68.
2024/07/01 04:40:20
Back to Top
HTML Embed Code: