Telegram Web Link
🌟Aişə (radiyallahu anhə) belə rəvayət edir:

“(Ramazanın) axır on günü girdikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belbağını bərk-bərk bağlayardı (canla-başla ibadət etməyə ciddi hazırlıq görərdi) və gecələri həm özü ibadət edər, həm də ailəsini yuxudan oyadardı (ki, onlar da ibadət etsinlər).”

📚Buxari 2024. Muslim 1174.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Qədr gecəsini imanla və savabını (yalnız Allahdan) umaraq ibadətlə keçirərsə, onun keçmiş günahları bağışlanar.”

📚Buxari 2014. Muslim 760. Əbu Davud 1372.



https://www.tg-me.com/DIN_NESIHETDIR
   Q  ə  d  r   S  u  r  ə  s  i    

1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik.
2. Sən nə bilirsən ki, Qədr gecəsi nədir?!
3. Qədr gecəsi min aydan daha xeyirlidir!
4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işə görə yerə enərlər.
5. O gecə sübh açılanadək əmin-amanlıq olar.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Aişə (radiyallahu anhə) buyurur ki, mən dedim: Ey Allahın Rəsulu! De görüm, əgər bilsəm ki, Qədr gecəsidi onda nə deyim?! Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu: De:

اللَّهُمَّ إِنَّكَ عَفْوٌّ  تُحِّبُ الْعَفْوَ فَاعْفُ عَنِّي

Allahummə innəkə afuvvun tuhibbul afva fə'afu anni.

Allahım! Həqiqətən, sən əfv edənsən, əfv etməyi sevirsən məni əfv et!

📚Tirmizi 3513. İbn Macə 3850. Albani, sahihul cami 4423. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Qədr gecəsinin (əlamətləri) barədə belə demişdir:

“Qədr gecəsi parlaq-işıqlı (nurlu) mülayim olar, nə isti nə də soyuq olar, həmin günün səhəri günəş parlaq olmadan şüasız çıxar.”

📚İbn Xuzeymə 2192. Albani, sahihul cami 5475. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbnul Qeyyim (rahiməhullah) demişdir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) insanların ən comərdi idi. Ramazanda daha da comərd olardı, sədəqəni, xeyirxahlığı, Quran oxumağı, namazı, zikri çoxaldar və etikaf edərdi (ibadət etmək üçün məsciddə qalmaq).”

📚Zədul Məad 2/32.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Vasilə bin əl-Əsq'a (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“İbrahimin səhifələri Ramazanın birinici gecəsi nazil olub. Tövrat Ramazanın yeddinci gecəsi nazil olub. İncil Ramazanın on dördüncü gecəsi nazil olub. Zəbur Ramazanın on doqquzuncu gecəsi nazil olub. Quran isə Ramazanın iyirmi beşinci gecəsi nazil olubdur.”

📚Əhməd 16984. Tabərani, mucamul kəbir 185. Beyhəqi, şuabul iman 2053. Albani, sahihul cami 1497. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbnul Qeyyim (rahiməhullah) buyurur:

“Cümə günü həftənin tərəzisidir.
Ramazan ayı ilin tərəzisidir.
Həcc isə ömürün tərəzisidir.”

📚Zədul Məad 1/384.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Qədr gecəsi iyirmi yeddinci gecə yaxud iyirmi doqquzuncu gecədir. Həqiqətən, həmin gecədə yer üzündə mələklər, xırda daşların sayından daha çox olurlar.”

📚Əhməd 10734. İbn Xuzeymə 2194. Albani, silsilə sahiha 2205. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Ömər (radiyallahu anhumə) rəvayət edir ki:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) fitrə zəkatını bir saa (2 kq) xurma və ya arpa çıxartmağı hər bir müsəlman, qadın və kişiyə, böyük və kiçiyə, azad və qula, fərz etmiş və insanların Bayram namazına çıxmazdan əvvəl vermələrini əmr etmişdir.”

📚Buxari 1503. Muslim 984. Nəsai 2503.



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki:

“Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Fitrə zəkatını oruc tutanın pis və boş-boşuna danışdığı sözlərdən təmizlənməsi və kasıbların yeməsi üçün fərz etmişdir. Kim onu bayram namazından öncə çıxararsa zəkatdır, kim də namazdan sonra çıxararsa sədəqələrdən bir sədəqədir.”

📚Əbu Davud 1609. İbn Macə 1827. Albani, sahihul cami 3570. ((həsən)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Səid əl-Xudri (radiyallahu anhu) belə rəvayət edir:

“Biz Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) zamanında ramazan bayramında fitrə zəkatını bir saa (3 kq) yeməkdən çıxarardıq. O zaman bizim yeməyimiz arpa, kişmiş, qurut və xurma idi.”

📚 Buxari 1510. Muslim 985. Əbu Davud 1616.



https://www.tg-me.com/DIN_NESIHETDIR
📢Bayram qabağı bilinməsi zəruri olan məlumatlar:

1. Bayram namazından əvvəl çimmək və gözəl paltar geyinmək. İbn Ömər (radiyallahu anhuma) belə edərdi.

2. Bayram namazına evdən çıxmadan əvvəl tək sayda xurma yemək sünnətdir. Üç, beş və daha çox tək sayda xurma yemək olar. Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm) Fitrə bayramı günü tək sayda xurma yeməmiş çölə çıxmazmış.

3. Bayram günü sünnətdir ki, evdən bayram namazı qılınan musallaya (və ya məscidə) gedərkən və imam namazı qıldırmağa gələnə kimi təkbir gətirmək. İbn Ömər (radiyallahu anhuma) Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə etdiyini rəvayət edir.

Kişilər ucadan, qadınlar isə sakit təkbir gətirir.

”Allahu Əkbər, Allah Əkbər, Lə iləhə illəllah, Vallahu Əkbər, Allahu Əkbər, Və lilləhil həmd.”

Və ya

”Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllah, Allahu Əkbər, Allahu Əkbər, Və lilləhil həmd.”


Birlikdə xor şəkilində təkbir gətirmək bidətdir. Nə Peyğəmbər (sallallahu əleyhi və səlləm) bunu edib, nə də ki, onun səhabələri. Hər kəs təklikdə özü üçün təkbir etsin.


4. Ayaqla gəzərək bayram namazına getmək sünnətdir. Əli (radiyallahu anhu) deyib ki, bayram namazına ayaqla getmək sünnətdir.

5. Bayram namazına gedərkən bir yolla, evə qayıdarkən isə başqa yola getmək sünnətdir. Cabir (radiyallahu anhu) Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə etdiyini rəvayət edib.

6. Bayram namazından əvvəl və sonra heç bir sünnət namazı yoxdur. Namaz qılınan yerə gəlinir və heç bir sünnət namazı qılmadan imam gələnə kimi oturulur. İmam gəldikdən sonra imamla bayram namazı qılınır.

Bayram namazı günəş çıxdıqdan sonra azansız və iqaməsiz qılınır.

Bayram namazı iki rükətdən ibarətdir. Birinci rükət 7 təkbirdən, ikinci isə 5 təkbirdən ibarətdir. Bayram namazında Əla və Ğaşiyə və ya Qaf və Qamər surələrini oxumaq sünnətdir. Xütbə bayram namazından sonra verilir.

7. Qadınların bayram namazında iştirak etməsi təkid edilmiş sünnətdir.

Heyzli qadınlar da bayram namazında iştirak edə bilərlər, amma namaz qılınan yerdən (məsicddən və ya musalladan) qıraqda durmalıdırlar. Onlar zikrləri eşidər və xütbədən faydalanarlar.


8. Əgər Fitrə bayramı cümə gününə düşərsə, bayram namazı qılana  cümə namazı qılmaq vacib deyil.


9. Bayram günü insanlar bir- birilərini ''Allah bizdən və sizdən qəbul etsin'' deyərək təbrik edə bilərlər.

Təbrik edərkən əllə görüşmək və qucaqlaşmaq icazəlidir. Və həmçinin bayram münasibəti ilə hədiyyə vermək və almaq da icazəlidir.

10. Fitrə bayramı cəmi bir gündür, Qurban bayramı isə üç gün.

12. Bayram günü oruc tutmaq qadağandır.

13. Bayram günü dəf çalmaq yalnız qadınlara icazəlidir.

14. Məhz bayram günlərini xüsusiləşdirərək qəbirstanlığa ölüləri ziyarət etməyə getmək bidətdir.


📝 Məqalə əsasən Şeyx Fovzanın (hafizahullah) aşağıdakı linkdəki dərsinə əsasən tərtib edilib.

www.alfawzan.af.org.sa/node/14073



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əssələmu aleykum va rahmətullahi va bərakətuh.

Əziz müsəlmanlar sizi Ramazan bayramı münasibətilə təbrik edirəm.
Bayramınız mübarək olsun.
Allah bizdən də sizdən də qəbul etsin!
BAYRAM GÜNÜ SƏDƏQƏ VERMƏK

Əbu Səid əl-Xudri (radiyallahu anhu) belə rəvayət edir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) qurban yaxud fitrə bayramında namaz qılınan yerə getdi. (Namaz qıldıqdan sonra) camaata moizə oxudu və onlara sədəqə verməyi əmr edib buyurdu: “Ey insanlar, sədəqə verin!” Sonra qadınların yanına gedib buyurdu: “Ey qadınlar, sədəqə verin!”

📚Buxari 1462. Muslim 889.


https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Əyyub əl-Ənsari (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim Ramazan orucunu tutar, sonra da şəvvaldan altı gün əlavə edərsə, bütün ili oruc tutmuş kimi olar.”

📚Muslim 1164. Əbu Davud 2433. Tirmizi 759.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əbu Absə (radiyallahu anhu) Cümə namazına gedərkən demişdir: Mən Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu eşitdim:

“Kimin ayaqları Allah yolunda toz-torpağa bulaşarsa, Allah ona Cəhənnəm odunu haram edər.”

📚Buxari 907. İbn Hibban 4605.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Bişr əl-Həfi (rahiməhullah) belə buyurur:

“Allahın haqqını yalnız ramazanda tanıyan qövm necədə pis bir qövmdür. Həqiqətən, saleh kimsə (təkcə ramazanda deyil) bütün il boyu Allaha ibadət etməyə çalışan kimsədir.”

📚Lətaiful Məarif 222.



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫İbn Rəcəb (rahiməhullah) belə buyurur:

“Ramazan orucundan sonra, yenidən oruca qayıtmaq, Ramazan orucunun qəbul olmasının əlamətidir. Çünki, Allah bəndənin əməlini qəbul etdikdə, o əməldən sonra ona başqa saleh əməllər etməyə müvəffəq edir.”

📚Lətaiful Məarif 221.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/01 17:22:53
Back to Top
HTML Embed Code: