Telegram Web Link
(وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَاصْبِرُوا ۚ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ)

Allaha və Onun Rəsuluna itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!

[سورة اﻷنفال 46]
əl-Ənfal 46.
وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.

سورة ق 16
Qaf 16.
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
💫Şeyxul İslam İbn Teymiyyə (rahimahullah) demişdir.

“Bəzi sələf alimlərdən rəvayət edildiyinə görə belə demişlər: Uca Allah mələkləri ağıllı amma şəhvətsiz yaratmışdır. Heyvanları isə şəhvətli amma ağılsız yaratmışdır. Adəm oğlunu isə həm ağıl həm də şəhvət duyğusunu vermişdir. Kimin ağlı şəhvətinə qalib gəlirsə mələklərdən daha xeyirli olur. Kimin də şəhvəti ağlına qalib gəlirsə heyvanlardan aşağı olur.”

📚Məcumul Fətəva 15/428-429.



https://www.tg-me.com/DIN_NESIHETDIR
(وَاعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ الْيَقِينُ)

Sənə ölüm gələnədək Rəbbinə ibadət et.

[سورة الحجر 99]
əl-Hicr 99.
وَآتَاكُمْ مِنْ كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِنْ تَعُدُّوا نِعْمَتَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ الْإِنْسَانَ لَظَلُومٌ كَفَّارٌ

O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.

سورة إبراهيم 34
İbrahim 34.
CÜMƏ GÜNÜNÜN İCABƏT SAATI.

ﺳﺎﻋﺔ ﺍﻹﺟﺎﺑﺔ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ

Cabir (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

«Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.»

📚Əbu Davud 1048. Nəsai 1388. Albani, səhih tərğib 703. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟İbn Abbas (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim (canlıya aid) bir şəkil çəksə, Qiyamət günü ona həmin şəklə ruh vermək bu­yu­rular və özünə də əzab verilər. Lakin o, heç vaxt o şəklə ruh verə bilmə­yə­cək. Kim özün­dən bir yuxu uydursa, Qiyamət günü ona iki arpa dənəsini bir-birinə calaşdır­maq buyurular və özünə də əzab verilər. Ancaq o bu də­nə­ləri heç vaxt calaşdıra bilməyəcək. Kim ondan qaçan adamların söhbə­tinə qulaq as­sa, Qiyamət günü onun qu­laq­la­rına əri­dil­miş qur­ğuşun tökülər.”

📚Buxari 7042. Əbu Davud 5024. Tirmizi 1751.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Əgər işində çətinə düşsən sədəqə ver və Allahdan qorx.

(فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ)
Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
(وَصَدَّقَ بِالْحُسْنَىٰ)
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,
(فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ)
Biz onu ən asan olana nail edəcəyik.

[سورة الليل5-6-7]
əl-Leyl 5-6-7.


https://www.tg-me.com/DIN_NESIHETDIR
Ağ günlərin orucu!

صيام أيام البيض.

Əssələmu aleykum va rahmətullahi va barakatuhu.

Avqust ayının 29-30-31. Səfər ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
(اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ ۖ إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ ۗ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ)

Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı zikr etmək isə ən böyük ibadətdir. Allah nə etdiklərinizi bilir.

سورة العنكبوت 45
əl-Ənkəbut 45.
(مَنْ يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُنْ لَهُ نَصِيبٌ مِنْهَا ۖ وَمَنْ يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُنْ لَهُ كِفْلٌ مِنْهَا ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ مُقِيتًا)

Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər. Allah hər şeyin əvəzini verəndir.

[سورة النساء 85]
ən-Nisə 85.
Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Kim heç bir zərurət olmadan ardıcıl üç cüməni tərk edərsə, Allah onun qəlbini möhürləyər.”

📚Beyhəqi, sünənul kubra 5781. Albani, sahihul cami 6140. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ ۖ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا

De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”

سورة الفرقان 77
əl-Furqan 77.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Müsəlmanın müsəlman üzərində altı haqqı vardır: Soruşdular, hansılardı ey Allahın Rəsulu? O, buyurdu:
Qarşılaşdığında salam ver.
Dəvət edərsə dəvətinə icabət et.
Nəsihət istədikdə nəsihət ver.
Asqırıb Allaha həmd edərsə (əlhəmdulilləh) yərhəmukallah de.
Xəstələnərsə ziyarət et.
Öldükdə cənazəsində iştirak et.

📚Muslim 2162. İbn Hibban 242.



https://www.tg-me.com/DIN_NESIHETDIR
Cümə günü edilən əməllər.

1. Çimmək.
2. Gözəl geyinmək.
3. Ətirlənmək.
4. Misvak istifadə etmək.
5. Peyğəmbərə çoxlu salavat gətirmək.
6. Kəfh surəsini oxumaq.
7. Məscidə erkən getmək.
8. İmama yaxın oturmaq.
9. İmam xütbə verərkən üzü ona tərəf çevirmək.
10. Xütbəni diqqətlə dinləmək.
11. Cümə namazını qılmaq.
12. Dua etmək.

Daha ətraflı dəlilləriylə aşağıdakı linkdən girib oxuya bilərsiz.
http://senxatirlat.com/cume-gunu-edilen-emeller/


https://www.tg-me.com/DIN_NESIHETDIR
(قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ)

De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.


[سورة آل عمران 31]
Ali İmran 31.
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Sevdiyin kimsəni ehti­yat edərək sev, ola bilər ki, bir gün o, sənə düşmən kəsilsin. Nifrət etdiyin kimsəyə də ehti­yat edərək nifrət et, ola bilər ki, bir gün o, sənin dostun oslun.”

📚Tirmizi 1997. Tabərani, mucamul əvsat 3395. Albani, sahihul cami 178. ((səhih)).



https://www.tg-me.com/DIN_NESIHETDIR
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

“Bir qul müsəlman qardaşının yardımında olduğu müddətcə, Allah da o qulun yardımcısı olar.”

📚Muslim 2699. Tirmizi 1930.



https://www.tg-me.com/DIN_NESIHETDIR
2024/10/02 06:22:00
Back to Top
HTML Embed Code: